Bilet 1 Elektrik dövrələrinin elementləri



Yüklə 0,68 Mb.
səhifə41/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   37   38   39   40   41   42   43   44   ...   106
elekson

3// Süni işıq mənbələri

Süni işıq mənbələri:

Közərmə lampaları

. Qazboşalma lampaları


Aşağı təzyiqli boşalma lampası (şək 2 ) hər iki ucuna şüşə ayaqcıq 2 qaynaqlanmış silindrik şüşə kolbadır 1. Ayaqcıqda bispiral şəkildə volfram elektrod 3 quraşdırılmışdır. Elektrodun ucları kontakt çıxışları 5 olan sokola 4 çıxarılmışdır. Elektrodlar yüksək termoelektrik emissiya təmin edən oksidlə örtülmüşdür.

Qazboşalma mənbələrinin şüalanma enerjisinin əsas hissəsini təmin edən şüasaçanın növündən asılı olaraq, qazboşalma lampaları aşağıdakı kimi fərqlənir:



  1. qazla işıqlanan lampalar. Burada elektrik boşalması zamanı qazın və yaxud, metal buxarının şüalanması istifadə olunur;

  2. elektrodla işıqlanan lampalar. Bu lampalarda boşalmaprosesindəközərən elektrodların şüalanması istifadə olunur.

  3. lüminesent lampaları. Bunlarda əsas şüalanma mənbəyi elektrik boşalmasından təsirlənən lüminaforlardır.

Optik şüalanma qazboşalma mənbələrindən ən geniş yayılanları civə buxarında elektrik boşalması istifadə edilən lampalardır. İşçi rejimdə daxilində baş verən təzyiqdən asılı olaraq, onları şərti sürətdə aşağıdakı kimi sinifləşdirmək olar:

1) aşağı təzyiqli lampalar – elektrik boşalması təzyiq 0,01 MPa-a qədər olduqda baş verir;

2) yüksək təzyiqli lampalar – işçi rejimdə təzyiq 0,01...1 MPa olur;

3) ifrat təzyiqli lampalar – elektrik boşalması təzyiq 1 MPa-dan artıq olduqda baş verir.

Közərmə lampalarını insan fəaliyyətinin bütün sahələrində istifadə edirlər. Buna səbəb onlara qulluq və istismarın sadəliyi, eləcə də nisbətən kiçik dəyəridir.

Elektrik közərmə lampasının əsas hissəsi – közərmə teli, dairəvi en kəsikli volfram simdən hazırlanır.

Közərmə lampalarının markaları aşağıdakı kimidir:

HB – normal (ümumi təyinatlı) vakuum;

НГ – normal (ümumi təyinatlı) qazla doldurulmuş;

– normal (ümumi təyinatlı) bispirallı;

НБК – normal (ümumi təyinatlı) bispirallı, kripton qazı ilə doldurulmuş.

Havadakı oksigenin oksidləşdirici təsirindən mühafizə etmək üçün, közərmə teli şüşə kolbaya yerləşdirilib, tutqaclarla bərkidilir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin