Elm və texnologiya sahəsində quruluşun nailiyyəti
Bilin ki, sizin quruluşunuz bacarıqlı və dəyərli bir quruluşdur. Düşmənləriniz zorla sizə anlatmağa, qəbul etdirməyə və inandırmağa çalışırlar ki, quruluşunuz bacarıqsızdır. Xeyr! Təsadüfən bu quruluş çox bacarıqlıdır və müxtəlif sahələrdə öz bacarığını göstərmişdir.
Bir sahə özünəinam məsələsidir. Bu, elmdə, siyasi işlərdə, texnologiyada özünü göstərmişdir və göstərməkdədir. Bu ölkədə bizim mühəndislərimiz elektrik stansiyası, bənd, hava limanı tikmək sözünü deməyə cürət etmirdilər. Bu işlərin hamısını xaricilər görməli idilər. İranlı mühəndisin maksimum hünəri xarici bir mühəndisin, yaxud şirkətin götürdüyü proyektdə çalışmaq idi; bunu da əgər onlar qəbul etsəydilər.
Mən 3-4 il öncə Kərxə bəndi haqda müsahibə verdim və bunu geniş açıqladım. Həmçinin Karun-3 bəndini Dez bəndi ilə müqayisə etdim. Dez bəndi tağut dövründə tikilmişdi, Karun-3 bəndi isə İslam Respubilkası dövründə. Onlar bir-birinə bənzəyir; su və elektrik baxımından bir-birinə yaxın imkanlara malik iki beton bənddir. Dez bəndinin tikilişində nə qədər iranlıları təhqir etdilər, nə qədər aşağıladılar, iranlı mühəndisi, iranlı iş adamını rüsvay etdilər. Lakin bu bəndin tikilişində betonun tökülməsi və dağa birləşdirilməsi baxımından Dez bəndindən daha həssas və mühüm olan bu böyük və mürəkkəb işi iranlı gəncin, mühəndisin özü gördü; bunu təfərrüatı ilə bizə izah etdilər. Stansiyasını özü tikdi, bəndini özü tikdi, suyun altındakı sıradan çıxmış yolu və uzun asma körpünü özü düzəltdi, həm də fəxrlə. Təri axdı, amma fəxrlə başını dik tutdu. Bu kiçik iş deyil. Siz bunu hər şeydə görə bilərsiniz.
Bu gün iranlı mühəndis, alim, doktor, hərbçi qurmağı, istehsal etməyi, yaratmağı, işlətməyi və digərlərindən daha böyük bacarıq göstərməyi özünə borc bilir. O zaman isə hətta təsəvvür də etmirdilər; bunun misalları olduqca çoxdur. Bu, indiki quruluşun işgüzarlığıdır. Bu quruluş bu işi gördü.
Ölkənin məhv edilmiş əkinçiliyini bu quruluş dirçəltdi. Ölkənin sadə və ibtidai sənayesini bu quruluş mürəkkəb və həssas nüvə sənayesinə çevirdi. Bu quruluş indi yeni sənaye sahələrində - Nano texnologiyada və digər bu tip sənayelərdə təxminən birinci sıradakılarla çiyin-çiyinə hərəkət edir və işləyir. Bunlar quruluşun səmərəliliyidir.566
Dostları ilə paylaş: |