Elektrohərəkət qüvvəsi — sabit və ya dəyişən cərəyan mənbələrində kənar (qeyri-
potensial) qüvvələrin təsirini xarakterizə edən fiziki kəmiyyət; qapalı dövrədə vahid
müsbət yükü hərəkət etdirən həmin qüvvələrin gördüyü işə bərabərdir.
Zeebek effekti bəzən termoelektrik effekt də adlanır.
Zeebek effektinə əks olan
effektə Peltye effekti deyilir.
Peltye müəyyən etmişdir ki, iki müxtəlif metalın lehimlənməsindən ibarət dövrədən
cərəyan keçərkən Coul-Lens istiliyindən əlavə lehim nöqtələrinin birində istilik
ayrılır, o birində istilik udulur. Bu hadisə Peltye effekti adlanır.
Əgər dövrədə
cərəyanın istiqaməti dəyişsə Peltye effektinin işarəsi dəyişir. Yəni əvvəlcə qızan
lehim soyuyur, soyuyan lehim isə qızır. Peltye effektini şəkil 1-dəki sxem üzrə
müşahidə etmək olar. 1 və 2 metallarının ucları lehimlənmiş
və bu sistem-dən
cərəyan buraxılmışdır. Əgər A - nöqtəsində istilik ayrılırsa, B -nöqtəsində istilik
udulur. Ayrılan və ya udulan Peltye istiliyini təyin
etmək üçün lehim nöqtələri
içərsində su olan kalorimetrə qoyulur. Temperaturu təyin etmək üçün kalorimetrlərə
həssas termometr salınır.
Şək. 1.
Lehimləmə əritmə ilə birləşdirmə emal növünə aid olub, termiki təsirin köməyi ilə
lehimləyici materialı əridərək maye faza və ya səthi
diffuziya
yaratmaqla hissələri
birləşdirmək üçün tətbiq edilir.
Diffuziya - bir maddənin atom və molekullarının öz-özünə digər maddənin atom və
molekullarına qarışması hadisəsinə deyilir.
Termoemissya çeviricisi — Termoelektron emissiyasının effektinin istifadəsinə
əsaslanan istilik enerjisini elektrik enerjisinə çevirən vasitədir.
Elektron emissiyası bərk cisimlərdən və ya mayelərdən elektronların buraxılması
hadisəsidir.
İstilik nəticəsində yaranan elektron emissiyasına termoelektron emissiya (TE)
deyilir.
Bir lampalı dioddur,
onun katotuna istilik verilir, onu yüksək temperatura qədər
qızdırır. İstilik və kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsinin digər üsulları
ilə müqayisədə termoemissiya metodu aşağıdakı üstünlüklərə malikdir:
çıxış gücünün vahidi üzrə ən aşağı çəki xarakteristikaları
və soyuducunun-
anodun yüksək temperaturunda işləmək imkanı;
onlarda hərəkət edən hissələrin olmaması;
yüksək etibarlılıq və kompaktlıq (kiplik) ; sistematik texniki xidmət olmadan
istismar imkanı;
Termoemissiya çeviricisinin bu üstünlükləri nüvə reaktorlarından istifadə edərək
kosmik aparatlar üçün avtonom enerji generatorları yaratmaq
üçün istifadə edilə
bilər.
Termoemissiya çeviricilər adi istilik elektrik stansiyalarında istilik enerjisinin
elektrik enerjisinə çevrilməsinin səmərəliliyini artıran əlavələr kimi də istifadə edilə
bilər. Dünyada ilk termoemissiya çevirici-reaktor ("Topaz-1" qurğusu) 1970-ci ildə
SSRİ-də yaradılmışdır.