Bilet 1 Elektrik dövrələrinin elementləri


Bilet 2 1/Elektrik cərəyanı



Yüklə 0,68 Mb.
səhifə7/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   2   3   4   5   6   7   8   9   10   ...   106
elekson

Bilet 2

1/Elektrik cərəyanı

Kənar elektrik qüvvələrinin təsiri altında sərbəst elektronların keçiricidə yerdəyişməsinə elektrik cərəyanıdeyilir.

Beləliklə, elektrik cərəyanı mənfi yüklü hissəciklər - elektronlar selidir (axınıdır). Elektrik cərəyanının istiqaməti şərti olaraq müsbət qütbdən mənfiyə doğru qəbul edilmişdir.

Yalnız qapalı elektrik dövrəsində elektrik cərəyanı axa bilər. Elektrik cərəyanı gözlə görünməzdir və onun haqqında yalnız xarıcı təzahürlərinə görə fikir yürütmək olar.

Məsələn, naqildən elektrik cərəyanı keçərkən naqil qızır. Çünki xarici qüvvələrin təsiri altında sərbəst elektronlar naqil boyunca hərəkət edərkən öz aralarında toqqaşırlar və zərbə zamanı istilik ayrılır.

Əgər keçiricinin yaxınlığında maqnit əqrəb yerləşdirib, elektrik dövrəsini qapasaq, bu zaman əqrəb öz oxu ətrafında fırlanaraq keçiriciyə perpendikulyar vəziyyət alar. Dövrə açıldıqda əqrəb öz əvvəlki vəziyyətinə qayıdar. Bu təzahür onunla izah olunur ki, elektrik cərəyanı keçən keçiricinin ətrafında maqnit sahəsi yaranır və maqnit əqrəbini çevrilməyə məcbur edir.

Elektrik dövrəsi elektrik cərəyanı mənbəyindən, naqillərdən, elektrik cərəyanın istehlakçısından (işlədicidən), həm də ayırıcı, mühafizəedici və ölçü cihazlarından ibarət olur.

Generatorlar, akkumulyatorlar, batareyalar və s. elektrik cərəyanı mənbəyi ola bilər. İşlədicilər isə, elektrik cərəyanı enerjisini mexaniki (elektrik mühərrikləri), işıq (elektrik lampaları), istilik (elektrik sobaları) və s. enerjilərə çevirən müxtəlif cihaz və aparatlar ola bilər. Ayırıcı cihazlar (açarlar, rubilniklər və s.) bütövlükdə dövrəni və ya onun bir hissəsini qapamaq və açmaq üçün istifadə olunur. Ölçü cihazları elektrik cərəyanının gücünü, gərginliyini və digər kəmiyyətləri ölçmək üçün tətbiq edilir. Mühafizə qurğuları zədələnmələr zamanı cərəyan dövrəsini mühafizə etmək üçün nəzərdə tutulur (əriyən qoruyucular, avtomatlar, istilik releləri, УВТЗ, ФУЗ və s.).

Elektrotexnikada iki növ elektrik cərəyanı – sabit və dəyişən – tətbiq edilir.

Qapalı dövrədə yüklü hissəciklər yalnız bir istiqamətdə müsbət qütbdən mənfi qütbə doğru hərəkət edərsə, belə elektrik cərəyanı sabit cərəyan adlanır. Bu zaman keçiricinin eyni bir hissəsindən bərabər zaman kəsiklərində eyni miqdar yük keçir.

Qapalı dövrədə yüklü hissəciklər gah bir, gah da digər (əks) istiqamətlərdə hərəkət edərsə, belə elektrik cərəyanı dəyişən cərəyan adlanır.

Elektrik cərəyanının gücü müəyyən zaman kəsiyində keçiricidə elektrik yüklərinin (elektronların) hərəkətinin intensivliyi ilə, yəni keçiricinin en kəsik sahəsindən 1 saniyə ərzində keçən elektrik yükünün miqdarı ilə ölçülür.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin