Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Beşinci fəsil: Mədəni-incəsənət qurumlarının mədəni hücuma qarşı vəzifələri



Yüklə 416,28 Kb.
səhifə14/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   10   11   12   13   14   15   16   17   ...   73
2- Etik və ictimai fəsadları yaymaq

İngiltərənin ozamankı siyasi lordları və yüksək rütbəli məmurları təxminən bütün dünyaya siyasi planlar cızırdılar. Əslində onlar bütün dünyada işləyirdilər - Avstraliyadan tutmuş Mərkəzi Asiyaya, Hindistan yarımadasına, İrana, Orta Şərqə, Şimali Afrikaya və Amerikaya qədər. Bu kiçik ada dünyanın bütün ölkələrinə hökmranlıq edirdi. Onlar bu nəticəyə gəldilər ki, nefti, qazı və ozamankı dünyanın gələcək enerjisini təmin etmək qüdrəti olan, təyyarələrin və indiki sürətli nəqliyyat vasitələrinin olmadığı dövrdə Şərqlə Qərb arasında strateji baxımdan həyati nöqtə hesab olunan bu həssas bölgədə mövqelərini möhkəmlətmək istəyirlərsə, İslam haqda düşünməyə və ona çarə qılmağa məcburdurlar. Xalqın dini və İslam inancının güclü olduğu təqdirdə onların planlarının həyata keçməsi imkansız idi. Onların bu qənaəti dəqiq idi, düz anlamışdılar. Onlar üçün əsas maneə İslamdan ibarət idi. Biz ingilisləri dedik, amma Avropanın digər ölkələri də təqsirsiz deyildilər, Fransa, İtaliya, Portuqaliya, Belçika da vardı. Lakin o zaman dünyanın müxtəlif bölgələrində görülən işlərin hamısında əsas mərkəz İngiltərə idi. Siyasətdə və cəmiyyətlərin həyatında hər xalqın öz növbəsi var. Onda onların növbəsi idi, çapıb-talayır və amansızlıqla qarət edirdilər.

Növbə İslam ölkələrinə çatdıqda bu fikrə düşdülər ki, bu ölkələrin inkişaf etməkdə olan nəsillərini dindən ayırmalıdırlar. Bu iş üçün iki iş görülməli idi. Onların biri cinsi məsələlərin yayılması və ehtiras yollarının açılması idi. İslam dini digər dinlərdən daha dəqiq olsa da, təkcə o yox, bütün dünya dinləri insanların cinsi özbaşınalığına qarşı çıxır. Dinlər bunun üçün qayda və hədd müəyyənləşdirib. Cinsi istəkləri məhdudlaşdırmadan insan ruhunun yetkinləşməsi mümkün deyil. İnsanın ehtirası heç bir sərhəd tanımasa, heyvan kimi olub insani tərəqqidən uzaq düşər. Deməli, hər bir cəmiyyətdə dinlərə qarşı sadə və asan mübarizə yolu cinsi özbaşınalığa rəvac verməkdir. İranda bu işə başladılar. Bu sahədə görülən ən mühüm işlərdən biri hicab qadağası idi. Digər işlər kimi spirtli içkiləri yaymağı və qadınla kişi arasında əlaqə məhdudiyyətini aradan qaldırmağı göstərmək olar. Onlar bu işləri də gördülər. Yeni elmi cihazların kəşfi və sivilizasiyanın inkişafı, məsələn, kinoteatrlar, radio, televiziya və sair vasitələr də onlara bu işləri asanlıqla görmək imkanı yaradırdı. Bu sadalananlar hələ elmə və düşüncəyə aid olmayan işlərdir. Bəziləri səhvən elə düşünürlər ki, cinsi özbaşınalığa səbəb olan amil elm və bilikdir. Halbuki belə deyil; elm və bilik ikinci amil idi.

Birinci amil sırf mədəni məsələlər – düşüncə və elm fəsadına, ehtiraslı əməllərə və pozğunluğa yol açan işlər idi. Birinci iş bu idi və bunu etdilər. Buna görə də İranda, eləcə də digər ölkələrdə qərblilərin bu hücumu ilə yoldan çıxan ilk şəxslər savadlılar deyildi, əksəri savadsızlar və cəmiyyətin orta təbəqəsi idi. Bəli, rifah, dəbdəbə və israfçılıq onların istədiyi və planlaşdırdığı fəsada kömək göstərirdi. Bu bir amil idi.

Başqa bir amil elm və düşüncə məsələsi idi. Təbii ki, Avropanın əldə etdiyi elmi tərəqqilər cəlbedici idi. Bu yeni elmi düşüncələr İslam ölkələrinə daxil olarkən onlar bunu xalqı dindən uzaqlaşdırmağa, ürəklərdə olan iman işığını söndürməyə və dini inancı ortadan götürməyə vasitə etdilər.68
Mədəni hücumun yollarından biri mömin gəncləri sivilizasiyanın keşikçisi olan imana təəssübkeş bağlılıqdan daşındırmaqdır; ötən əsrlərdə Andalusda gördükləri iş kimi. Orada gəncləri fəsada, ehtiraslara və spirli içkilərə aludə etdilər. Hal-hazırda bu işlər görülməkdədir.69
Bu gün dünyanın çoxlu xalqlarının, o cümlədən çoxlu müsəlmanların zorla ibadət və itaətinə vadar edildiyi büt - Amerika bütüdür. Bu büt müsəlmanların bütün mədəni, siyasi və iqtisadi işlərini ələ keçirmişdir və onları zorla öz maraqlarına tabe etməyə çalışır.

İbadət qeyd-şərtsiz itaət etməkdir. Bu gün xalqlar hegemonların və birinci növbədə Amerikanın istəkləri qarşısında müxtəlif yollarla bu ibadətə məcbur edilirlər. Müstəmləkəçi qüvvələr xalqlar arasında fəsad və pozğunluq yayır, hegemon düşərgənin beyni və ürəyi olan Qərb kompaniyalarının daha artıq qazanc götürməsi üçün xalqlarımızın yaşayışını günbəgün daha çox bataqlığa batıran israfçılıq mədəniyyətinə rəvac verirlər. Hegemon Qərbin siyasi hökmranlığı özlərinə bağlı və xalqa qarşı olan hökumətlər vasitəsi ilə təmin olunur. Bütün bunlar, hər hansı bir bəhanə ilə daha açıq forma alan hərbi müdaxilələr və digər amillər İslamın müsəlmanlar üçün nəzərdə tutduğu tövhid quruluşu və tövhid həyatı ilə tam ziddiyyət təşkil edən həmin şirk və bütpərəstliyin təzahürləridir.70



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin