Embarqo - ölkənin elm və sənaye inkişafının səbəbkarı
Hədələyirlər ki, biz İran xalqına embarqo tətbiq edəcəyik. Məgər indiyədək tətbiq etməmisiniz?! Məgər indiyədək İran xalqı siz hegemon güclərin embarqosuna məruz qalmayıb?! Əgər biz bu gün inkişaf etmişiksə, elm və sənayedə region üzrə birinci sözü deyiriksə, buna embarqo şəraitində nail olmuşuq. Biz hərbi, elmi sahədə inkişaf etmişik, tibdə heyrətamiz inkişaflarımız var, dünyanın güman etmədiyi çox mürəkkəb sənayelərin bəzisində, bioloji elmlərdə inkişaf etmişik. Biz elə elmlərdə inkişaf etmişik ki, onlara malik olanlar heç zaman öz kiçik çevrələrindən kənar birisinin onlara yiyələnməsinə imkan vermirlər.
Bütün bunlar embarqo şəraitində əldə olunmuşdur. Bəlkə də embarqo tətbiq etməsəydilər, bu nailiyyətləri əldə etməzdik. Əgər pulumuzu alıb özlərinin köhnə silahlarını bizə versəydilər, biz gənclərimizin yaradıcılığından və istedadından istifadə etmək barədə fikirləşməz, bu gün təyyarə, tank, raket istehsal etməz və bu istehsalatda regionun çoxlu ölkələrindən öndə olmazdıq. Əgər bazarları açıb istədiyimizi versəydilər, pulumuzu da alıb ciblərinə qoysaydılar, bu gün bu inkişaflara nail olmazdıq. Bizi embarqo ilə qorxudursunuz?!544
Dostları ilə paylaş: |