İranlı istedadının tarixi qəhrəmanlığı
İnqilabın sayəsində xoşbəxtlikdən, bu gün bizim kadr problemimiz yoxdur. Müxtəlif sahələr üzrə yaxşı müəllimlərimiz, məqbul şəraitimiz, inqilabdan öncəkindən on dəfə, yaxud daha artıq tələbəmiz, həm də istedadlı tələbəmiz var. İstedad da bizim məmləkətimizdə yerli və təbiidir. Tarix boyu iranlı nə zaman öz istedadını göstərməmişdir?!
İslamdan sonrakı dövr haqda bizim yazılı tariximiz var. Ondan öncəyə aid yazılı tariximiz təəssüf ki, yoxdur. Mən o dövrü də inkar etmək istəmirəm. Bəzən insan belə üstünlüklərdən xəbər verən işarə və əlamətlər müşahidə edir. Həm də bəlli təbəqə quruluşlarında bu məsələlərin inkişaf etməsi çox da gözlənilmirdi. İslamdan sonra isə azadlıq və İslam bərabərliyi gündəmə gəldi. Məsələn, görün bu 1200 il ərzində Hind okeanından Sakit okeana qədər uzanan İslam dünyasında mövcud biliklər üzrə korifeylər kimlər olmuşlar. Hansı sahəyə baxırsınızsa, iranlıları görürsünüz. Bu onu göstərir ki, burada çox da qəribə və əfsanəvi olmayan bir şey deyil; yəni Allaha şükür olsun ki, istedad var.
Siz bu gün uşaqlarınızı beynəlxalq yarışlara göndərir və onların tez bir zamanda bu yarışlarda püxtələşmiş şəxslərdən, min cür adamı və arxası olanlardan önə keçdiklərini görürsünüz. Onlar birinci, ikinci, yaxud üçüncü olur və məşhurlardan ibarət uzun sıranı arxada qoyurlar.368
Dostları ilə paylaş: |