Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Nöqtəli vergül
fikrin tam deyil, qismən tamamlandığını gös-
tərir və səsin aşağı salınmasını tələb edir. 
Gözəl eyvanda oturub uzun qıyıqla cehiz xurcununu közəyirdi; öküz neştər 
buynuzu ilə onu bir neçə yerdən vurub dağıtmışdı 
(C.Bərgüşad).
Qoşa nöqtə
fikrin davam etdiyini göstərir; bu məqamda səsin 
yüksəldilməsinə ehtiyac duyulur. 
Dünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», 
«Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi 
təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»... 
Qatarlar adamlarla dolu olardı.
...Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü 
və Əbilinin yanından ötüb keçəndə vaqonlardan birindəki bir qız pəncərədən 
xeyli zirzibil atdı: boş butulka, yumurta qabığı, pomidor artığı və bunlara 
bükülmüş kitab vərəqləri. 
Kitab vərəqləri havada yellənə-yellənə Əbilidən beş-altı metr aralıya düşdü 
və qatar gözdən itib gedəndən sonra, Əbili ayağa qalxıb vərəqləri yerdən qaldırdı. 
Üstündə stəkan yerləri olan, aralarına pomidor suyu tökülmüş bu vərəqlərdən 
birinin üstündə yazılmışdı: «S.Yesenin» 
(Elçin).
Bu nizəli-qalxanlı adamlar dünyanın bütün məşəqqətlərinə dözməyə hazır-
dılar: ağcaqanada, at milçəyinə, ilan-əqrəbə - nə olur-olsun, “uf” deməzdilər 
(Y.Səmədoğlu).
Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, 
əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. 
Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt 
tərəfinə çokdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi 
(İ.Şıxlı).
Tire 
işarəsindən əvvəl adətən, səsin yüksəldilməsi müşahidə 
olunur. Bu zaman diqqət müəyyən sözlərə yönəlir, tiredən sonra isə 
səs tonu aşağı düşür və fikrin tamamlanmasına xidmət edir. 
Əbili az görmüşdü, çox oxumuşdu. Əbili bilirdi ki, fillər Hindistanda olur
Afrikada olur, sirkdə təlxəklər olur, təlxəklərin paltarları əyinlərinə böyük olur və 


97 
onlara baxanda adamı gülmək tutur – bütün bunları bilirdi, əlinə keçən qəzetlərdə, 
jurnallarda, kitablarda oxumuşdu, dərsliklərdən öyrənmişdi, amma özü heç nə 
görməmişdi
.(Elçin) 
Tələbə Murad İldırımlıya elə gəlirdi ki, ölsə – əlbəttə, haçansa öləcəkdi və o 
ölüm hissi kənddə kitabxanaçı işlədiyi vaxtlarda onun ürəyini çox qırmışdı – yenə 
nənəsinin səsini eşidər – o səsdə onun üçün o dərəcədə bir doğmalıq var və 
əslində o səs, xüsusən Bakıya gələndən sonra, həmişə bu cavan adamla birgə 
olurdu 
(Elçin).

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin