Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Qərb mədəniyyətinə qarşı mübarizədə müsəlman qadınların rolu



Yüklə 416,28 Kb.
səhifə10/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   6   7   8   9   10   11   12   13   ...   73
3- Müstəmləkənin İslam cəmiyyətlərində mədəni siyasətləri

Düşmənlər öncədən hazırladıqları planlarla dini müsəlman xalqların həyatından çıxardılar, İslam ölkələrində dinin siyasətdən ayrılığını təmin etdilər. Nəticədə Qərbin elmi inkişafı bu ölkələri birdəfəyə sənaye ölkələrinə tabe etdirə, onların siyasi və iqtisadi talelərini uzun müddət və islah olunmayacaq şəkildə qərbli soyğunçulara tapşıra bildi.

Bu gün əksər İslam ölkələri Qərbin şirkət və hökumətlərinin ciblərini öz sərvətləri ilə doldurduqları on illərdən sonra hələ də gerilik vadisində sərgərdan qalmışlar, Qərbin sənayesinə, elminə və məhsuluna möhtac, siyasət dünyasında hələ də onların tüfeylisi və zavallı ardıcılıdırlar. Bu ilk gündən İslamın fundamental prinsipinə - yəni İslam tövhidinə diqqətsizlik səbəbindən yaranmış və zaman ötdükcə artmış böyük zərərdir. Zaman irəlilədikcə, elm kamilləşdikcə, hökumətləri və ölkələri daha imkanlı etdikcə İslam ölkələri daha gücsüz, daha asılı, daha cürətsiz və daha təşəbbüssüz olmuşlar.49
Müstəmləkəçi qüvvələr bütün İslam dünyasında din alimlərini sıxışdırıb səhnədən çıxarmağa çalışdılar. Məqsədimiz son 100-200 ildir. Ondan qabaq digər amillər, yəni zalım şahların, daxili tamahkar diktatorların istibdadı bu işi görürdü. Lakin Avropa dövlətlərinin İrana, Hindistan yarımadasına, ərəb ölkələrinə, Afrikaya, böyük Osmanlı məmləkətinə və digər yerlərə daxil olduğu bu zamandan etibarən müstəmləkə dövrü başlandı. İlk illərdən müstəmləkəçilər düzgün olaraq anladılar və bu məqam üzərində dayandılar ki, din alimlərinin həqiqi simasını ləkələmək, onları zərərsizləşdirmək və mümkün olduğu təqdirdə məhv etmək lazımdır. Uzun illər bu məsələ üzərində işlədilər. Bəzi yerlərdə din alimlərini və ruhaniləri heç bir şəxsiyyəti və hörməti olmayan çox kiçik və zəif bir amilə çevirdilər. Yəni həyati işlər üçün yox, daha çox ölüm-itim məsələlərindən və formal işlərdən ötrü kiçik bir mərkəz formasına saldılar. Ən azı bəzi müsəlman ölkələrində hakim qüvvələr bu işi görə və uzun illər davam etdirə bildilər. Ruhani hətta din də öyrədə bilmirdi. Onlar bütün İslam ölkələrində bu işi gördülər. Əlbəttə, bizim tanıdığımız bəzi ölkələrdə dini elm çevrəsini tamamilə məhv etmək, yaxud təsirini sıfra endirəcək həddə zəiflətmək mümkün deyildi. Buna görə də başqa yollara əl atdılar, onları zalım hökumətlərin fəsad dolu saraylarına bağlamağa çalışdılar.

Mübarizə dövründə və inqilabın qələbəsindən sonra əziz imamımızın nifrətlə yad etdiyi saray mollaları İslama və müsəlmanlara çox böyük xəyanət etdilər. Dördüncü imam həzrət Səccad (ə) öz dövrünün məşhur bir şəxsinə (Məhəmməd ibn Şahab Zöhriyə) buyurur ki, sən öz boynunu zalımların dəyirmanı üçün oxa çevirmisən. Onların zülm dəyirmanlarının daşları sənin boynunun ətrafında fırlanır. Onlar sənə arxalanıb öz dəyirmanlarını fırladır və zülm edirlər. Azğın rejimlərin zülmlərinə don geyindirən din alimi həmin rejimlərin özündən təhlükəlidir. Cəmiyyətdə hegemonizmin məqsədlərinə xidmət edən ruhani zalımların ən çirkin, ən mənfur qüvvəsi və haqq görkəmi ilə batil mahiyyəti təbliğ etdiyinə görə olduqca təhlükəlidir. Hegemonizm yüz ildən artıq sürən bu son dövrdə pulla tamahlandırmaqla və təzyiq göstərməklə müsəlman ölkələrində bu işi görməyə çalışmışdır. O buna tam müvəffəq olmadı. Çünki bütün İslam dünyasında, xüsusən də İranda islami və elmi çevrə, yəni İslam ruhaniliyi özünün haqlı və qətiyyətli mövqeyində dayandı, bu böyük inqilabla bu uca respublikanı və quruluşu ərsəyə gətirdi, dünyada İslam bayrağını yüksəltdi və İslama ucalıq bəxş etdi.50


Siz dünyada müsəlmanların və İslam ölkələrinin vəziyyətinə, aclıq, yoxsulluq, siyasi zəiflik, məlumatsızlıq, gerilik, siyasi və iqtisadi asılılıq içində olmalarına baxın və özünüzdən soruşun ki, nə üçün belədir. Müsəlmanların və İslam ölkələrinin nəyi çatmırdı?! Təbii qaynaqları az idi?! İnsan resursu çatmırdı?! Coğrafi mövqeyi yaxşı deyildi?! Bunların heç biri deyildi. Deyəcəksiniz ki, bəs nə üçün bu acınacaqlı vəziyyətə düşmüşdür? Cavab budur ki, düşmənlər 100-200 il boyu xalqın məlumatsızlığından və başçıların xəyanətindən sui-istifadə edib onlara mənəvi, mədəni və bunun kənarında iqtisadi və hərbi hücumlar etdi. İslam ölkələrini tədricən gördyünüz bu duruma saldı. Bu, İslam dünyasının təbii vəziyyəti deyil. İslam dünyası Şimali Afrikadan Uzaq Şərqə, İslam dünyasının qərbinin ən uzaq bölgələrinə və hal-hazırda Qərbi-Afrikadan Şərqi Asiyaya qədər əraziləri əhatə edir. Dünyanın ən həssas regionlarından biri də Fars körfəzidir.51

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin