İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr Birinci cild


Elmi mövzularda məqbul inkişaflar



Yüklə 0,58 Mb.
səhifə420/555
tarix26.12.2016
ölçüsü0,58 Mb.
#3529
1   ...   416   417   418   419   420   421   422   423   ...   555
Elmi mövzularda məqbul inkişaflar

Bir məsələ budur ki, biz nə deyiriksə, hamısına bu önfərziyyə ilə baxılmalıdır. Bizim bir neçə önfərziyyəmiz var. Biri budur ki, müxtəlif fənlərdə elmi inkişaf ölkə üçün həyati əhəmiyyət kəsb edir. Elmlərin dərəcə ilə sıralanmasını sonra deyəcəyik. Bu, mühüm işlərdən biridir.

İkinci önfərziyyə budur ki, bu elmi inkişaf, mütərəqqi elm mərkəzlərindən və ölkələrindən elmi öyrənməklə hasil olsa da - onun bir hissəsi şübhəsiz, budur - elmi öyrənmək bir məsələdir, elmin istehsalı isə başqa bir məsələ. Biz elm işində öz vaqonumuzu Qərbin lokomotivinə bağlaya bilmərik. Düzdür, bu asılılıq yaransa, bəzi inkişaflar əldə olunacaq; bunda şübhə yoxdur. Lakin belə inkişafın qəti nəticələrindən biri də başqasının ardınca getmək, yaradıcılığın olmaması və mənəvi cəhətdən asılılıqdır. Bu isə yolverilməzdir.

Buna görə də elmi biz özümüz istehsal etməliyik. İnsanın elmi rütbələrdə ucaldığı hər bir pillə onu sonrakı addımı atmağa və bir pillə yüksəlməyə hazırlayır. Biz bu hərəkəti özümüzdən, öz daxilimizdən, düşüncə əsaslarımızdan və mədəni irsimizdən istifadə ilə davam etdirməli və buna diqqət yetirməliyik.

Üçüncüsü budur ki, bu elmi inkişaf əvvəla özünəinamla, ikincisi müvəfəqiyyətə ümidlə, üçüncüsü cihadabənzər hərəkətlə yanaşı olmalıdır. Çünki biz fərz edirik ki, elmi inkişaf yerli baxışla və öz mədəniyyətimizə arxalanmaqla - bizim mədəniyyətimiz dini və milli irslərimizdir - həmçinin ölkənin ehtiyaclarına hesablanmış olmalıdır. Bu bizim elmi fəaliyyətimizin əsasını təşkil etməlidir. Bəzi adamlar irad tuta bilərlər ki, məgər bu mümkündür? Burada bəzi cənabların buyurduğu kimi, biz bacardığımıza inanmalıyıq, bilməliyik ki, hərəkət başladıqda müvəfəqiyyətə ümid də olur.

Dördüncüsü budur ki, bu hərəkətdə tənbəllik, rahatlıq istəyi və işi bir-birinin üstünə atmaq yolverilməzdir. Cihadabənzər hərəkət etmək lazımdır. Cihad yalnız döyüş meydanında olmur; həyatın bütün sahələri kimi elmdə də cihad lazımdır. Cihad ağlın qəbul etdiyi həddə təhlükəyə atılmaqla yanaşı olan davamlı fəaliyyət, inkişaf və gələcəyə ümiddir.

Bunlar bizim önfərziyyələrimizdir. Bunlar barədə çox söhbət etdiyimizdən, dəfələrlə danışdığımızdan alim və müəllimlər tərəfindən qəbul olunmuş sayılır. Bu onu göstərir ki, elmin bu inkişafı, elmdə yeni zirvələr fəth etmək, elm sərhədlərində yenilik və inkişaf yaratmaq bir təfəkkür kimi bizim bugünkü elmi toplumumuzun fikirlərindəndir; buna şübhə yoxdur.585


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   555




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin