TəLƏBƏ: zeynalov vasiF



Yüklə 0,83 Mb.
səhifə1/4
tarix07.11.2022
ölçüsü0,83 Mb.
#67853
  1   2   3   4
Vasif- YMB təq

TƏLƏBƏ: ZEYNALOV VASİF

  • TƏLƏBƏ: ZEYNALOV VASİF
  • QRUP: 307.19
  • FƏNN: YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏRİN KİMYƏVİ TEXNOLOGİYASI
  • MÜƏLLİM: MÖVLAYEV İBRAHİM
  • MÖVZU: Butil kauçukun sənayedə alınması xassələri və tətbiq sahələri

BUTİL KAUÇUKU

Butilkauçuk (BK) izobutilen və izoprenin birgə polimerləşmə məhsuludur. İzopren və izobutilenin nisbətləri polimerin doymamışlığını təyin edir.

Praktiki olaraq BK doymamışlığı 0,6-dan 2,5% mol qədərdir və bu TK doymamışlığının 1-5%-ə qədərini təşkil edir. Tək-tək hallarda yüksək doymamışlığa malik kauçuklar da buraxılır.

İzobutilen və izopren qarışığının polimerləşməsi -100-də maye fazada aparılır.

İzobutilen və izopren qarışığının polimerləşməsi -100-də maye fazada aparılır.

Polimerləşmənin katalizatorları kimi bor-3-flüorid, alüminium-xlorid və b. İstifadə edilir.

BK-un quruluş formulu:

  •  

Polimerdə izopren qruplarının izobutilen qrupları ilə bir-birilərini əvəz etməsi müşahidə edilir. Geniş molekula -kütlə paylanması ilə (Mw/Mn~2,5-3) BK molekuk kütləsi 200-400 mindir.
BK-un kimyəvi xassələri onun kiçik doymamışlığı və polimer zəncirində dördlü karbon atomlarının olması ilə müəyyən olunur. Kiçik doymamışlığına görə BK oksigenin, ozonun və oksidləşdiricilərin təsirine davamlıdır. Ozondan parçalanmaya qarşı davamlılığına görə BK əsas zəncirdə ikiqat əlaqəsi olmayan etilen-propilen kauçuklarından geri qalır. Doymamışlığın azalması ilə BK-un ozona davamlılığı artır.
Doymamışlığına və molekul kütləsinə, yəni özlülüyə görə BK bir neçə markada buraxılır. BK markalarının işarələrində onun doymamışlığı, Muniyə görə özlülüyü və həmçinin kauçuka daxil edilən qocalmaya qarşı maddənin tipi göstərilir. Məs.: BK-1040T doymamışlığı 10%, Muniyə görə özlülüyü-40, qaralan (T) qocalmaya qarşı maddə ilə (fenil--naftilaminlə) doldurulan; BK-2045N isə doymamışlığı 20%, Muniyə görə özlülüyü -45, qaralmayan (N) qocalmaya qarşı maddə ilə, (məs: 2,2-metilen-bis(4-metil,6-tret-butilfenolla) doldurulan BK-un markalarını göstərir.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin