3// Elektrik mühərriklərinin seçilməsi
İşçi maşın və mexanizmlərə elektrik mühərrikləri aşağıdakı əlamətlərə görə seçilir: gərginlik və cərəyanın mənşəyi (sabit və ya dəyişən), fırlanma tezliyi, ətraf mühit şəraiti, yüklənmənin xarakteri və kəmiyyəti.
Kənd təsərrüfatında əsasən 220/380V gərginlikdə uzunmüddətli iş rejimi üçün nəzərdə tutulmuş qısaqapanmış rotorlu, üçfazlı asinxron elektrik mühərrikləri (ÜAEM) istifadə olunur.
Mühərrikin fırlanma tezliyi ilə maşının intiqal valının fırlanma tezliyi eyni olduqda maşınla mühərrik birbaşa mufta ilə birləşdirilir. Əgər tezliklər eyni deyilsə onda daha böyük fırlanma tezlikli mühərrik seçilir və ötürmə tətbiq edilir.
Ötürmənin növü istehsalat qurğusunun konstruktiv xüsusiyyətlərindən, ötürmə ədədindən və F.İ.Ə-dan asılı olaraq seçilir
Elektrik mühərrikinin konstruksiyası onun işləyəcəyi ətraf mühit şəraitindən asılı olaraq seçilir. Qızdırılmayan, rütubətli binalarda (qaraj, emalatxana, ambar və s.) 1P44 mühafizə dərəcəli 4A və ya AO2 – CX elektrik mühərrikinin tətbiqi məqsədəuyğundur. Xüsusilə rütubətli binalarda (yem sexləri, nasos stansiyaları və s.) 1P44 mühafizə dərəcəli 4A – CX və ya AO2 – BMC və AO2 – CX elektrik mühərrikinin tətbiqi tövsiyyə olunur.
Havasında amonium buxarı olan binalar (tövlə və s.) 1P55 mühəfizə dərəcəli 4A – CX və ya AO2 – CX elektrik mühərrikləri ilə təchiz olunur.
Yanğın cəhətdən təhlükəli binalarda (quruducu, xırdalayıcı olan saraylar və s.) 1P44 mühafizəli 4A və ya AO2 mühərrikləri tətbiq edilir.
Sadalanan tələblərə cavab verən mühərrikləri qısaqapanmış rotorlu 4A, A2 və AO2 seriyalı elektrik mühərrikləri kataloqundan seçmək olar.
İşçi maşının ötürməsi üçün lazım olan mühərriki onun valının tələb etdiyi gücə və iş rejiminə görə seçirlər:
1. Ötürmə üçün elektrik mühərrikinin tələb olunan hesabat gücü təyin edilir:
Burada: Ptələb – nominal iş rejimində maşının valı üçün tələb olunan güc, kVt;
η – ötürmənin faydalı iş əmsalı.
2.Hesabat gücünə görə kataloqdan elektrik mühərrikinin pasport gücü seçilir:
P ≥ Phes
3.Kataloqun uyğunsuzluq əmsalı hesablanır:
4.Maşının yüklənmə əmsalı seçilir – Ky (cədvəl 10).
5.Şəbəkəyə qoşulmuş elektrik intiqalının gücü müəyyən olunur:
6.Elektrik mühərrikinin yüklənmə əmsalı hesablanır
Kem = Ky · Kkn
7.Elektrik mühərrikinin yüklənmə əmsalı nəzərə alınmaqla elektrik intiqalının maksimal gücü təyin edilir:
4// Elektriklə qızdırması üsulları və elektrik qızdırıcı qurğularının təsnifatı
Əgər, keçirici kimi bilavasitə qızdırılan maddə istifadə olunursa, onda müqavimətlə bir başa elektrik qızdırması əmələ gəlir ki, bu da cərəyan I keçirən bərk M maddələrin qızdırılmasında elektrokontakt KQ və su tərkibində olan cərəyan keçirən M maddənin qızdırılmasında elektrodlu adlanır
Dostları ilə paylaş: |