Bilet 1 Elektrik dövrələrinin elementləri


Şək. 1. Görünən şüalanma təsiri spektrlərı



Yüklə 0,68 Mb.
səhifə91/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   87   88   89   90   91   92   93   94   ...   106
elekson

Şək. 1. Görünən şüalanma təsiri spektrlərı:

1-gündüz görmədə insan gözünün spektral həssaslığı; 2-gecə görmədə insan gözünün spektral həssaslığı; 3-bitkinin orta yarpağının spektral həssaslığı
Şüalanmanın dalğa uzunluğu λ = 555 nm olan gündüz görmənin maksimal spektral həssaslığını xarakterizə edən əyri əsas əyri hesab edilir. Gecə görmə əyrisi kiçik dalğa uzunluğu tərəfə sürüşmüşdür. Gündüz görmə işıqlanma şəraitindən gecə görmə işıqlanma şəraitinə keçdikdə göz ala-toran görmə rejimində işləyir. Belə olduqda gözün tor qişasının hər iki tip həssas elementləri işləyir. Ala-toran iş rejimi insan gözü üçün ən arzu edilməyən rejimdir.

İnfraqırmızı şüalanma yüksək keçmə qabiliyyətinə malik olmaqla, insanın daxili hüceyrələrini isidərək istilik təsiri göstərir.

Optik şüalanmanın heyvan və quşlara təsiri müxtəlif olmaqla, şüalanmanın spektral tərkibindən asılıdır. Ultrabənövşəyi şüalanma heyvanların orqanizminə güclü canlandırıcı və terapevtik təsir göstərir. UB şüalanmanın maddələr mübadiləsi, tənəffüs prosesləri, qan dövranının aktivləşməsi, qanın tərkibində hemoqlobinin artması, daxili sekresiya vəzlərinin fəaliyyətinin aktivləşməsi və heyvan orqanizminin sairə funksiyalarına təsiri müəyyənləşmişdir.

UB–A sahəsinə aid şüalanma az aktiv olmaqla bərabər, heyvan və quşların orqanizminə müəyyən müsbət təsir göstərir. UB-B sahəsinə aid şüalanma dəridə qızartılar (eritema) yaradır, antiraxit təsirə malikdir, D provitaminini aktiv təsirli D vitamininə çevirir ki, bu da yemlərin mənimsənilməsini yüksəldir, orqanizmi ümumi halda sağlamlaşdırır, cavan heyvan və quşların sağlam böyüməsinə şərait yaradır.

UB-С sahəsinə aid UB şüalanma, məlum tədqiqatlara görə, heyvan və quşlara müsbət təsir göstərə bilir və əsasən ziyanverici mikroorqanizmlərə əsasən bakterisid təsirli faktor kimi istifadə edilir.

Qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüalanmanın canlı orqanizmlərə təsir mexanizmi tam öyrənilməmişdir.

Yüksək kvant enerjisinə malik, uzunluğu 280nm-dən qısa UB şüalanma bakteriyalara təsir etdikdə onların tərkibində olan zülal maddələrini koaqulyasiyaya uğradir və bakteriyaları məhv edir. Şüalanmanın bakteriyaları öldürmək xüsusiyyətinə bakterisidlik deyilir. Uzunluğu 254nm olan şüalanmalar yüksək bakterisid effektə malikdir.

Ultrabənövşəyi şüalanmaya ayrı-ayrı bakteriyaların həssaslığı müxtəlifdir. UB şüalanmaya difterit bakteriyalarının həssaslığı kiçikdir. Koli bağırsaq bakteriyaları, stafiolokoklar, vəba bassilları və yatalaq bakteriyalarının həssaslığı isə yüksəkdir.

Görünən şüaların heyvan və quşlara təsiri onların əsas həyat funksiyalarının nizamlanmasında istifadə olunur. Görünən şüalanma endokrin vəzilərinə və mərkəzi əsəb sistemlərinə təsir edir.

Fizioloji ritmlər (törəyib artma, tük və lələk örtüyünün dəyişməsi və s.) işıq rejiminin şərtləri ilə təyin edilir. Heyvan və quşların məhsuldarlığı, başqa şərtlərlə yanaşı, işıqlandırma səviyyəsi, işıqlandırma rejimi və şüalanmanın spektral tərkibindən asılıdır. Bir qayda kimi, infraqırmızı şüalanma ilə cavan heyvan və quşların şüalandırılmasında, məqsəd heyvanlar saxlanılan zonada lazımi temperatur rejimini təmin etməkdir. İnfraqırmızı şüalanmanın heyvan orqanizminin dərinliklərinə təsiri müxtəlifdir və təsir edən şüalanmanın dalğa uzunluğunun diapozonu, eləcə də heyvan dərisinin şüalanmanı əks etdirmək və udmaq qabiliyyətindən asılıdır.



4// İldırımdan mühafizə

İldırım iki müxtəlif əks qütblərlə yüklənmiş buludlararası və yaxud buludla yerüstü tikililər, tək ağaclar və s. arasi olan elektrik boşalmalarıdır.

Tufanlı havada buludlar arasında 1000 kV-dan 1000000 kV-a qədər potensiallar fərqi yaranır. Birbaş yerlə boşalma vaxtı, 100 mikrosaniyəyə qədər bir müddətdə, ildırımın düşdüyü kanala 230...250 kA-ə yaxın cərəyan keçir və bu cərəyan həmin kanalın 300000S-dən yuxarı qızmasına səbəb olur.

İldırımın zərbəsi tək yanğın təhlükəsi deyil, həm də hər hansı bina və tikili üçün partlayışa, dağıntıya səbəb ola bilər. O, hər hansı canlı orqanı həm zədələyə həm də öldürə bilir. Çox halda ildırım yüksək hündürlüklü tikililəri vurur. Ona görə ildırım çaxan vaxt tək ağacın, ot tayasının, hündür tüstü borusunun, dirəklərin, ildırımötürücünün, ölçüsü böyük olan kənd təsərrüfatı maşınlarının yanından 20m aralıda durmaq lazımdır. İldırım çaxan vaxt bütün işləri həmin sahədə dayandırmaq lazımdır.

İldırımdan qorunma tədbirlərinə görə bina və tikililər üç kateqoriyaya ayrılır:

1-ci kateqoriya – buxarları hava ilə qarışdıqda elektrik qığılcımından partlayış törədə bilən maddələrin saxlandığı kənd təsərrüfatı obyektləri. Belə obyektlərdə baş verən partlayış böyük təlafata səbəb olur.

2-ci kateqoriya – qığılcımdan partlaya bilən maddələr saxlanan binalar, hansı ki, bundan az ziyan və təlafat olur (məsələn yanacaq doldurma məntəqəsi).

3-cü kateqoriya – buraya hündür kənd təsərrüfatı müəssisələri, tüstü bacası və boruları, mexaniki emalatxanalar, qaraj və s. daxildir.

Bina və tikintiləri ildırım zərbəsindən qorumaq üçün ildırım ötürücüdən istifadə edilir. İldırımötürücü (şək. 2 ) 1 – ildırımqəbuledicisindən,2 – cərəyanötürücüsündən, 3 – dayaqdan və 4 - torpaqlayıcıdan ibarətdir. Ildirimqəbuledici qalınlığı 100mm2, uzunluğu isə 200mm-dən az olmayan polad parçadan hazırlanır. Dayaq kimi ağac və dəmirbeton dirəkdən, bina və qurğunun özündən istifadə etmək olar. Burada əsas məqsəd ildırım çaxan vaxt əmələ gələn cərəyanın müəyyən hissəsini yerə verməklə təhlükəni azaltmaqdır. Təknaqilli ildırım ötürücüdən başqa digər quruluşlu ildırımötürücülər də vardır. Məsələn troslu ildırım ötürücü.
5// Qısaqapanmış rotorlu asinxron mühərriklərin müsbət və mənfi cəhətləri
Adi asinxron mühərriklər bir neçə faiz sürüşməyə (az güclülərdə - 6%-ə qədər, irilərdə - 3%-ə qədər) malik olurlar.

Prinsipcə asinxron mühərriklərin işi transformatorun işi ilə bir çox əlamətlərinə görə oxşardır. Statorun dolağı transformatorun birinci tərəf dolağına, rotorun dolağı isə ikinci tərəf dolağına uyğun gəlir. Əsas fərq ondan ibarətdir ki, asinxron mühərrikində statorla rotorun dolaqları arasında hava aralığı var və işçi vəziyyətdə rotorun dolağı fırlanır.

Asinxron mühərrikləri işə salma zamanı bir neçə saniyə davam edən başlanğıc anında çox böyük cərəyan yaranır. İşəsalma cərəyanını müxtəlif üsullarla azaldırlar. Bu üsullardan biri işəsalma zamanı stator dolaqlarının birləşməsini üçbucaqdan ulduza çevirməkdən ibarətdir. Bu halda, stator dolaqlarının faz gərginliyi xətti gərginliklə müqaisədə dəfə azalır. İşəsalma dövrü keçdikdən sonra, yəni normal sürət alındıqdan sonra, stator dolaqları yenidən üçbucaq birləşməyə keçirilir. Statorun hər bir dolağı xətti gərginlik altında olur və mühərrik normal rejimdə işləyir. Qısaqapanmış dolaqlı rotora malik asinxron mühərrikində sürəti nizamlamaq çətindir.

Qısa qapanmış rotorlu asinxron mühərrikindən başqa, faz rotorlu asinxron mühərriklər də tətbiq edilir.

Faz rotorlu asinxron mühərrikinin iş prinsipi qısaqapanmış rotorlu asinxron mühərrikinin iş prinsipindən fərqlənmir. Fərq yalnız ondan ibarətdir ki, rotor dolaqlarının sonluqları bir-birindən və mühərrikin oxundan izolə edilmiş üç mis həlqəyə çıxarılır. İşəsalma cərəyanını azaltmaq üçün rotor dövrəsinə həlqələrdən əvvəl müqavimət qoşurlar. İşəsalma dövrü başa çatdıqdan sonra müqavimətlər tədricən dövrədən çıxarılır və xüsusi tərtibatların köməyi ilə həlqələr qısa qapanır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin