Reaktiv gücdən istifadə etmək mümkün olmadığı üçün onu azaltmağa çalışırlar.
Birfazlı dövrənin tam gücü :
Bilet 3
1// Müqavimət və keçiricilik
Elektrik cərəyanının hərəkəti zamanı keçiricidə bu hərəkətə əks təsir göstərən qüvvələr meydana çıxır. Bu təzahürün mahiyyəti ondan ibarətdir ki, hissəciklər (elektronlar) keçiricidə hərəkət edərkən keçiricinin materialının atom və molekulaları ilə toqqaşır. Bu toqquşmalar zamanı elektronlar öz enerjisinin bir hissəsini itirir. Belə toqquşmalar nə qədər çox olarsa, keçiricidə elektrik cərəyanı bir o qədər çox itirilər. Keçiricinin materialının elektrik cərəyanının keçməsinə göstərdiyi əks təsirə keçiricinin elektrik müqaviməti deyilir. Müqavimət R və ya r hərfi ilə işarə olunur.
Elektrik müqavimətinin ölçü vahidi alman alimi Omun (1787 – 1854) şərəfinə 1Om qəbul olunmuşdur.
Keçiricidən 1V gərginlikdə 1A elektrik cərəyanı keçərsə, belə keçiricinin müqaviməti 1Om qəbul edilmişdir. Yəni:
Xassələrindən, həndəsi ölçülərindən və digər xüsusiyyətlərindən asılı olaraq müxtəlif keçiricilərin müqavimətləri də müxtəlifdir. Məsələn, xromal (dəmir, xrom və alüminiumun xəlitəsi), nixrom (xrom, nikel və dəmirin xəlitəsi) və s. böyük elektrik müqavimətinə malikdirlər.
İstənilən keçiricinin uzunluğu nə qədər böyük olarsa, onun müqaviməti də bir o qədər çox, en kəsik sahəsi çox olduqda isə müqaviməti az olur.
Uzunluğu 1m, en kəsik sahəsi 1mm2 olan keçiricinin müqaviməti xüsusi müqavimət adlanır və - hərfi ilə işarə olunur.
Dostları ilə paylaş: |