Bilet 1 Elektrik dövrələrinin elementləri


Şəkil 3. Kənd təsərrüfatı məhsullarının lüminesent analizi qurğusunun prinsipial sxemi



Yüklə 0,68 Mb.
səhifə90/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   86   87   88   89   90   91   92   93   ...   106
elekson

Şəkil 3. Kənd təsərrüfatı məhsullarının lüminesent analizi qurğusunun prinsipial sxemi:

1-əksedici; 2-UB şüa mənbəyi; 3-istilik süzgəci.Bu süzgəc UB mənbəundən alınan İQ şüalanmanı buraxmır, yəni İQ şüaları udur; 4-işıq süzgəci. Bu süzgəc UB mənbəindən alınan işıq şüalarını keçməyə qoymur; 5-tədqiq edilən məhsuldan alınan UB şüaları; 6-tədqiq olunan məhsul; 7-istilik süzgəci. Bu süzgəc təkcə görünən şüaları buraxır; 8-analizator
Əgər analizator kimi insan gözü istifadə olunursa, belə analiz üsuluna subyektiv analiz deyilir. Əgər analizator kimi fotoelement, yaxud başqa cihaz istifadə olunursa, belə analiz üsuluna obyektiv analiz deyilir.

Cədvəl 2-də bəzi kənd təsərrüfatı məhsulları UB şüalar vasitəsilə şüalandırdıqda (lüminesent analizi vaxtı) alınan görünən şüaların rəngləri məhsulların xarakteristikası verilmişdir.

Cədvəl 2

Məhsulun adı

Işıqlandırdıqda məhsulun rəngi

Yararsız məhsulun xarakteristikası

Yararlı

yararsız

Mal əti

Tünd qırmızı

Açıq cöhrayı nöqtələr

Ətdə zərərli cücülər əmələ gəlir

Buğda dənələri

Yaşıl

Sarı

Nəmlikdən xarab olub

Buğda dənələri

Göyümtül

Bənövşəyi

Zərərli köbələklər əmələ gəlir

Toyuq yumurtası

Qırmızı

Ağ-sarımtıl

2 həftədən çox saxlanılıb

Soğanın kəsiyi

Bənövşəyi

Sarımtıl-ağ

Çürümə xəstəliyinə tutulub

Kartof kəsiyi

Açıq sarı

Qara nöqtələr

Fitoftora xəstəliyinə tutulub

Balıq

Tutqun yaşıl göyümtul

Qırmızı nöqtələr

Tamamilə xarab olmuş məhsul

3// Optik şüalanmanın insan və heyvanlara təsiri

Spektrin optik şüalanmasının hər üç diapazonu insana aktiv təsir göstərir. Təsir nəticəsi müxtəlif olmaqla şüalanmanın enerji kvantı şüalandırma dərəcəsi və təsir müddəti ilə müəyyənləşdirilir. İnsanın bədən üzvləri, eləcə də bütöv orqanizm üçün bu təsir həm müsbət, həm də mənfi ola bilər. Günəşin ultrabənövşəyi şüalanması müəyyən dozalarda müsbət nəticə verir, belə ki, onun təsiri nəticəsində bioloji aktiv maddələr əmələ gəlir (D vitamini və s.). Bu maddələr orqanizmdə yığılaraq, ona müsbət terapevtik (müalicəvi) və canlandırıcı təsir göstərir. Ultrabənövşəyi şüalanma kvantlarının udulması nəticəsində bir neçə saat keçdikdə insan dərisində eritema və piqmentləşmə yaranır. Həddindən artıq şüalandırma iltihab proseslərinin yaranmasına səbəb olur, və beləliklə səhhətə ziyan verə bilir.

Ultrabənövşəyi şüa çatışmazlığı, xüsusən qış aylarında, orqanizmin zəifləməsinə gətirir. Odur ki, belə vəziyyəti aradan qaldırmaq üçün süni ultrabənövşəyi şüalandırmadan istifadə edirlər. Qısa dalğalı ultrabənövşəyi şüalanma birinci növbədə gözün xəstələnməsinə gətirir (konyuktivit).

Görünən şüalar əsasən insan gözünə təsiri ilə bağlı öyrənilmişdir. Göz, o orqandır ki, burada görünən şüalanma enerjisi əsəb impulsları enerjisinə çevrilərək, göz əsəbləri vasitəsilə beyinə verilir. Bunun nəticəsində görmə hissiyatı yaranır ki, bu da əhatə edən kainatdan məlumat almaq üçün əsas mənbədir. Görmə hissiyatı əşyaların rəngi, parlaqlığı, ölçüləri və formaları, həm də onların hərəkəti və bir - birinə nisbətən yerləşməsi haqqda mülahizə yetirməyə imkan verir. İnsan gözü 0,1...100000 lk işıqlandırmanı aktiv qəbul edə bilir. Gözün müxtəlif səviyyəli işıqlanmaya uyğunlaşmasına adaptasiya deyilir. İnsan gözünün spektral həssaslığı hətta bir insan üçün qeyri sabitdir. Bu müşahidə olunan obyektin parlaqlığından asılıdır.

Gözün tor qişasında iki tip işığa həssas elementlər vardır. Bir tip elementlər torun işıqlanması yüksək səviyyədə olduqda işləyir, o biri-aşağı səviyyədə. Buna münasib olaraq iki spektral həssaslıq əyrisi aıd edilir – gecə və gündüz görmə.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin