Laboratoriya 7 MS Power Point 2010 proqramında müxtəlif təqdimatların yaradılması Power Point proqramı ofis proqramlarından biridir. Power Point poroqramında yaradılan sənəd Təqdimat (Presentataion- Презентация) adlanır. Təqdimat slaydlardan ibarətdir. Slaydlar üzərində müxtəlif obyektlər- şəkil, mətn, diaqram, fiziki sxem və qrafiklər yerləşdirmək mümkündür. İllüstrasiyaların, animasiyaların , səslərin köməyi ilə Təqdimat yaratmaq olar.
Microsoft PowerPoint proqramını bir neçə üsulla yükləmək olar.
1.Start(Пуск)-All programs (Все программы)- Microsoft Office -Microsoft Power Pointəmrlərindən istifadə olunur.
2.İşçi stolunda yaradılmış ( kontekst menyudan-New(Создать)- Presentation Power Point) nişanından 3. Desktop(İşçi stolda)- proqramın qısa yolu vasitəsilə.
Bütün əməliyyatlar proqram pəncərəsində, aşağıdakı interfeys elementləri vasitəsilə yerinə yetirilir:Lent menyuları, Sürətli müraciət paneli, Kontekst menyu, Fayl menyusu, Sənəd pəncərəsi, Dialoq pəncərələri. Susmaya görə proqram təqdimatlara presentation 1(презентация1, .. adları verir. Faylların genişlənməsi isə .pptx-dir. Yeni açılmış təqdimatda bir slayd yerləşir. Hazırlanmış təqdimatı Pdf, şəkil, video formatında da saxlamaq olar.
Lent təyinatına görə qruplaşmış əmr düymələrini özündə əks etdirən və standart olaraq Əsas (Главная, Home), Əlavə et (Вставка, Insert), Dizayn (Дизайн, Design), Keçid (Переходы, Transitions),(Анимация, Animations), (Показ слайдов, Slide Show), İcmal (Рецензированние, Review), Görünüş (Вид, View) adlı bölmələrindən ibarət bir interfeys elementidir.
Proqram yükləndikdə proqramın baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki slaydlar sahәsindә görmək olar.