Gənclərin elmi fəaliyyətinin qarşısını almaq üçün düşmənin planları
İslamın və bu ölkənin düşmənləri həmişə gənc nəslin elmi fəaliyyətdə imanla yanaşı hərəkət edib bir yerə çatmalarına və öz ölkələrini inkişaf etdirmələrinə mane olmaq istəyirdilər. Onlar həmişə gənc nəslin qarşısında bataqlıq və uçurum yaratmaq istəyirdilər. Əlbəttə, instinktiv təmayül də mövcuddur. Bəzən qocalar da bəzi vəsvəsələr qarşısında yuvarlanırlar, hələ gənc bir yana qalsın.
Həmişə belə şeylər olub. Buna görə inqilabdan öncə, sonra və inqilabın əvvəllərində İslama, inqilaba və İslam quruluşuna müxalif olan bütün qruplar universitet üzərində mərkəzləşdilər. Onlar universiteti tutmaq, gəncləri bir tərəfə çəkmək, İslam inqilabını, İslam quruluşunu, İslamın bu möhtəşəm və gözəl hərəkətini gənc, alim, elmi gələcəyə malik və düşüncə əhli olan tərəfdarlarından məhrum etmək istəyirdilər. Buna görə universitetdə çoxlu işlər gördülər. Düzdür, yəqin ki, sizin çoxlarınızın yadında deyil, lakin mənim üçün dünən kimidir. O zaman da mömin, yaxşı, prinsipial və aktiv tələbə təbəqəsi aldanmışların qarşısında ən mühüm rolu ifa etdilər. Müxtəlif qruplaşmalar Tehran Universitetinin qərbindəki xiyabanda hər addımbaşı bir tablo vurmuş, müxtəlif adlarla qərargahlar düzəltmişdilər. Universitetin daxilində də müxtəlif kafedraların müəyyən otaqlarını özlərinə ayırmışdılar. Əvvəlcə oranı öz siyasi mübahisələrinə və partiya işlərinə mərkəz etmiş, sonra isə silah anbarına çevirmişdilər.320
Dostları ilə paylaş: |