dəqiqliyidir. Bir dərəcə
selsidən
(°C) daha az xətalı sistemləri hazırlamaq ,
çətin
başa gəlir.
Termocütlər sənayedə geniş istifadə olunur. Termocütün tətbiq olunduğu sahələrə
sobalar,
qaz
turbinlərində
işlənmiş
qazı
çıxarmaq
üçün
borular,
dizel
mühərrikləri
və digər sənaye proseslərini misal göstərmək olar. Termocütlər
termostatlarda temperatur sensorları kimi yaşayış binaları, idarə və müəssisələrdə də
istifadə edilir.
Termoelemtlərin iş prinsipi-iki müxtəlif
metalın kontaktında
cərəyanın
yaranması
hadisəsinə əsaslanır. Belə kontaktlardan ibarət olan
şüalanma qəbulediciləri
termoelementlər adlanır. Adətən iki nazik
metal
təbəqə
gümüş
lə lehimlənir.
Kontaktda metal əvəzinə yarımkeçirici də ola bilər. Metalların sərbəst ucları xarici
dövrəyə qoşulur və
qalvanometr
lə qapanır.
Qalvanometr (qalvano —
Luigi Qalvaninin
soyadı və
q.yun.
metreo — ölçürəm)
—
çox zəif cərəyan şiddətini, yaxud
elektrik sahəsinin
gərginliyini
qeydə alan
yüksək həssaslıqlı elektrik ölçü cihazı.
Xarici təsirlərə ən dayanıqlı birləşmə bir-biri ilə əks qütblərdə qoşulan iki
etrmoelement cütü ola bilər. Bu zaman onlar ardıcıl şəkildə elə birləşdirilir ki,
elektrik hərəkət qüvvələri bir-birinə əks istiqamətdə yönəlsin.
Belə birləşmədə
termoelementlər bir-birinə yaxın olduğundan xarici təsirlərə eyni cür məruz qalırlar
və adi halda heç bir cərəyan vermirlər. Əgər onları növbə ilə şüalandırsaq, onlar
müxtəlif işarəli eyni qədər kənaraçıxmalar göstərər.
Termocütlər böyük həssaslığa malikdirlər və ona görə də ən kiçik temperatur fərqini
ölçə bilirlər. Çox vaxt termocütün həssaslığını artırmaq üçün onları termobatareyalar
şəklində birləşdirirlər.
Zeebek effekti müxtəlif temperaturlarda olan aralarındakı əlaqələr ardıcıl olaraq
birləşdirilmiş müxtəlif keçiricilərin uclarında EHQ-nin yaranması.