İnqilabdan sonra elm və sənaye inkişafları
İslam inqilabı və quruluşu yetmiş faizdən artıq savadsızı olan bir ölkəni təhvil aldı. Lakin bu gün biz savadlıların faizi çox yüksək olan bir ölkəyə çevrilimişik. Mən onun faizini təyin etmirəm; çünki 1-2 faiz aşağı-yuxarı deyilməsini istəmirəm, lakin miqdarı bəllidir. Universitet və tələbənin sayı baxımından ölkəmiz möcüzəvi bir iş görmüşdür. İslam quruluşunun yarandığı dövrdən on dəfə artıq tələbəmiz, ölkənin bütün yerlərində universitetimiz var. Bu ölkədə hansı kiçik, yaxud böyük şəhər var ki, orada ən azı 1-2 universitet olmasın?!
Texnologiya sahəsində - petrokimyada, neftdə, poladda, müdafiə istehsalı və sənayesində olan inkişaflar da heyrətamizdir. Bir gün yuxuda da görməzdik ki, bizim ölkəmiz bu gün istehsal olunan müdafiə qurğularının hətta məhsullarına malik olsun, lakin bu gün onları özü istehsal edir. Bütün düşmənliklərinə rəğmən, məcbur qalıb dedilər ki, İran nüvə yanacağı aparatını istehsal edən on ölkədən biridir. Bu az iş deyil. Əlbəttə, belə uğur əldə ediləndə, ardınca ajiotaj yaradırlar ki, bəli, bunlar belə etmək istəyirlər, elə etmək istəyirlər, bomba düzəltmək istəyirlər. Bu mühüm inkişaflar İslam quruluşunun sayəsində əldə olunmuşdur.
Mənim bəzən baş çəkdiyim - uzaqdan da məlumatım var, yaxından da gedib görürəm - mühüm və böyük universitetlərin hər birinin tədqiqat işləri təqdirəlayiqdir. Halbuki ötən illər ərzində dövlətin problemləri tədqiqata lazımi büdcə ayrılmasına imkan verməmişdir. Tibb sahələrində, həmçinin ölkənin infrastruktur işlərində - bənd tikməkdə, yol çəkməkdə, neft üçün dəniz terminallarında və digər bu kimi işlərdə gözəçarpan nailiyyətlərimiz var. Bunlar doğrudan da Allahın lütfü ilə, müstəqil və ehtiyacsız şəkildə əldə edilmişdir.501
Dostları ilə paylaş: |