Səkkizinci fəsil: Elmin dəyərləndirilməsində yanlış ənənə
Elmin dəyərinn azalması
Demirəm ki, uzaq keçmişlərdə hamı alim olmuşdur. Xeyr! Savadsızlıq çox idi, elm az idi, amma elm adamları arasında elmə rəğbət böyük idi, elmi onun özü üçün istəyirdilər. Uzun illər bizim cəmiyyətimizdə bu mədəniyyəti dəyişdirməyə çalışdılar və elm bir vasitəyə çevrildi; elm öyrənmək qarını doldurmaq üçün bir vasitə oldu. Bu, elmin dəyərini azaldır.300
Avropalılar tərəfindən pis elmi ənənənin təbliği
Təəssüf ki, avropalılar bizim ölkəmizdə puldan ötrü elm öyrənməyi ənənəyə çevirdilər. Bu, çox pis ənənədir. Halbuki Avropanın elmi inkişafının yaradıcıları elmi elm üçün öyrəndilər, pul üçün yox. Mən bir neçə il öncə prezident binasında olarkən təsadüfən alim və tədqiqatçılarımızın bir qrupu ilə görüşdüm. Onlara dedim ki, nə üçün bu gün tədqiqatdan, əməli işdən söhbət düşdükdə dərhal deyirlər ki, ağa, bizə pul vermədiniz, laboratoriya vermədiniz, imkan yaratmadınız. Görün dünyanın bu möhtəşəm kəşflərini edənlər belə şərtlər irəli sürürdülər, yoxsa gedib qapıları bağlayıb, öz adi həyatlarından, gəncliklərindən, arvad-uşaqlarından, rahatlıqlarından keçib bu möhtəşəm kəşfləri edə bildilər?! Düzdür, sonra var-dövlət də qazandılar, beynəlxalq mükafat da aldılar, imkanlar da yarandı, lakin bunlar üçün işləmədilər. Biz öz xalqımızda və alimlərimizdə bu ruhu dirçəltməliyik ki, elm üçün işləsinlər və elmsevərlik artsın.301
Dostları ilə paylaş: |