Biologiya tədrisi metodikası I mövzu: Biologiya tədrisi metodikasının məqsəd və vəzifələri Plan



Yüklə 0,88 Mb.
səhifə31/57
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#35994
1   ...   27   28   29   30   31   32   33   34   ...   57
Biologiyanın tədrisi metodikası

I.Biologiya fənlərinin tədrisi üsulları haqqında ümumi məlumat.

Məktəbdə təlim-tərbiyə işlərinin əsas təçkilat forması həyatla əlaqədar keçirilən dərsdir. Dərsin keyfiyyətlə keçirilməsi və müvəffəqiyyətlə başa çatdırılması onun düzgün təşkl edilməsindən asılıdır. Məhz elə buna görə də dərsin düzgün təçkili və onun keçilməsi üsullarını müəllimlərin mükəmməl mənimsəmələri və təlim prosesində onlarda bacarıqlı istifadə edə bilmələri ən vacib məsələlərdən biri kimi qarşıda durur.

Müəllimin şagirdlərə bilik vermək, bacarıq və vərdişlər aşılamaq, onlarda materialist dünyagörüşü yaratmaq üçün itsifadə etdiyi yollara “metodlar və ya təlim” üsulları deyilir.

ÜİK(b)P MK-nın “İbtidai və orta məktəblərdə tədriq proqramları və rejim haqqında”kı 1932-ci il 25 avqust tarıxli qərarında dərsə verilən tələblər və təlimin üsulları aydın göstərilmişdir. Həmin qərarda qeyd edilir ki, “müəllim dərs verdiyi fənni sistematik, ardıcıl surətdə şərh etməyə borcludur.Hər cür yollarla uşaqları dərslik və kitab üzərində işləməyə, müxtəlif növ təkbaşına yazılı işlərə kabinetdə, laboratoriya, tədris emalatxanasında işləməyə alışdırmalı və bu əsas metodlarla bir sırada geniş surətdə müxtəlif növ təcrübə və priborlar, demonstrasiya etdirməli, ekskursiyalar (zavod, tarla, muzey və.s.)keçirilməlidir”.

Məlumdur ki, təlim prosesi bivasitə müəllimin rəhbərliyi altında başa çatdırılır.Müəllim təlim prosesi təşkil etməklə şagirdlərdə rəhbərlik edib, onların bilik və bacarığa yiyələnmələrinə köməklik göstərir və təlim prosesindən düzgün tərbiyə üçün istifadə edir. Müəllim dediyi dərsin təlim üsullarını yaxşı bilmədən, təlim-tərbiyə işlərində yüksək müvəffəqiyyət qazana bilməz. Bildiyimiz kimi biologiya dərslərinin tədrisində vahid bir üsuldan istifadə edilməyə yol verilmir. Çünki bu hal, təlimdə doqmatizmə səbəb olur. Odur ki, biologiya dərslərində müxtəlif təlim-tədris metodlarından istifadə olunur.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin