Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


Tədris materiallarının sistemliyi və ardıcıllığı



Yüklə 0,88 Mb.
səhifə15/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   11   12   13   14   15   16   17   18   ...   57
Biologiyanın tədrisi metodikası

3.Tədris materiallarının sistemliyi və ardıcıllığı

Biologiya fənnlərinin ayri-ayri hadisə və cisimlər arasındakı əlaqələrin, qanun və qanunauyğunluqların sistemli və ardıcıl sürətdə öyrənilməsi mühüm təlim-tərbiyyəvi əhəmiyyətə malikdir. Biologiya fənlərinin sistemli və ardıcıl keçilməsi bitgi və heyvanlar aləminin təkamül prosesində əmələ gəlməsini izah etməyə və şagirdlərə materialist dünyagörüşünün aşılanmasına geniş imkan verir. Orta məktəbdə əvvəlcə botanika, sonra zoologiya, insan anatomiyası və fiziologiyası və ümumi biologiya kursunun tədrisində materialın sistemli və ardıcıl verilməsi prinsipi əsas götürülür.

Botanika kursunda şagirdlər “təbiətə və kənd təsərrüfatında bitkilər” mövzusu ilə ümumi surətdə tanış olduqdan sonra “bitginin hüceyrəvi quruluşu” mövzusunu öyrənir. Bundan sonra isə onlar bitgilərin ayrı-ayrı üzvləri (kök, gövdə, yarpaq və s.) və mədəni bitgilərin yetişdirilməsi ilə tanış olurlar.

Zoologiya kursunda isə ibtidai heyvanlardan başlayaragq məməlilər sinfinə kimi heyvanlar aləmi bütövlükdə elmi sistem və ardıcıllıqla öyrənilir.

Insan anatomiyası və fiziologiyası və ümumi biologiya kursunun tədrisində də bütün material sistemli və ardıcıl olaraq verilir. Təlimin sistemli və ardıcıl aparılması proqram materiallarının şagirdlər tərəfindən mükəmməl mənimsənilməsi işini xeyli asanlaşdırır və onların dərin bilik və əməli bacarıq və vərdişlərə yiyələnmələri işini təmin edir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin