Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan


IV Mövzu: BTM-nin tədris materiallarının sistemliyi, ardıcıllığı, elmiliyi və mənimsənilməsi



Yüklə 0,88 Mb.
səhifə13/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   9   10   11   12   13   14   15   16   ...   57
Biologiyanın tədrisi metodikası

IV Mövzu: BTM-nin tədris materiallarının sistemliyi, ardıcıllığı, elmiliyi və mənimsənilməsi

Plan:

1.BTM-da təlimin vəzifələri

2.BTM-də təlimin prinsipləri

3.Tədris materiallarının sistemliyi və ardıcıllığı

4.Tədris materialının elmiliyi və mənimsənilməsi

1. BTM-da təlimin vəzifələri

Biologiya fənlərinin orta məktəb təhsil sisteminə daxil edilməsi təsadüfi bir hal olmayıb, cəmiyyətin tələbindən doğan bir zərurətdir. Müasir dövrdə biologiya fənlərinin sürətlə inkişaf etməsi müxtəlif təbiət fənlərinin inkişafı ilə əlaqədardır. Bu da bioloji biliklərə qarşı təlabatı daha da artırır tibbi və k/təsərrüfatının inkişafında, kosmosun fəth edilməsində biologiya elmi böyük əhəmiyyət kəsb edir. Elə ona görə də haqlı olaraq XX əsrə biologiya əsri adı verilmişdir. Hazırda zülalın sintezi mexanizmi materia və enerjinin mübadiləsi, irsiyyətin maddi əsasları və genlərin quruluşu haqqında çox böyük nailiyyətlər əlfə edilmişdir. Elektron mikroskopu, biokimyəvi və biofiziki üsulların tədbiqi sahəsində hüceyrənin və orqanizmin qurluşu daha dərindən öyrənilməyə başlanılmışdır. Bu metodlar sahəsində mikroorqanizmlərin, xüsusən virusların xassələrini öyrənmək sahəsində çox əhəmiyyətli kəşflər meydana çıxmışdır. Genetikanın inkişafı sahəsində-insanlar arzu edilən xassələrə malik mikroorqanizm növləri yaradacaqdır. Bu mühüm məsələlərlə bioligiya müəllimlərinin tanış olmaları vacibdir. Hazırda bioloji təhsil ölkəmizdə sanitar-gigiyena maarifinin yayılmasında da böyük rol oynayır. Biologiya fənlərinin tədrisi zamanı şagirdlərin təbiətə marağı artır, onlarda müsahibəçilik, estetik zövq təbiətə məhəbbət vətənpərvərlik hissi inkişaf edir. Məhz buna görə də biologiya fənlərinin tədrisi mühüm təlim-tərbiyyəvi əhəmiyyətə malikdir. Şagirdlər biologiya fənnlərinin tədrisi prosesində bu elmin əsaslarının və onun qanunauyğunluqlarını öyrənir və bu biliklərin həyata tədbiqi yolları ilə tanış olur, bir sıra faydalı praktik vərdişlər qazanırlar.

Təlimin əsas vəzifələrindən biridə politexnik təlimin verilməsidir. Politexnik təlim nəzəriyyə ilə təcrübəni əqli işlə fiziki işi birləşdirməklə şagirdləri hər tərəfli inkişafını təmin edir. Məhz ona görə də gənc nəslin hər tərəfli inkişafını təmin etməkdə politexnik təlim mühüm əhəmiyyət kəsb edir. Deməli, biologiya fənnlərinin tədrisində təhsil məhsuldar əməklə birləşdirilir. Təlimin qarşısında oturan əsas vəzifələrindən biridə şagirdlərin təfəkkürünü və nitqini inkişaf etdirməkdir. Bu məsələni həll edilməsində biologiya fənləridə mühüm rol oynayır. Biologiya dərsi sadə səlis, aydın və şirin, hətta yeri gəldikdə obrazlı halda ifadə edilməlidir. Bunlardan əlavə təlimin əsas vəzifələrindən biri də vətənpərvərlik tərbiyyəsi işini həyata keçirməkdir. Biologiya fənlərinin tədrisində vətənpərvərlik və milli iftixar hissinin tərbiyyə edilməsi olduqca vacib məsələdir. Ona görə də şagirdlərin öz doğma vətənlərinin təbiətini öyrənmək ruhunda tərbiyyələndirilməsi məsələsinə xüsusi fikir verilməlidir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin