Bilet 1 Elektrik dövrələrinin elementləri


Kənd təsərrüfatı tələbedicilərinin elektrik təchizatı



Yüklə 0,68 Mb.
səhifə2/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   2   3   4   5   6   7   8   9   ...   106
elekson

2.Kənd təsərrüfatı tələbedicilərinin elektrik təchizatı

Hazırda k/t tələbedicilərinin elektrik təchizatı mərkəzləşmiş şəkildə dövlət enerji sistemindən həyata keçirilir. Adi mərkəzləşmiş elektrik təchizatı enerji sisteminin yüksək gərginlikli xəttindən, alçaldıcı yarımstansiyalar vasitəsi ilə, paylaşdırıcı xəttlərdən (35 – 10 / 6 kV) qidalanır. Bunlara isə yaşayış məntəqələri və ya heyvandarlıq fermaları yaxınlığında yerləşmiş tələbedici yarımstansiyalar (35/0,4; 10/0,4; 6/0,4 kV) qoşulur.

Mənbədən uzaq olan məntəqələr dizel və ya karbüratorlu daxiliyanma mühərrikli mobil elektrostansiyalar vasitəsi ilə elektrik enerjisi ilə təchiz edilir. Bu stansiyalar həm də əsas mənbədən qidalanma kəsildikdə ehtiyat kimi istifadə olunur.

Böyük məsafələrə ötürmə zamanı elektrik enerjisinin itkilərini azaltmaq məqsədi ilə generatorun gərginliyini standart 3, 6, 10, 20, 35, 110, 220, 330, 400, 500 və 750 kV-a qədər yüksəldirlər.

Elektrik xəttinin nominal gərginliyi enerjinin ötürüldüyü məsafədən asılıdır. Məsafə nə qədər çox olarsa bir o qədər yüksək gərginlik tətbiq etmək sərfəlidir. Gərginliyin artması ilə elektrik enerjisinin naqildə itkisi və naqilə metal sərfi azalır. Şəbəkənin buraxıcılıq qabiliyyəti gərginlik artımının kvadratı ilə mütənasibdir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin