120
şikar xatirələri ilə bəzənərmiş.
Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında,
hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm
basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq» - deyib
haman pərdəni qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar
kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bə-
zək-düzəksiz bir təxt qoymağı buyurmuşdu.
İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında,
haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl
və
qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və
döşəkçələrdən başqa heç nə yoxdu.
İbrahim, candarlarının müşayiəti ilə gəlib təxtdə oturanda,
ilkindi nama-
zından sonra vaxtını adətən ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu
gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə
asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və
şamdanlarda şamları yandırmağa tələsirdilər (
İ.Hüseynov).
♦
1. Fətəli sübh çağı evdən çıxdı ki, bazarlıq etsin,
Şeytanbazara doğru
addımladı, fikirli-fikirli, qəmgin-qəmgin. Kürün suyu da bulanıq idi, könlünü
açmırdı, göy də tutqun. (amma açılacaq)., zəmanə ildən-ilə xarablaşır,
vəziyyət
ağırlaşırdı.
Xeyli vaxtdır ki, dağlılara qarşı mübarizə gedir, sonu görünmür bu get-gedə
qızışan davanın və hər yaz, hər payız – vəba təhlükəsi, vəba qorxusu, qiymətlər
artır, çörək tapılmır, pul qazanmaq çətin, evdə də ki, matəm – qızını bir həftədir
dəfn ediblər, qəbiristanlıqda qəbirlərin sayı artır, üçüncü uşağını torpağa tap-
şırdılar.
Kürün suyu elə bil axmır, dayanıb elə bil… Budur,
şəhərdəki qədim Şey-
tanbazar, onun darısqal, əyri-üyrü yolları, qulağında müxtəlif səslər, sözlər: türk,
erməni, gürcü, rus sözləri… İranlı da az deyil, ərəblərə də rast gəlmək müm-
kündür
(G.Hüseynoğlu).
Dostları ilə paylaş: