Evristik (yenini axtarıb tapmaq deməkdir) funksiyanın mahiyyəti bundadır ki, fəlsəfə elmi biliklərin artmasına, yeni elmi müddəalanıı yaranmasına kömək edir. Bu, fəlsəfi və fonnat məntiqi metodun vəhdətdə tətbiqi ilə təmin olunur. Nəticədə fəlsəfə müəyyən nəzəri-dünyagörüşü və ümumrnetodoloji xarakterli yeniliklər yarada bilir. Digər tərəfdən fəlsəfi metod başqa metodlarla birləşdikdə mürəkkəb nəzəri və fundamental problemlərin həllində xüsusi elmJərə mühüm köməklik göstərir. Fəlsəfə həm də ayrı-ayrı elmlərə (o cümlədən də təbiət elmləri) hipotez və nəzəriyyələr yaratmaqda kömək edir. Belə ki, yeni nəzəriyyə təkcə empirik şərtlər üzərində qurulmur. Bu işdə nəzəri müddəalar çıxış nöqtəsi rolunu oynayır.
Fəlsəfənin əlaqələndirici funksiyasına da diqqət yetirilməlidir. Bu o deməkdir ki, elmi araşdırmalarda istifadə olunan müxtəlif metodlar fəlsəfə tərəfindən əlaqələndirilir. Müasir elmdə metod ilə öyrənilən obyekt arasında əlaqələrin mürəkkəb xarakteri bu funksiyanı zəruri edir. Elmlərin inkişafında baş verən differensiasiya meyli buna gətirib çıxanr ki, tədqiqatçılar və onların istifadə etdikləri metodlar müəyyən sahələr üzrə ixtisaslaşırlar. Deməli, ayr-ayrılıqda onlar məhdud miqyasa malik olurlar. Fəlsəfə isə onları əlaqələndirir, beləliklə də idrakın imkanları genişlənir.
Yuxarıda izah olunan funksiya inteqrasiyaedici (bərpaedici, birləşdirici deməkdir) funksiya ilə sıx əlaqədə fəaliyyət göstərir. Biliklərin inteqrasiyasının əsasında dünyanın maddi vəhdəti haqqında fəlsəfi prinsip durur. Qeyd edək ki, hazırda bir sıra elmlər arasında əlaqələr güclənməkdədir. Nəticədə bir elmi səciyyələndirən anlayışlar tədricən digər elm sahələrində istifadə olunmağa başlayır, geniş əhatəli ümumelmi anlayışlar yaranır və inkişaf edir. Bu münasibətdə fəlsəfə böyük rol oynayır. Müasir dövrdə üstün yer tutan elmi biliklərin inteqrasiyası meyli fəlsəfənin bu funksiyası üçün yeni şərait və imkanlar yaradır.
Nəhayət, fəlsəfənin məntiqi qnoseoloji funksiyası da vacibdir.