Yəni ən azından hamı onların adları ilə tanışdır. Lakin adları qeyd olunan filosofların düşüncələri ilə daha yaxından tanış olan insanlar da bilirlər ki, həmin mütəfəkkirlərdən Aristotel özünəməxsus istiqamətdə fəaliyyət göstərən, eyni zamanda Sokrat, Platon təfəkküründən seçilən, fərqli bir düşüncəyə sahib olan insandır. Aristotel daha çox insanın nəzərində bir alim kimi canlanır Sokrat, Platon Aristotel adlarını yəqin ki hər kəs eşidib, çünki fəlsəfə deyərkən ağıla ilk olaraq antik yunan fəlsəfəsi, filosof deyərkən isə ilk olaraq adarını çəkdiyim düşüncə sahibləri yada düşür., çünki bir çox elmlərin banisi məhz o olmuşdur. Aristotelin yaratdığı elm dedikdə isə, sözsüz ki, hər kəsin yadına məntiq elmi düşür. Amma mütəfəkkir yalnız məntiqşunas kimi deyil, həmçinin bir təbiətşünas kimi fizika, astronomiya ilə yanaşı , meterologiya haqqında da dəyərli fikirlər söyləmişdir. Öz zooloji bağını gəzən bizim filosof eyni zamanda canlıların təbiəti haqqında düşünür, biologiyanın banisi kimi isə müxtəlif dəyərli fikirlər ortaya atırdı. Bütün bunlarla yanaşı Aristotel etikadan, estetikadan, siyasi elmlərdən də yan keçməyərək bu sahələrdə də dəyərli işlər görmüşdür. Ən nəhayət o, real , yaşadığımız dünyanın, həyatın prinsiplərini özündə ehtiva edən bir fəlsəfi sistem yaratmağı bacara bilmişdir. Onu daha çox bizim yaşadığımız real həyat hadisələri maraqlandırırdı.Məhz buna görə də o, mülahizələrini məhz bu baxış bucağından insanlara təqdim dərin, mahiyyəti ifadə edən ideyalar aləmi yaddır, etmişdir. Ona Platonun Aristoteli daha çox real aləmi öyrənmək istəyir. Lakin bizim filosof etika sahəsinə qədəm qoyarkən sanki özündən əvvəlki filosofların görüntüsünü də ortaya qoymuş olur. Fəzilət nədir? Həyatın mənası nədir? Və ya xoşbəxt həyatın özü nə deməkdir? Bu tipdə olan sulları dəyərləndirərkən isə, o alimlikdən daha çox fəlsəfi təsvir yaratmış bir filosof olur..