Bilet 1 Elektrik dövrələrinin elementləri



Yüklə 0,68 Mb.
səhifə9/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   5   6   7   8   9   10   11   12   ...   106
elekson

3// Asinxron mühərriklər

Konstruksiyasının sadə, istismarının asan olmasına və dəyərinin çox baha olmamasına görə kənd təsərrüfatında asinxron mühərriklər geniş yayılmışdır.

Asinxron mühərrikinin əsas hissələri stator və rotordur. Mühərrikin statoru tərpənməzdir. Statorda çevrə üzrə biri-birindən 1200 sürüşmüş şəkildə 3 eyni cür dolaq mövcuddur. Dolaqlardan axan üçfazlı elektrik cərəyanı da fazlar üzrə 1200 sürüşmüş olur.

Dolaqlardan üçfazlı dəyişən cərəyan keçərkən fırlanan maqnit sahəsi yaranır.

Statorun fırlanan maqnit sahəsində yerləşdirilən rotor maqnit xətləri ilə kəsişir. Nəticədə rotorun naqillərində elektrik hərəkət qüvvəsi (EHQ) induksiya olunur. Əgər rotorun naqilləri öz aralarında qapanmışdırsa, onda rotordan induksiya olunmuş elektrik cərəyanı axır.

Rotoru qapanmış dolaqlara malik olan mühərriklərə qısaqapanmış rotorlu mühərrik deyilir. Statorun maqnit sahəsi rotorun induksiya olunmuş cərəyanı ilə qarşılıqlı təsirdə olaraq rotoru hərəkətə gətirir. Bu zaman sanki fırlanan maqnit sahəsi öz ardınca rotoru çəkir və rotor maqnit sahəsinin arxasınca fırlanır.

Maqnit sahəsinin fırlanma sürəti ilə rotorun fırlanma sürəti üst-üstə düşmür (uyğun gəlmir). Əgər, onların sürətləri bərabər olarsa, rotorun naqilləri statorun maqnit sahəsi xətləri ilə kəsişməzdi, nəticədə rotorda cərəyan induksiya olmazdı və rotor fırlanmazdı. Buradan belə nəticəyə gəlmək olar ki, statorun maqnit sahəsinin sürəti həmişə rotorun fırlanma sürətindən böyükdür. Bu cür elektrik mühərriklərini qeyri-sinxron və ya asinxron mühərriklər adlandırırlar.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin