Lazerlə qızmada güclü konsentrasiyalı işıq şüasının enerjisi istifadə olunur. Lazerlə qızmanın texnoloji xüsusiyyətləri və xassələri elektron qızmanın bir çox xassələri ilə üst-üstə düşür. Lazerlə qızmanın üstünlüyü rentgen şüalanması ilə müşahidə edilməməsi, qurğuların qiymətinin aşağı olması və qulluqda sadəliyidir.
5// Reversiv maqnit işəsalıcısı ilə mühərrikin idarəolunma sxemi.
Reversiv işə buraxıcısı (şəkil 10 ) iki qeyri reversiv işə buraxıcını birləşdirir və hər iki işə buraxıcının eyni zamanda işə salınmasının, yəni qidalanma şəbəkəsində qapanmanın, qarşısını alaraq, elektrik və bəzi hallarda isə mexaniki blokirovka ilə təchiz olunur. “İrəli” SB1 düyməsinə təsir etdikdə “geri” SB2 dövrəsində bu düymənin KM1 kontaktı açılır. Bundan sonra “irəli” dövrəsinin KM1 kontaktı qapanır və işə buraxıcını qoşur, bununla yanaşı “geri” SB2 dövrəsindəki “irəli” işə buraxıcısının KM2 blok –kontaktını açır.
Mexaniki blokirovka iki lingdən ibarət olmaqla aparatın hərəkət edən hissəsinə elə bərkidilir ki, birinci işə buraxıcı işə düşdükdə onun lingi ikincinin hərəkət edən hissəsinin yerdəyişməsinə mane olur.
ПМЕ və ПАЕ seriyasından olan maqnit işəburaxıcılarını qabaritinə görə [ I (10A), II (25A), III (40A), IV (63A), V (110A), və VI (146A)], ətraf mühitin təsirindən mühafizənin mənşəyinə görə (açıq, mühafizəli və su-tozdan qorunmuş), reversləmə imkanına görə (reversiv və qeyri-reversiv), artıq yüklənmədən istilik mühafizəsinin olub-olmamasına görə və reledə olan blok-kontaktların maksimal sayına görə (ən çox say dörddür: ikisi qapamaq və ikisi ayırmaq üçün) fərqləndirirlər.
Dostları ilə paylaş: |