5//. Elektrik dövrəsi elementlərinin şərti və hərfi işarəsi.
Elektrik dövrələrinin elementləri bunlardır:
Elektrik cərəyanı
Müqavimət və keçiricilik
Gərginlik
Kənar elektrik qüvvələrinin təsiri altında sərbəst elektronların keçiricidə yerdəyişməsinə elektrik cərəyanıdeyilir.
Elektrik yük miqdarı fransız alimi Kulonun (1736 – 1806) şərəfinə adlandırılmış Kulon ölçü vahidi ilə ölçülür və K hərfi ilə işarə olunur. 1Kyük 6,25 ∙ 1018 elektron yükünə bərabərdir.
Elektrik cərəyanının gücü Amper ölçü vahidi ilə müəyyənləşdirilir və fransız alimi Amperin (1775 – 1836) şərəfinə adlandırılmışdır.
. Keçiricinin materialının elektrik cərəyanının keçməsinə göstərdiyi əks təsirə keçiricinin elektrik müqaviməti deyilir. Müqavimət R və ya r hərfi ilə işarə olunur.
Elektrik müqavimətinin ölçü vahidi alman alimi Omun (1787 – 1854) şərəfinə 1Om qəbul olunmuşdur.
Keçiricidən 1V gərginlikdə 1A elektrik cərəyanı keçərsə, belə keçiricinin müqaviməti 1Om qəbul edilmişdir
Yükün elektrik sahəsinin bir nöqtəsindən digər nöqtəsinə yerdəyişməsi zamanı elektrik sahəsi qüvvələrinin gördüyü işin elektrik yükünün kəmiyyətinə olan nisbətinə elektrik gərginliyi deyilir.
Gərginlik U – hərfi ilə işarə olunur. E.H.Q və gərginlik italyan alimi Voltanın (1745 – 1827) şərəfinə adlandırılmış vahidlə - Volt ilə ölçülür və V-hərfi ilə işarə olunur.
Dostları ilə paylaş: |