4//. Kənd təsərrüfatı məhsullarının lyuminesent analizi
Kənd təsərrüfatı məhsullarının istifadə üçün yararlı qalmasını təyin etmək üçün müxtəlif kimyəvi reaktivlərdən istifadə edirlər. Bu üsulla məhsulların keyfiyyətini dəqiqləşdirmək sərfəli deyil, ona görə ki, buna çox vaxt sərf olunur, sınaqdan keçirilmiş məhsul istifadə üçün yaramır. Son zamanlar məhsulların keyfiyyətini, onların növünü müəyyənləşdirmək üçün yeni üsuldan istifadə edirlər – lüminesent analizi üsulundan. Bu üsul xeyli dəqiqdir, az vaxt sərf edir və sınaqdan keçirilmiş məhsul istifadə edilə bilir. Bu üsulun əsas prinsipi ondan ibarətdir ki, məhsula UB şüalar vasitəsi ilə təsir etdikdə məhsuldan müxtəlif uzunluğu olan görünən şüalanma dolaqları alınır. Alınan dalğaların spektr tərkibi, uzunluğu və rənginə görə, məhsulun keyfiyyətini və növünü təyin etmək olur.
Lüminesent analizi aparmaq üçün istifadə olunan cihazın prinsipial sxemi aşağıdakı kimidir.
Şəkil 3. Kənd təsərrüfatı məhsullarının lüminesent analizi qurğusunun prinsipial sxemi:
1-əksedici; 2-UB şüa mənbəyi; 3-istilik süzgəci.Bu süzgəc UB mənbəundən alınan İQ şüalanmanı buraxmır, yəni İQ şüaları udur; 4-işıq süzgəci. Bu süzgəc UB mənbəindən alınan işıq şüalarını keçməyə qoymur; 5-tədqiq edilən məhsuldan alınan UB şüaları; 6-tədqiq olunan məhsul; 7-istilik süzgəci. Bu süzgəc təkcə görünən şüaları buraxır; 8-analizator
Əgər analizator kimi insan gözü istifadə olunursa, belə analiz üsuluna subyektiv analiz deyilir. Əgər analizator kimi fotoelement, yaxud başqa cihaz istifadə olunursa, belə analiz üsuluna obyektiv analiz deyilir.
Dostları ilə paylaş: |