Şəkil 11. Su elektrik stansiyasının quruluş sxemi:
1-su hövzəsi (basqı hovuzu); 2-generator; 3-hidroturbinin pərləri; 4-boru
Su elektrik stansiyaların (SES) F.İ.Ə. 75...87% təşkil etsə də elektroenerjinin maya dəyəri İES-dan bir neçə dəfə ucuz başa gəlir. Lakin torpaq və tikinti işlərinin həcminin böyük olması səbəbindən SES qurğularının özünün maya dəyəri İES-dan artıqdır.
İES-da bərk, maye və ya qazşəkilli yanacağın (kömür, torf, təbii qaz, mazut və s.) kimyəvi enerjisi elektrik enerjisinə çevrilir. İES-ı buxar turbini, qaz turbini və daxili yanma mühərriki ilə ola bilər. Daha geniş yayılmış buxar turbinli elektrostansiyalarda (şək. 12) yanacağın yanması zamanı ayrılan istilik, suyu qızdıraraq onu buxara çevirir. Buxar təzyiq altında turbinin pərlərinə daxil olaraq turbinin rotorunu fırladır. Həmin fırlanma hərəkəti elektroenerji yaradan generatorun rotoruna ötürülür. İstilik elektrik mərkəzlərinin F.İ.Ə. 60...70% təşkil edir.
Dostları ilə paylaş: |