Bilet 1 Elektrik dövrələrinin elementləri


// Transformator yarımstansiyaları



Yüklə 0,68 Mb.
səhifə13/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   9   10   11   12   13   14   15   16   ...   106
elekson

2// Transformator yarımstansiyaları

Elektrik enerjisinin səmərəli ötürülməsi və paylanması üçün onun çevrilməsi (gərginliyin azalması və ya yüksəldilməsi) tələb olunur.

Transformatorlar, paylayıcı tərtibat, idarəetmə sistemi və digər köməkçi vasitələrdən ibarət olan, elektrik enerjisini çevirmək və paylamaq üçün nəzərdə tutulmuş elektrik qurğusu transformator yarımstansiyası adlanır.

Yüksəldici yarımstansiyalar elektrik enerjisi əldə olunduğu yerlərdə (onu yüksək gərginlikdə ötürmək üçün), alçaldıcı yarımstansiyalar isə istehlakçının (tələbedicinin) yerləşdiyi yerlərdə quraşdırırlar. Qidalandırıcı yüksək gərginlikli xətdəki gərginliyi tələbedicilərin gərginliyinə (0,4/0,23kV) alçaldan yarımstansiyalar tələbedici yarımstansiyaları adlanır.

Yarımsatansiyalar açıq (maçtvari, komplekt) və qapalı olurlar.

КТП (şək.17 ) tipli transformator yarımstansiyaları transformatordan (5), alçaq (6) və yüksək (4) gərginlik şkaflarından ibarətdir.

Yarımstansiyanın güc transformatoru yüksək gərginlik şkafının altında yerləşir. Bu transformator yüksək gərginlik xəttinin (YGX) sonuncu dayağının başında quraşdırılmış ayırıcı vasitəsi ilə YGX-nə qoşulur. Təhlükəsizlik məqsədilə ayırıcının intiqalı və yüksək gərginlik şkafının qapağı mexaniki bloklanma mexanizmi ilə təchiz edilmişdir. Bu isə qapağın yüksək gərginlik altında açılmasının qarşısını alır.

Yarımstansiyanın ildırımdan mühafizəsi isə 10 kV-luq girişdə və 0,4 kV-luq çıxışda quraşdırılmış boşaldıcılar vasitəsilə həyata keçirilir.

Açıq tipli yarımstansiyaları quraşdırmaq üçün onu bünövrə üzərində quraşdırmaq, giriş və çıxış xətlərini birləşdirmək və örtüyü torpaqlama ilə birləşdirmək kifayətdir.

Kənd təsərrüfatı işlədiciləri içərisində elektrik qazanxana, elektrikləşdirilmiş istixana, inkubator və s. olarsa, qapalı yarımstansiyalar tikmək tövsiyə olunur. Bütün növ yarımstansiyaların metal hissələri torpaqlanma konturu ilə birləşdirilir. Torpaqlanma qurğusunun müqaviməti transformatorun gücü 100 kVA-ya qədər olduqda 10 Om-dan, gücü 100 kVA-dan artıq olduqda isə 4,0 Om-dan artıq olmalıdır.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin