BİSMİllahir-rəhmanir-rəHİM


OSMAN IBN ƏFFANIN ÖLDÜRÜLMƏSI



Yüklə 2,71 Mb.
səhifə58/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

OSMAN IBN ƏFFANIN ÖLDÜRÜLMƏSI


İmam Əli ibn Əbu Talib (ə) “Nəhcül-bəlağə”də buyurduğuna əsasən Osmanın hökumətini adil hökumət hesab etmir və onu Peyğəmbərin (s) sünnəsinin icraçısı bilmirdi. Osman, Ömər ibn Xəttabın göstərişinə əsasən xilafətə çatdıqdan sonra, İmam (ə) belə buyurdu: “Xilafət (əvvəllərdə) bizim haqqımız olub, indi də bizim haqqımızdır.” Bu kəlam Osmanın hökumətinin qəsbkar olduğunu tanıtdırırdı. İmam Əli (ə) Osmana beyət etmədi. Qədir hədisini və özünün digər fəzilətlərini onların yadına salıb buyururdu: “İnsanlar kimə tabe olmaqlarını bilməyənə qədər onları məcbur etməyəcəyəm.” Müsəlmanların işləri onların istədikləri kimi olarsa, mən də hamı kimi hökumətə tabe olacağam.”

Bununla belə, müsəlmanlar Osmanın əleyhinə qalxdıqda, bu hökumətə qarşı çıxmayıb, inqilabçıları sakitliyə dəvət edən yalnız Əli ibn Əbu Talib (ə) idi. İmam buyurur: “Osmanı o qədər müdafiə etdim ki, qorxdum bundan artıq müdafiə etsəm, günahkar hesab edilərəm”2 İmamın bu hökuməti müdafiə etməsi müxtəlif cəhətlərdən araşdırılarsa , bu haqda fikir söyləmək məqsədə uyğun olmaz. Imam nəyi qoruyurdu, inqilabçıları nədən uzaqlaşdırırdı və bu hərəkatın arasında nə görürdü? Bu haqda aşağıda qeyd olunan məsələlər araşdırılmalıdır:

1. İmam (ə)-ın siyasi baxışı;

2. İmam (ə)-ın rəftarına təsir edən amillər;

3. İmam (ə)-ın öz rəftarı haqqında fikiri;

4. Digərlərinin bu haqda olan fikirləri.


1. İmam (ə)-ın siyasi baxışı.


Bu mövzu haqda aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir.

1) İmamın (ə)-ın fərdi və daxili əqidəsini, yəqin ki, onun siyasi baxışından ayırmalıyıq. O həzrətin bu haqda olan kəlamları,bu əməlin siyasi sahəyə aid olduğunu bildirir. Belə ki, İmam Əli (ə) öz hökuməti zamanında da Osman haqqında olan fərdi və daxili əqidəsini aşkar şəkildə bəyan edə bilirdi. Necə ki, iki xəlifə haqqında da ehtiyatla danışırdı.

2) İmam (ə)-ın bu hadisəyə dəxalət etməsi öz daxili istəyinə görə deyil, əksinə Osman və inqilabçıların istəyinə əsasən idi.

3) Mərvan Əli (ə)-dan xəlifəyə müxtəlif sözlər çatdıraraq və xəlifəni İmamdan (ə) qorxudurdu. Bu səbəbdən Osman dəfələrlə İmamdan (ə) Mədinədən çıxmağını istəmiş və o həzrət heç bir etiraz etmədən qəbul etmişdi. Tarixə istinadən, müsəlmanlar Osmanın hökumətinə qarşı qalxmazdan öncə Əli ibn Əbu Talib (ə) bu hökumətə qarşı heç bir hərəkət etməmişdir. O, xəlifəni müsəlmanların qəzəbinə səbəb olan işlərdən çəkindirirdi. Camaat xəlifəyə qarşı çıxan günlərdə belə ona deyirdi: “Səni and verirəm, elə bir iş görmə ki, ümmətin əli ilə öləsən!” Çünki Peyğəmbər (ə) buyurdu: “Bu ümmətdə bir hakim öldürüləcək. Onu öldürmək qan tökməyi qiyamətə qədər müsəlmanlar arasında adiləşdirəcək və onları zülmətə qovuşduracaqdır. Belə ki, haqqı batildən ayıra bilməyəcəklər.” Bu səbəbdən hökuməti Mərvana tapşırma ki, səni istədiyi kimi hər tərəfə çəksin.1

Digər bir tərəfdən Əli (ə) Osmanın müxaliflərinin mühasirəsində idi. Əli (ə)-dan onları himayə etməyi tələb edirdilər. Onların Osmandan gözlədikləri və Əli (ə)-dan, umacaqları haqq idi. Onların tələbləri qarşısında sükut, zülmə razı olmaq hesab edilirdi. Amma qeyd etmək lazımdır ki, inqilabçıların hədəfi islama və Peyğəmbərin sünnəsinə əməl etmək deyildi. Beləliklə, onları himayə hədəfi məlum olmayan dəstəyə kömək etmək hesab olunurdu.

Xəlifənin nümayəndələri camaatın qarşısına çıxdıqda onları qovurdular. Osman Əli ibn Əbu Talib (ə)-ı çağırdı.Bu zamandan sonra Osman ilə İmam (ə) arasında dəfələrlə söhbət oldu. Məhz bu günlərdə Osmanın göstərişi ilə İmam (ə) Mədinədən çıxarılır və onun onun istəyi ilə yenidən şəhərə qayıdırdı. Osman bəlkə də belə güman edirdi ki, Əli ibn Əbu Talib (ə)-in şəhərdə olması, inqilabçıları xəlifəyə qarşı qalxmaqda qüvvətləndirir. Amma tüğyan yüksəldikdə və təhlükə çoxaldıqda yalnız Əli (ə)-ı şəhərə dəvət etməklə onları sakit edə bilirdi. Osmanın Əli (ə)-dan şəhərdən çıxıb, qayıtma tələbləri elə bir həddə çatmışdı ki, İmam (ə) axırda buyurdu: “Osman məni su aparan dəvə kimi (get-gələ salmışdır). Dəfələrlə şəhərdən çıxarıb bir daha xahiş etməklə şəhərə qayıtmağımı istəmişdir.”



Qeyd etmək lazımdır ki, əvvəldə inqilabların hədəfi xəlifəni öldürmək deyildi. Onların hədəfi müsəlmanlar və İmam (ə)-ın adi vəziyyətə qayıtması idi. Bu səbəbdən ləyaqətsiz hakimlərin hökumətdən kənarlaşdırılması və zülmün aradan getməsi haqda düşünürdülər. Amma xəlifənin rəftarı onları bu tələblərinə çatmaqda naümid etdikdə xəlifənin kənarlaşdırılmasına dair ciddi addımlar atdılar. Şübhəsiz, camaatın tələbinə cavab verib, hökumətdən kənarlaşsaydı, heç kimin onunla işi olmaz və nəticədə heç kim ziyan görməzdi. Vəziyyəti çətinləşdirən səbəb, xəlifənin və hakim dairəsinin keçmiş vəzifələrində sabit qalmaları idi. Əli (ə)-ın nümayəndəliyi ilə camaat və xəlifə arasında söhbətlər günlərlə davam etdi. Osmanın xidmətçisi onun dəvəsi ilə Misir hakiminə məktub apardıqda, misirlilər onu yoxladı. Hadisələr bundan sonra daha da gərginləşdi. Misirlilər Mədinədən kənarda oturaq etmişdilər. Bu zaman Osman camaatın şikayətlərinə baxmaq üçün üç gün möhlət istədi. İmam(ə)-ın razılığı ilə və yazılı şəkildə camaat dağıldı.2 Amma bu üç gündə xəbərdar oldular ki, xəlifə silah yığıb müxaliflərə qarşı müharibəyə hazırlaşır. Üç gündən sonra vəziyyətin əsla dəyişmədiyini görən Mədinə, Kufə, Bəsrə və Yəmən əhalisi Əmr ibn Həminin nümayəndəliyi ilə, misirlilərə tərəf hərəkət etdilər. Misirlilərlə “Zaxəşəb”də Mədinəyə tərəf gəldikdə görüşdülər. Mədinəyə çatıb Osmanın evini bir daha mühasirəyə aldılar. Azuqəni və suyu evə kəsdilər.3 Əli (ə) məktubun mövzusundan agah olduqdan sonra camaatın tələbi ilə onu xəlifənin yanına apardı. Osman məktubu yazdığını inkar etdi. Əli (ə) buyurdu: “Necə ola bilər ki, xidmətçin sənin dəvən ilə sənin möhrün olan məktubu Mədinədən çıxarıb amma sən ondan xəbərsizsən?!”4 İmam Əli (ə) bilirdi ki, bu iş Mərvanın hiyləsi və xəlifənin səhlənkarlığı üzündən olmuşdur. Bu səbəbdən xəlifəni Mərvanla məşvərət etməkdən uzaqlaşdırırdı. Amma Osman həmişəki kimi Mərvanı zirək və xeyirxah müşavir hesab edirdi.Əli (ə) buyurur: “ And olsun Allaha, səni mən hamıdan çox müdafiə etdim və camaatın qabağını aldım. Amma bir söz deyəndə güman edirəm ki, qəbul etmisən. Mərvan digər bir söz deyəndə mənim sözümü inkar edib, onu qəbul edirsən.”1 Osman İmam (ə)-ın sözlərini qəbul etmədikdə, o həzrət qəzəbləndi və çıxdıqda buyurdu: “Bu fərman sənin fərmanındır”2 Bununla belə iki övladı Həsən (ə) və Hüseyn (ə)-ın vastəsi ilə xəlifə və ailəsini su çətinliyindən qorumaq niyyətində idi. Əlbəttə, xəlifə camaatın qəzəbindən və ölümdən xilas ola bilmədi.

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin