Birinci yürüş (1386-1388)



Yüklə 4,47 Kb.
tarix02.01.2022
ölçüsü4,47 Kb.
#35490
Azərbaycan Tarixi (Toxtamış və Teymurun Yürüşləri , Şirvanşah 1-ci İbrahim)


Hülaki dövlətinin süqutundan sonra Azərbayacanın cənub hissəsi 1359-cu ildə Cəlairlər tərəfindən ələ keçirilmiş , 1367- ci ildə isə Şirvan onlardan asılı vəziyyətə düşmüşdü. Lakin Cəlairilər Azərbaycanda tam möhkəmlənə bilmədilər. 1385 - ci ildə Qızıl Orda Toxtamış 100 minlik qoşunla yürüşə başlayıb , Dərbəndi və Şirvan vilayətini ələ keçirdikdən sonra Təbriz Şəhərini mühasirəyə aldı. Toxtamış 8 gün ərzində Təbrizdə əhalini qırdı və var-dövlətini talan etdi. 1386-cı ildə Azərbaycan Şərqin ən böyük fatehlərindən biri ola Əmir Teymurun hücumuna məruz qaldı.

Birinci yürüş (1386-1388)

İkinci yürüş (1392 - yazlmyb)

Üçüncü yürüş (1399-1400)

Birinci yürüş - Əmir Teymur Dərbəndin qala divarlarını təmir etdirmiş və Beyləqanda abadlıq işləri görmüşdür. Araz çayından su çəkdirmişdir. Teymur vilayətlərin və Azərbaycanın idarəsini Miran-şaha tapşırmşdı. Amma Mİranşahın idarə etmə qabilyəti olmadığından Azərbaycanda heç bir qaydaya riayət olunmurdu.

İkinci yürüş - Məqsədi Azərbaycan və ona qonşu olan bölgələri əldə saxlamaq idi. 1392-ci ildə yenidən Təbriz şəhərinə yenidən yiyələnmişdi.

Üçüncü yürüş - Sultan Əhməd Cəlairinin xəzinəsinin saxlandığı Əlin- cə qalasını isə 14 illik ağır mühasirə şəraitindən sonra Teymur ələ keçirə bilmişdi. Onun ən böyük müttəfiqi Şirvanşah 1 ci İbrahim idi.

Şirvanşah 1 ci İbrahim (1382-1417)

Şirvanşah Huşəngin yeritdiyi yarıtmaz siyasət , xalqın dinc həyatının pozulması cə Cəlarilərdən asılılıq Şirvanda üsyana səbəb oldu və Şirvanşah Huşəng öldürüldü.Nəticədə 1382-cı ildə Şirvanşahlar sülaləsinin Dərbənd qolundan İbrahim taxta çıxarılmışdı. Dərbəndilər sülaləsinin hakimiyyət dövrü başladı (1382-1538).

Şirvanşah 1 ci İbrahim və Teymur arasında Qarabağda görüş oldu. Bu görüşün böyük tarixi əhəmiyyəti oldu. Teymur onu Şirvanın hakimi kimi tanıdı və Şimal sərhədlərinin qorunmasını ona həvale etdi. Beləliklə 1-ci İbrahim bu yolla Şirvanşahlığın ərazisinin toxunulmazlığına nail oldu ölkənin iqtisadiyyatını və əhalinin asayişini qoruyub saxlaya bildi.



1-ci İbrahimə çox böyük rəğbətlə yanaşan Əmir Teymur hətta ayrıca bir fərmanla övladlarından başqa birinə laiq bilmədiyi "oğlum" deyə müraciət edirdi. Şirvanşah 1-ci İbrahim əlverişli tarixi şəraitdən bacarıqla istifadə edərək Gəncəni və Qarabağı öz Şahlığna birləşdirmişdi. Teymur ölənə qədər ona sadiq qalan 1-ci İbrahim Teymur öldükdən sonra siyasətini dəyişmişdi. O 1405-ci ildə öz müttəfiqləri ilə Teymurun qoşunlarını Kür çayı sahilindəki döyüşdə məğlubiyyətə uğratmışdı.
Yüklə 4,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin