Bilet 1 Elektrik dövrələrinin elementləri


// Elektrik sxemlərində şərti və hərfi işarələr



Yüklə 0,68 Mb.
səhifə105/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   98   99   100   101   102   103   104   105   106
elekson

5// Elektrik sxemlərində şərti və hərfi işarələr.
Bilet 17

1// Cərəyan şiddəti və onun vahidi

Naqilin en kəsiyindən keçən elektrik yükünün bu yükün keçmə müddətinə olan nisbəti cərəyan şiddəti adlanır:



 

Cərəyan şiddəti :



Skalyar-kəmiyyətdir. 
ölçü-vahidi: [I] = 1A (amper)BS-də-əsas-vahiddir. 
ölçən-cihaz-ampermetr.


Cərəyan şiddəti vahidi – elə cərəyanın şiddəti götürülür ki, bu cərəyan vakuumda bir-birindən 1m məsafədə yerləşmiş sonsuz uzun paralel naqillərdən keçdikdə onların hər 1m uzunluqları arasında 2·10-7N qarşılıqlı təsir qüvvəsi yaranmış olsun. Cərəyan şiddətinin belə seçilmiş vahidi fransız fiziki Amperin şərəfinə amper (A) adlanır. 1A – BS-də əsas vahidlərin siyahısına aid edilən yeganə elektromaqnit kəmiyyətləri vahididir. Dövrədəki cərəyan şiddətini ölçmək üçün xüsusi ampermetr adlanan cihazdan istifadə olunur. Kiçik ölçülü cərəyan şidddətinin dəyişməsini ölçmək üçün qalvanometrdən istifadə olunur.
2// Tutum vüqavimətlərin paralel birləşməsi hesabatı

Əgər həmin dəyişən cərəyan dövrəsinə ardıcıl olaraq kondensator qoşsaq sabit tezlikdə elektrik cərəyanının qiyməti də dəyişməz qalar. Deməli kondensator elektrik dövrəsini qırmır (açmır). Kondensator dəyişən elektrik cərəyanı ilə gah yüklənir, gəh da boşalır. Lakin tezliyin artması ilə elektrik cərəyanının qiymətini ölçən cihaz onun azaldığını göstərir. Bu isə kondensatorun tutumu ilə dövrədə əlavə müqavimətin olduğunu sübüt edir. Bu müqaviməti tutum müqaviməti adlandırırlar və o reaktivdir.

Bir fazlı dəyişən cərəyanın gücü dövrədə olan gərginliklə cərəyanın hasilinə bərabərdir:

P = UI = I2z,

burada - dövrənin tam müqaviməti; R – aktiv müqavimət;



X – dövrənin reaktiv müqaviməti (induktiv və tutum).

Tam müqaviməti ( z ) müqavimət üçbucağı şəklində təsəvvür etmək olar ki, bunun da katetləri aktiv və reaktiv müqaviməti, hipotenuzu isə tam müqaviməti ifadə edir. Bu üçbucaqdan aşağıdakı nisbəti yazmaq olar:



Elektrik dövrəsi aktiv və reaktiv müqavimətlərdən ibarət olduğu üçün onun gücü də iki hissədən – aktiv Pavə reaktiv PR güclərdən ibarətdir. Bu gücün yalnız aktiv hissəsinin elektrik enerjisinin mexaniki, istilik və işıq enerjisinə çevrilməsinə sərf olunur.


3// Transformatorların növləri
Elektrotexnikada tez – tez bir gərginlikli dəyişən cərəyanı digər gərginlikli dəyişən cərəyana çevirmək lazım gəlir. Xüsusilə də elektrik enerjisini uzaq məsafəyə ötürərkən, ölçü cihazlarını qidalandırarkən və s. belə tələbat yaranır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin