İnqilabdan sonra universitetlərin keyfiyyət və kəmiyyət inkişafı
Bu ölkədə elmə rəvac verilməlidir. İnqilabın mühüm işlərindən biri bu idi: elmi ölkə daxilində yaydı. İnqilabın əvvəlində qısa bir dövrdə biz universitetsiz qalmağa məcbur olduq. Universitet mədəni inqilaba və universitetdə mövcud məsələlərə görə tələbələrin təkidi ilə tətil olundu. Tehran Universitetində müxtəlif qruplaşmalar döyüş otaqları düzəldib universitetdən çaxnaşma, fitnə, inqilabla, quruluşla və İslamla müharibə üçün istifadə edirdilər. Universitet bir müddət bağlı qaldı. Lakin bu qısa müddətdən sonra elmi fəaliyyət, universitet və tələbə fəaliyyəti möcüzəli şəkildə inkişaf etdi. Siz bu gün axının içindəsiniz; bizim hansı vəziyyətdə olduğumuzu və haradan haraya çatdığımızı yaxşı bilmirsiniz.
Biz uzun illər bu ölkədə öz müalicəmiz üçün taylandlı, pakistanlı və hindistanlı həkimə müraciət etməyə məcbur idik. Çünki ciddi həkim çatışmazlığı vardı. Bu gün isə dövlətin narahatlıqlarından biri budur ki, bu qədər həkimi necə işlə təmin etsin. Bəziləri bundan ötrü kədər içindədirlər. Mənim fikrimcə isə, bu, üslubun yanlış olmasından irəli gəlir.
O zaman ölkənin azsaylı universitetlərinin idarəsi üçün müəllimimiz yox idi. Düzdür, inqilabın əvvəlində bir qədər müəllim ölkədən getdi, amma gedənlər çox deyildilər, onların sayını şişirtdilər. Bu gün xoşbəxtlikdən, ölkədə açılmış bütün bu universitetlərdə çalışan fəal müəllimlərimiz çoxdur. Bugünkü universitetlərimizin sayı keçmişlə müqayisəedilməzdir. Onların siyasətlərinin təyin və icrasında bəzi səhvlər baş verə bilər. Kəmiyyətin bu formada artımını da mən mütləq şəkildə müdafiə etmirəm, lakin əsas məsələ budur ki, elmə əhəmiyyət verildi.526
Dostları ilə paylaş: |