Suyun mikroelement tərkibinin əhalinin sağlamlığına təsiri: Su ilə əlaqədar endemik xəstəliklər, onların proflaktikasının əsas prinsipləri



Yüklə 0,92 Mb.
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#42748
Suyun mikroelement tərkibinin əhalinin sağlamlığına təsiri Su ilə əlaqədar endemik xəstəliklər, onların proflaktikasının əsas prinsipləri.


Azərbaycan Tibb Universiteti

Ümumi Gigiyena və Ekologiya Kafedrası



Suyun mikroelement tərkibinin əhalinin sağlamlığına təsiri: Su ilə əlaqədar endemik xəstəliklər, onların proflaktikasının əsas prinsipləri.

Müəllim: T.E.D.,prof., Kazımov M.A.

Tələbə: 119A6b Vüsal Əliyev

Su xarici mühitin ən mühüm elementlərindən biri olub, insan, heyvan və bitkilərin həyatı üçün vacibdir. Ətraf mühit obyektləri içərisində oksigendən sonra su insan həyatı üçün lazım olan

ikinci vacib maddədir.

Yer kürəsinin ”hidrosfer” cəmləşmişdir.

su ehtiyatları adı altında

Hidrosferin su

ehtiyatları 1,4 milyard km təşkil edir. İnsan qidasız bir aydan çox dözə bildiyi halda, susuz bir neçə gündən artıq yaşaya bilmir. Orqanizmin susuzlaşması çox ağır nəticələrə səbəb ola bilər.

Su orqanizmin fizioloji tələbatını ödəməklə yanaşı, həm də mühüm gigiyenik əhəmiyyət kəsb edir. İnsanların istirahətinin təşkilində, bədən tərbiyəsi və sağlamlaşdırıcı tədbirlərin həyata keşirilməsində, bədənin təmiz saxlanması və möhkəmləndirilməsində, mənzillərdə müvafiq sanitariya şəraitnin yaradılmasında, şəhər və kəndlərdə təmizliyin təmin edilməsində və abadlıq işləri aparılmasında, yaşıllıqlara

qulluq etəkdə və s. suyun

əhəmiyyəti olduqca böyükdür.

Saglamlaşdırıcı aparılmasında, möhkəmləndirilməsi

tədbirlərin bədənin

üçün açıq su

hövzələrində üzgüçülük, çimmək, su prosedurlarının qəbulu və başqa kütləvi bədən tərbiyəsi və idman tədbirlərində də suyun rolu böyükdür.

Müasir abadlaşdırılmış şəhərlərin hər bir sakininə gün ərzində 150-500 l və daha artıq miqdarda su verilməlidir. Su oz gigiyenik rolunu o zaman yerinə yetirə bilər ki, o müvafiq keyfiyyət göstəricilərinə malik olsun, onun orqanaleptik göstəriciləri, kimyəvi tərkibi və mikroflorası insanların sağlamlığı üçün təhlükə törətməsin, estetik zövqə uyğun olsun.

Su vasitəsilə yoluxan infeksiyalar dünyadakı bütün ölüm səbəbləri arasında ikinci sırada yer alır. Təkcə ABŞ-dakı ishal xəstələrinin tibbi müayinəsinə sərf edilən illik məbləğ 6 milyard dollar olaraq, hesablanıb. Suların dezinfeksiyası və saflaşdırılması, insanların sağlamlıq və gigiyena mövzularında maarifləndirilməsi su ilə yoluxan infeksiyaların azalmasına gətirib çıxarır. Su çox mühüm yoluxucu xəstəliklərin və invaziyaların yayılmasında əhəmiyyətli rol oynayan mühitdir, Adətən su mənbələrində

bağırsaq çöpləri, salmonellalar, leptospiralar, və– ba vibrionları, entero– və adenoviruslar, askarid və tükbaş qurd yumurtaları, şistosomoz və ankı'lostoma sürfələri, lyambliya sistaları və

s. olur. Təbii su mənbələri patogen mikroorqanizmlərin yaşaması üçün əlverişli sayılmır və onlar qısa müddət ərzində məhv olur. Lakin bəzi patogen mikroorqanizmlər təbii sularda uzun müddət yaşaya, hətta inkişaf edə bilir. Patogen mikroorqanizmlərin təbii su mənbələrində yaşaması suyun tərkibindən, qidalandırıcı mühitin varlığından və onun konsentrasiyasından, mikrob hüceyrələrinin xüsusiyyətlərindən (sportörətmə qabiliyyəti, bakteriya hüceyrələrində lipidlərin yüksək səviyyəsi və s.), suyun temperaturundan, günəş şüalarının intensivliyindən və s. asılıdır. Bu göstəricilərə görə bəzi patogen mikroorqanizmlər bir neçə ay ömür sürə bilir, bəziləri isə öz antoqonistləri saprofitlərlə təmasda olub və ya əlverişli şərait tapmayıb məhv olur və epidemioloji cəhətdən təhlükə törətmir. Patogen mikroorqanizmlərlə və invaziya törədicilərilə çirklənmiş suyun insanlar tərəfindən qəbulu onlarda vəba, qarın yatalağı, A və B paratifı, dizenteriya, qaraciyərin kəskin sarılığı, leptospiroz, tulyaremiya, bağırsaq qurd xəstəlikləri, bəzi hallarda poliomielit və s. xəstəliklərlə xəstələnmə ehtimalını artırır. Xəstəliklərin gedişi kəskin, çox zaman epidemiya və hətta pandemiya xarakteri daşıyır. Göstərilən xəstəliklərin törədiciləri xəstə insan və heyvanların ifrazatları, xüsusən nəcis və məişət tullantıları ilə su mənbələri

suyuna düşür və orqanizmə keçmə ehtimalı artır. Bə· zi hallarda gizli basilgəzdirənlər patogen mikroorqanizmləri epidemiyalar arası dövrlərdə məişət çirkab sularına keçirir. Bu sahədə xəstəxanaların çirkab suları xüsusi təhlükə törədir. Su mənbələrinin çirklənməsinə gəmiçilik, natəmizliklərin suya atılması, su mənbəyi sahillərinin natəmizliklərlə çirklənməsi, kütləvi çimərliklər, kiçik su mənbələrində paltar yuyulması, quyulardan çirkli qablarla su götürülməsi və

s. səbəb ola bilər. Bağırsaq infeksiyalarının törədiciləri əlverişli şəraitdə açıq su mənbələri və

quyu sularında bir neçə ay sağ qala bilir. Lakin çox hallarda onlar iki həftə ərzində kütləvi şəkildə məhv olur. İçməli suların epidemioloji təhlükəliliyi suyun tərkibində xəstəlik törədici rrıikroorqanizmlərin varlığından, suyun çirklənmə dərəcəsindən, mikroorqanizmlərin yaşama müddətindən və virulentliyindən asılıdır. Su epidemiyaları özlərinin səciyyəvi xüsusiyyətlərilə başqa epidemiyalardan fərqlənir. Bu epidemiyalar üçün xəstələnmə hallarının qəflətən artması, xəstələnmənin bir müddət yüksək səviyyədə qalması, ümumi su mənbəyindən istifadə edən əhali arasında xəstələnmə hallarının çox olması, başqa su mənbəyindən istifadə edən əhali arasında xəstəliklərin olmaması, görülən tədbirlərlə əlaqədar təhlükənin aradan qalxması, xəstələnmə hadisələrinin tədricən azalması və sönməsi xarakterikdir. Su epidemiyaları barədə ədəbiyyatda çoxlu məlumatlar verilmişdir. Xüsusən su mənşəli virus infeksiyalarının (infeksiya hepatiti, poliomielit və adenovirus xəstəlikləri) epidemiyaları haqqında çoxlu məlumatlar vardır. ABŞda, İtaliyada, İsveçdə, Fransada və s. ölkələrdə ən çox yayılan su mənşəli infeksiya hepatiti epidemiyası barədə ətraflı məlumat verilmişdir. İnfeksiya hepatitinin ən böyük epidemiyası 1955–ci ildə Dehli şəhərində baş vermiş, 2 ay davam etmiş və bu müddət ərzində 29.300 nəfər infeksiya hepatitinin sarılıq forması ilə, 70.000–ə yaxın isə xəstəliyin sarılıqsız forması ilə xəstələnmişdir. Bu infeksiyanın baş verməsinə səbəb su kəmərinə kanalizasiya sularının qarışması olmuşdur.

Su ilə yayılan zoonoz xəstəliklərə leptospiroz, tülyaremiya, brüsellöz, ku qızdırması aiddir. Su mənbələrinə leptospirlər gəmiricilərin, donuzların və iribuynuzlu heyvanların sidiyilə daxil olur. Xəstəlik ən çox açıq su mənbələri suyundan (arx, nohur, süni göl, suvarma kanalları) içməklə əlaqədar başlayır. Bəzən isə xəstəliyin baş verməsinə açıq su mənbərində çimmək, paltar yumaq və s. səbəb olur, çünki leptospirlər orqanizmə selikli qişa və dəridə olan mikrozədələrdən daxil olur.

Dünya əhalisinin təxminən 20 faizi təhlükəli içməli sulardan istifadə edir. İldə 200 milyona yaxın insan su ilə bağlı xəstəliklərə yoluxur və 2 milyondan çox insan kirli sulardan qaynaqlanan xəstəliklər səbəbi ilə həyatını itirir.

İnkişaf etməkdə olan ölkələrdə tullantı sularının yalnız 5 faizi saflaşdırılır. Sənaye və ev tullantılarının ətraf mühitə zərər verməsi, axar sulara və yeraltı su qaynaqlarına nəzarətsiz olaraq, qarışması da ayrı bir problemdir.

Vəba xəstəliyinin özü də su vasitəsilə yayılır. Bu, dörd karantin infeksiyasından biri sayılır, çox təhlükəli infeksiyadır. Əgər su mənbələrində vəba nüklonu varsa, bu, çox təhlükəlidir və dərhal karantin elan olunmalıdır və tam izoliyasiya aparılmalıdır.

Çünki əhali bu xəstəliyə yoluxaraq və bir-birlərini yoluxduraraq, böyük bir epidemiyaya yol aça

bilər.

Su ilə yayılan xəstəliklər təkcə infeksion xəstəliklər deyil. Suda olan müxtəlif ağır metallar, çöküntülər insan orqanizmində toksiki vəziyyətlərə (zəhərlənmələr və s.) gətirib çıxara bilər. İnfeksion xəstəliklərin əksəriyyəti ishal ilə müşayiət olunur.



Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") – olduqca yoluxucudur. Saglam insana bu

xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə yoluxar.

Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girər. Bu vəziyyət, kəslərin tualetə getdikdən sonra əllərini yumaması və çirkli əlləriylə sağlam kəslərin yeməklərinə toxunması ilə də meydana gələr. Hepatit virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Ölkəmizdə, kəndlərdə tualetlər ümumiyyətlə çöldədir və meyvə-tərəvəzlərin yetişdirildiyi yerlərə yaxındır. Gübrə olaraq torpağa axıdılan Hepatit-A virusu ilə yoluxmuş suvarma suları, çiy yeyilən kahı, cəfəri, təzə soğan, və başqa bu kimi yaşıllıqlara və tərəvəzlərə bulaşmaqda və bu çirkli yaşıllıqların kifayət qədər təmizlənə bilməməsi də böyük yoluxmalara səbəb olmaqdadır. Müşahidələrə görə bütün restoranlarda hazırlanan salatların tərəvəzləri və guya yuyunmuş olaraq gətirilən kahı- cəfəri və başqa göyərtilər əlbəttə ki, bir ləyən və ya vedrədəki suya batırılıb çıxarılmaqla təmiz olması mümkün olmadığı halda (!) süfrələrimizə gətirilməkdədir. İfrağatla çirklənən sulardan toplanan göyərtilər, tərəvəzlər və qabıqlı dəniz məhsullarının yeyilməsi, xüsusilə payız və qış aylarında epidemiyalara səbəb olmaqdadır. Hepatit A xəstəliyi keçirən adam ilə yaxın təmas və cinsi əlaqə də xəstəliyin yayılmasına səbəb olur.

Xalqın fərdi gigiyena, əllərin tez-tez yuyunması, və tullantıların sağlam uzaqlaşdırılması qaydaların riayət etməsi:


  • Sağlam içmə və istifadə etmə sununun təmini ilə,
  • Kafi kanalizasiya sistemlərinin təmiri,
  • Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyunması və bişirilməsiylə,
  • Bakterioloji idarə olunmayan içmə sularının qaynadılmasıyla,
  • Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsilə xəs- təliyin qarşısı alına bilər.

  • Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin