http://www.amu.edu.az
31 mart 2015-ci il
2
Sözünə davam edən rektor bil-
dirdi ki, rəhbərlik əməkdaşların
maddi
rifahının
yaxşılaşdırılması
istiqamətində daim lazımi tədbirlər
həyata keçirib. Və görülən işlərin
davamı kimi belə qərara gəlinib ki,
bu bayram ərəfəsində universitet
tərəfindən əməkdaşlara verilən əlavə
əmək haqqının qaldırılması kollektiv
üçün ikiqat bayram sevincinə səbəb
olar. Bunun üçün də aprelin 1-dən
etibarən ATU-da inzibati idarəetmədə
çalışan rəhbər heyətin, fakültə de-
kanlarının və dekan müavinlərinin,
kafedra
müdirlərinin,
professor-
müəllim heyətinin, o cümlədən digər
əməkdaşların da aylıq məvacibi artı-
rılıb. Rektorun sözlərinə görə bu ar-
tım miqdarına görə indiyə qədər olan
artımlardan fərqlənir. Belə ki, fakültə
dekanları 1450, kafedra müdirləri
1300, professorlar 1200, dosentlər
1050, baş müəllim 810, assistentlər və
müəllimlər 750 manat əmək haqqı ala-
caqlar. Ümumilikdə bu artım universi-
tetin bütün əməkdaşlarına- 1200 nəfər
professor-müəllim heyətinə şamil
edilib. Beləliklə, Tibb Universitetində
çalışan professor-müəllim heyətinin
orta aylıq əmək haqqı 1100 mana-
ta çatdırılıb. Artırılanların sırasında
elə kateqoriyalar var ki, onlarda 45%
artım olub. Sözünə davam edən aka-
demik Ə.Əmiraslanov dedi ki, bu gün
Tibb Universitetinin hazırkı vəziyyəti,
klinikalarımızın fəaliyyəti, bütövlükdə
əldə olunan nailliyyətlər bizə imkan
verir ki, əməkdaşlarımızın maddi- so-
sial həyatını gücləndirək, onların iş
şəraitini yaxşılaşdıraq. “İndi klinik ka-
fedralar əldə etdikləri vəsaitlə müasir
texniki avadanlıqlarla təmin olunub.
Artıq maliyə durumumuz bizə imkan
verir ki, nəzəri kafedralara da lazım
olan zəruri avadanlıqlar alaq, onlarda
da müəyyən təmir işləri aparaq.”
Sonra şura üzvləri bu günlərdə dün-
yasını dəyişən ağciyər xəstəlikləri ka-
fedrasının müdiri, professor Namiq
Abbasovun xatirəsini bir dəqiqəlik sü-
kutla yad etdilər.
Bundan sonra iclasın gündəliyinə
daxil edilən “ATU-nun elektron mik-
roskopiya laboratoriyasının hesabatı,
onun biologiya və təbabətdə tətbiq
imkananları” mövzusunda Histologiya,
embriolgiya və sitologiya kafedrasının
müdiri, professor Eldar Qasımovun
məruzəsi dinlənildi.
Hesabatını
əsasən
slaydlar
vasitəsilə diqqətə çatdıran məruzəçi
tarixə ekskurs edərək bildirdi ki, hələ
keçən əsrin 50-ci illərindən başlaya-
raq elektron mikroskopun morfolo-
giyada tətbiqi sahəsində əldə olun-
muş məlumatlar bioloji elmləri tam
yeni səviyyəyə qaldırmışdır. Belə
ki, qısa zaman ərzində istər bitki,
istərsə də heyvan hüceyrələrinin
əsas kompartmentləri olan hüceyrə
zarının, sitoplazmanın (onun tərkib
hissələri olan orqanellərin, sitoskelet
elementlərinin) və nüvənin submik-
roskopik səviyyədə tədqiqi həyata
keçirilməyə başlanılır. Əldə olunmuş
məlumatlar ilk vaxtlar dünyanın ən
məşhur elmi dərgilərində məqalələr
şəklində, sonralar isə elmi işçilərin
və tələbələrin stolüstü kitabları olan
monoqrafiyalar və dərsliklər şəkilində
dərc olunurlar. Son 10 il ərzində
dərc olunan dərslik və monoqrafiya-
ların hamısında müxtəlif tip elektron
mikroskopları ilə çəkilmiş şəkillər
üstünlük təşkil edirlər. Hal-hazırda
istifadə olunan mikroskopik texnikalar
içərisində elektron mikroskopunun
imkanlarını ABŞ-ın Kaliforniya Uni-
versitetinin əməkdaşları G.A. Perkins
və b. (2009) belə səciyyələndirirlər:
“Müasir flüoressent konfokal mikros-
kopların köməkliyi ilə nişanlanmış zü-
lalların hüceyrə daxilində hərəkətini
belə izləmək mümkün olsa da,
böyütmə imkanı məhdud olduğundan
orqanellərin ultrastrukturunu tədqiq
etmək imkanı vermir. Sonuncu imkan
ancaq üçölçülü elektron mikroskopu-
nun (elektron tomoqrafiyası) vasitəsilə
tam dəqiqliklə həyata keçirilə bilir”.
Bioloji elmlər sahəsində müasir
istiqamətlərdən biri müxtəlif şəraitlərdə
(yaşla əlaqədar, eksperimental və pa-
toloji vəziyyətlərdə) hüceyrələrin ölüm
formalarının müəyyən edilməsidir.
Bu sahədə çox həssas flüressent,
immunhistokimyəvi və s. metod-
lar kəşf olunmasına baxmayaraq,
hüceyrələrin ölüm formalarının aşkar
edilməsinin “qızıl standartları” hələ
də elektron mikroskopik tədqiqatların
nəticələrinə əsasən müəyyən edilir
(S.C.Taatjes et al., 2008; A.Tinari et
al., 2008).
Müasir elektron mikroskopunun
əldə olunmasının aktuallığının bi-
rinci göstəricisi respublikada işlək
vəziyyətda olan bu tip aparatın olma-
masıdır. Sözünə davam edən E. Qası-
mov vuğuladı ki, keçən əsrin 70-80-cı
illərində AMEA-nın bir çox institutları
və Azərbaycan Tibb Universiteti üçün
keçmış SSR-də, Çexoslovakiyada və
Yaponyada istehsal olunmuş 10-dan
çox TEM əldə edilmişdir. Hal-hazırda
onlardan biri də işlək vəziyyətdə de-
yildir. Bununla bərabər o dövrlərdə
əldə edilmiş TEM seriyaları müasir
tələblərə cavab vermədiyindən və ar-
tıq istehsal olunmadığından respubli-
kada olanların təmirini təşkil etmək də
mümkün deyil.
Respublikada elektron mikrosko-
pu vasitəsilə yerinə yetirilmış işlərin
səthi analizi göstərir ki, Sovetlər birli-
yi dövründə çox sayda elmi-tədqiqat
idarələrinin TEM əldə etməsi heç də
özünü dogrultmamışdır. Bu mənada
respublikada
muasir
tələblərə
cavab verən elektron mikrosko-
pik mərkəzlərin yaradılması daha
məqsədəuyğun olar. Misal üçün qeyd
etmək olar ki, böyük elmi potensia-
la malik, 295 institut və klinikaları
özündə birləşdirən, 7 fakültəsi olan
Surix Universitetində ancaq bir “Mik-
roskopiya və təsvirin analizi mərkəzi”
fəaliyyət göstərir. Özü də həmin
mərkəz TEM-lə yanaşı, butun müasir
mikroskop növləri, köməkçi cihaz və
materiallarla tam təhciz olunmuşdur.
Sözünə davam edən natiq dedi
ki, biologiya və tibb sahəsində mü-
asir tələblərə cavab verən, impakt
faktoru yüksək olan jurnallarda çap
olunan elmi-tədqiqat işlərinin böyük
əksəriyyəti müxtəlif növ elektron mik-
roskopik texnikaların vastəsilə yerinə
yetirilir. Respublikada bu tipdə işlək
vəziyyətdə olan cihazın olmaması
morfologiya sahəsində texniki geri-
qalmaların dərəcəsini günu-gündən
artırırdı. Azərbaycan Respublikası-
nın Prezidenti yanında Elmin İnkişa-
fı Fondu 2011-ci ildə Gənc alim və
mutəxəssislərin 1-ci musabiqəsində,
qısa müddət ərzində əhəmiyyətli elmi
nəticələrin alınmasını stimullaşdır-
maq məqsədilə, “Biologiya, tibb və
aqrar elmləri” üzrə 1 000 000 manat
məbləğində Pilot layihəsi elan etmişdi.
AMEA – nın Tibb və Biologiya Elmləri
Bölməsinin akademik-katibi, akademik
Əhliman Əmiraslanovun göstərişi ilə
Azərbaycan Tibb Universitetinin “his-
tologiya, embriologiya və sitologiya,
“patanatomiya” kafedralarının, AMEA-
nın Generik Ehtiyatlar, Botanika, Zo-
ologiya, Mikrobiologiya, Fiziologiya
institutları əməkdaşlarından ibarət işci
qrup “Respublikada biologiya və tibb
sahəsində ultrastruktur tədqiqtların
müasir səviyyədə təşkili üçün Trans-
missiya Elektron Mikroskopunun,
müvafiq cihaz, avadanlıq və material-
ların alınması” pilot layihəsini tərtib
edib EİF-ə təqdim etdi. Göstərilən
pilot layihəsi EİF səhmdarlar şura-
sının qərarı ilə qalib elan edildikdən
sonra çox gərgin fəaliyyət, ələlxüsus
EİF əməkdaşlarının opera tiv işləri
nəticəsində 2012-ci ilin dekabr ayın-
da Yaponyanın JEOL firmasının is-
tehsalı olan JEM-1400 transmissiya
elektron mikroskopu, Almaniyanın
LEİCA firmasının istehsalı olan Ult-
racut EM UC7 markalı ultramikroto-
mu, Leica EM KMR3 markalı şüşə
bıçaq düzəldəni və lazımı reaktivlər
əldə olunmuşdur. Pilot layihəsinin
icrası bizim universitetə həvalə olun-
duğundan bu sadalanan aparatura
və ləvazımatlar ATU-nun 4-cü kor-
pusunun birinci mərtəbəsində ayrıl-
mış xüsusi otaqlarda yerləşdirilmişdir.
2013-cü ilin fevral ayından elektron
mikroskopu və əlavə avadanlıqların
hamısı işlək vəziyyətdədir. Bu apara-
turalar vasitəsi ilə onurğa beyninin ağ
maddəsinin işıq mikroskopunda, baş-
beyin qişasının, dişli bağın və Gangu-
leterakis dispar parazitinin orta bağır-
sağının isə elektron mikroskopunda
çəkilmiş şəkilləri nümayiş etdirilir .
Tərtib olunan layihənin məqsədi
göstərilən sahələrdə elmi-tədqiqat
işləri aparan əməkdaşların birgə
istifadəsi üçün Transmission Elektron
Mikroskopu (TEM), köməkci avadanlıq
və materialların alınmasıdır. Layihədə
nəzərdə tutulmuş TEM-in alınması,
dar ixtisas çərçivəsində deyil, respub-
likada biologiya və tibb sahələrində
aparılan elmi-tədqiqat işlərinin əsas
istiqamətləri ilə yaxndan tanış olan
gənc mütəxəssislərin hazırlanmasına
xidmət edəcəkdir. Bir milyona qədər
böyütmə imkanına malik TEM tətbiqi
respublikanın yerli, introduksiya edil-
miş və süni əldə olunmuş flora və
faunasının bütün nümayəndələrinin
struktur xüsusiyyətlərini, onların pas-
portlaşdırılmasını 0,38 nm dəqiqliklə
tədqiq etmək imkanına malikdir.
E.Qasımov bildirdi ki, Biologiya
və tibb sahələrində aparılan elmi-
tədqiqat işlərinin yerinə yetirilməsində
göstərilən fundamental və prakti-
ki xarakter daşıyan nəticələrin əldə
m Martın 19- da Böyük Elmi Şuranın növbəti yığıncağını
açan universitetin rektoru, millət vəkili, akademik Əhliman
Əmiraslanov gündəliyə keçməzdən öncə şura üzvlərini qarşıdan
gələn Novruz bayramı münasibətilə təbrik etdi, onların hər birinə
can sağlığı, ailə səadəti arzuladı.
“ATU-nun elektron mikroskopiya laboratoriyasının hesabatı, onun
biologiya və təbabətdə tətbiq imkananları” müzakirə edilib
B Ö Y Ü K E L M İ Ş U R A D A
31 mart 2015-ci il
http://www.amu.edu.az
3
u
Matrın 18-də Azər
bay
can Tibb
Universitetində “Qan və qan
komponentlərinin hazırlanmasında müasir
texnologiyalar” mövzusunda elmi-praktik
konfrans keçirilib. Tədbirdə Azərbaycan
və Türkiyənin tanınmış hematoloqları ilə
yanaşı Özbəkistan, Qırğızıstan və Tacikis-
tandan olan mütəxəssislər də iştirak ediblər.
Konfrandsa giriş nitqi ilə çıxış edən
rektor, akademik Əhliman Əmiraslanov
əvvəlcə tədbir iştirakçılarını Novruz
bayramı mü nasibətilə təbrik edib.
Tibb Universitetində mütə ma di olaraq
beynəlxalq səviyyəli elmi konfranslar
keçirildiyini bildirən rektor bu tədbirlərdə
dünyanın bir çox ölkələrindən aparı-
cı mütəxəssislərin iştirak etdiyini vur-
ğulayıb: “Azərbaycan Tibb Universi-
teti olaraq biz müxtəlif ölkələrin tibb
sahəsindəki alimlərinin iştirakı ilə top-
lantıların təşkilinə böyük önəm veri-
rik. Çünki müasir dövrdə heç bir sahə
təkbaşına inkişaf edə bilməz. Ona görə
də dünya təcrübəsini öyrənmədən irəli
gedə bilmərik”. Millət vəkili Əhliman
Əmiraslanov qeyd edib ki, adətən elmi
konfranslar üçün plan hazırlananda
həm Azərbaycan, həm də bütün dün-
ya ictimaiyyətini narahat edən, əhalinin
sağlamlığı üçün problem yaradan
məsələlərə diqqət yetirilir: “Bu gün top-
laşdığımız konfransın mövzusu da elmi
araşdırmalar baxımından çox böyük
önəm daşıyır. Çünki müasir tibbdə qan
və qan komponentlərinin hazırlanması
inkişaf edir. Bir neçə il əvvəl yalnız qan-
dan istifadə etməklə kifayətlənirdiksə,
indi bu, bizi təmin etmir. Hazırda qanın
ayrı-ayrı komponentlərindən istifadə
sahəsində tədqiqat işləri, təcrübədə
tətbiqi sahəsində çox böyük uğurlar qa-
zanılıb”. Rektor Əhliman Əmiraslanov
konfrans iştirakçılarına uğurlar arzula-
maqla nitqinə yekun vurub.
Daha sonra elmi-praktik konfrans-
da mövzu ilə bağlı müxtəlif məruzələr
səsləndirilib. Türkiyədən Terumo BCT-
nin mütəxəs sisi Meral Filiz Somunyu-
dan “Spectra Optia-nın protokol və im-
kanları”, ATU-nun Tədris Terapevtik Kli-
nikasının Hematalogiya şöbəsinin mü-
diri Valeh Hüseynov “Çoxsaylı mielom
xəstələrində periferik kök hüceyrə top-
lanma prosedurunun dəyərləndirilməsi”
mövzusunda çıxış edib. Med Tech So-
lutions Gmbh-nin mütəxəssisi Cağatay
Deliktaş “Ekstrakorporal fototerapiya”
mövzusunda fikirlərini açıqlayıb.
Fasilədən sonra Talassemiya
Mərkəzinin transfuzioloqu Kamran
Əhmədovun “Qanın yardımçı aparatla
işlənməsi ilə plazmaferez” mövzusun-
da çıxışı ilə konfrans davam edib. Son-
da isə ATU-nun Tədris Terapevtik Klini-
kasının aferez üzrə mütəxəssisi Xəyalə
Qafarovanın təqdimatında “Spectra
Optia” ilə praktik hissə nümayiş etdil-
rilib.
Günel ASLANOVA
ATU-da beynəlxalq konfrans keçirilib
u
Azərbaycan Tibb
Uni ver si teti nin
patoloji
fiziologiya kafed rasında Yeni
Azərbaycan
Partiyasının
(YAP) ATU üzrə gənclər
birliyinin
hesabat-seçki
konfransı keçirildi.
Konfransda YAP-ın ATU
üzrə
gənclər
birliyinin
sədr müavininin hesabatı
dinlənildi, gənclər birliyinin
sədr və sədr müavinləri,
idarə heyətinin üzvləri,
həmçinin Nəsimi Rayon
təşkilatının gənclər birliyinin
IV konfransına ATU-dan
nümayəndələr seçildi.
Tədbirdə
çıxış
edən
ATU-nun tədris işləri üzrə
prorektoru, professor Sabir
Əliyev
tələbələri
təbrik
edərək, onlara işlərinin
məsuliyyətini və cid diliyini
xatırlatdı. O qeyd etdi ki,
YAP 1992-ci ildə yaranıb və
artıq 600 mindən çox üzvü
var.
Daha sonra ATU-nun
Tələbə Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent
Elşad Novruzov çıxış edərək
nümayəndə heyətinə 40
nəfər, idarə heyətinə isə
11 nəfər tələbənin üzv
seçilidiyini bildirdi.
Tədbirdə
YAP
Siyasi
Şurasının üzvü Məlahət
İbrahimqızı da iştirak edirdi.
Qabil
YAP-ın ATU üzrə gənclər birliyinin
hesabat-seçki konfransında
“ATU-nun elektron mikroskopiya
laboratoriyasının hesabatı, onun
biologiya və təbabətdə tətbiq
imkananları” müzakirə edilib
olunması ancaq TEM-in müasir imkanlarından maksimum
istifadə nəticisində mümkün ola bilər.
Hesabatı qənaətbəxş qiymət ləndirən AMEA-nın müxbir
üzvü Nuru Bayramov, professorlar Çingiz Rəhimov, Habil Mu-
radov, Akif Qurbanov, və Məmməd Nəsirov bu istiqamətdə
kafedralarda aparılan təcrübələrdən və elektron mikroskopiya
sayəsində əldə olunan imkanlardan söhbət açdılar, bu möv-
zunun aktuallığı ilə bağlı fikirlərini şura üzvləri ilə bölüşdülər.
Müzakirə olunan məsələnin mühüm əhəmiyyət kəsb etdiyi-
ni vurğulayan Ə.Əmiraslanov bu işdə xüsusi əməyi olan pro-
fessor Eldar Qasımovun zəhmətini yüksək qiymətləndirdi:
“Elektron mikroskopiya mərkəzinin yaradılması və bu
gün işlək vəziyyətə gətirilməsində onun böyük rolu vardır.
Bura indi gəncləri cəlb etmək və onlara əlavə əmək haq-
qı vermək lazımdır ki, onlar gəlib burada həvəslə işləsinlər.
Universitetimiz günü-gündən inkişaf edir, bu işləri görmək
üçün vəsaitimiz var, lazımi avadanlıqları almağa maddi im-
kanımız çatır. Klinikalarda o cümlədən kafedralarda toplaşıb
müzakirələr aparmaq lazımdır ki, elektron mikroskopiyadan
necə faydalanmaq olar. Çünki Eldar müəllimin də dediyi kimi
tibb elminin elə sahəsi yoxdur ki, burada öz əksini tapmasın.
Əlbəttə, mən istərdim ki, burada aparılan işlərin coğrafiyası
böyüsün, daha geniş sahələri əhatə etsin, bu laboratoriyada
daha çox elmi- tədqiqat işləri aparılsın, alınan nəticələr daha
effektli olsun. Mən hesab edirəm ki, Eldar müəllimin etdiyi
məruzə çox maraqlı bir məruzə idi. Biz də çalışacayıq ki,
gələcəkdə bu laboratoriyanın inkişafına kömək edək, bura-
da daha böyük elmi- metodik işlərin aparılmasına nail olaq.”
MƏNSUR
Fotolar Cənnətalı Çingizindir