101
İFADƏLİ OXUDA İSTİFADƏ EDİLƏN
ƏSAS ŞƏRTİ İŞARƏLƏR
İfadəli oxuya hazırlıq zamanı
mətn üzərində ifadəlilik
vasitələrini əks etdirən şərti işarələrdən istifadə olunur.
1
/
Qısa fasilə (sətirdə, 1 sayına bərabər)
2
//
Orta fasilə (sətirdə, 2 sayına bərabər)
3
///
Uzun fasilə (sətirdə, 3 sayına bərabər)
4
-
Əhəmiyyətli məntiqi vurğu ( bir sətiraltı
xətt)
5
-
Az əhəmiyyətli məntiqi vurğu ( iki sətiraltı
xətt)
6
Tonun yüksəlməsi (sətirüstü ox)
7
Tonun alçalması (sətirüstü ox)
8
--------
Sözün uzadılması, oxu tempinin aşağı
salınması (sətiraltı)
9
“ ”
İstehza, kinayə ilə deyilən sözlər dırnaq
içərisində verilir.
10
Tempin artırılması (oxunun sürətləndirilməsi)
9
Yanaşı gələn sözlərin birnəfəsə deyilməklə
oxunması
10
Misrada fikir tamamlanmayıb,
növbəti misraya
köçürüləndə qoyulur
102
OXU SƏNƏTİNİN ƏSASLARI
Şagirdlərə ifadəli oxu bacarıqları bədii oxu sənətinin qanunları,
bədii əsərin səslənən təsirli sözlə yaradıcı şəkildə canlandırılması
əsasında formalaşdırılır.
İfadəli oxunun əsasında iki mühüm cəhət durur:
1. İfa edilən əsərin ideya-məzmununun dərindən qavranılması,
təsvir olunanların mahiyyətinə nüfuz edilməsi.
2.
Hiss edilənlərin, qavranılanların səslənən sözlə dinləyicilərə
çatdırılması.
Metodik ədəbiyyatda ifadəli
oxu bədii mətnin məzmununun
mənimsənilməsi və təhlili ilə sıx əlaqədə götürülür. İfaçı öyrənilən
əsərin ifadəli oxusuna hazırlaşarkən
ilk növbədə mətnin məzmu-
nunu dərindən mənimsəməlidir. Sonrakı mərhələdə əsərin ideya-
bədii, mövzu, janr baxımından təhlili aparılır.
Bu zaman əsərin
oxucuda yaratdığı təəssürat dərinləşir, mətni ucadan oxumaq arzusu
oyanır.
Əsərin səslənən sözlə çatdırılması ifaçıdan nəyi və hansı
məqsədlə çatdıracağını, dinləyicidə hansı hiss və duyğular, fikirlər,
düşüncələr oyadacağını, onda hansı qənaəti yaradacağını dəqiq
müəyyənləşdirməyi tələb edir.
Qarşıya qoyulan məqsəd əsasında konkret ifaçılıq
vəzifələri
dəqiqləşdirilir. İfaçı qarşıya qoyduğu məqsədə uyğun olaraq dinlə-
yicilərə sözlə təsir etməyi bacarmalıdır.
Dostları ilə paylaş: