BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə54/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

YƏQINDƏN ÜSTÜN GÜMAN


Belə nəzərə çarpır ki, Qur`anların bir edilməsi məsələsi Peyğəmbərin hədislərinin yazılıb bəyan edilməsinin qabağını almaq məsələsində əlaqəsi vardı. Birinci və ikinci xəlfənin xilafəti zamanında təkid olunurdu ki, hədis Qur`anla qarışmasın, Qur`an səhifələrinin ətrafında heç bir hədis və təfsir yazılmasın. Bu siyasətə qarşı çıxıan möhkəm cəzalandırılırdılar. Bu planın icrasının nəticəsində bəziləri hədislərin yazılışına, əzbərlənməsinə, hətta saxlanılmasına belə, çox da əhəmiyyət vermir, hətta hədislərin gizli surətdə də yazıb və bəyan etməsindən çəkinirdilər. Amma bəziləri isə öz fəaliyyətini dayandırmadılar. Şiə və sünnü mənbələrinə əsasən, bu siyasət Ömər ibn Xəttabın xilafətində diktaturaya çevrilmişdi. Amma onun ölümündən sonra və Osman xilafətə gələndən sonra hədis söyləmək bir qədər azad oldu hətta hədisin yazılması da artıq cinayət sayılmırdı. Çox çəkmədi ki, müsəlmanlar on üç ildən sonra, yenə hədis yazıb və bəyan etdilər. Bu nisbi azadlıq hədis yazanları və hədis deyənləri yazıb bəyan etməyə təşviq etdi. Bu, elə bir zamanda baş verirdi ki, başqa ölkələrin yeni müsəlman olmuş müsəlmanları Peyğəmbərin (s) kəlamlarını eşitmək arzusunda idilər. 24-25-ci hicri illərində ikinci xəlifə tərəfindən olan bütün mənsəb sahibləri Osman tərəfindən kənarlaşdırıldı. Müsəlmanlar İslam ölkələrində hökmranlıq edən Bəni Üməyyə nəslindən olan bütün insanları bədnamlıqla tanıyırdılar. Bəzi Qur`an ayələrində, eləcə də Peyğəmbərdən (s) olan hədislərdə bu şəxslərin Peyğəmbərə (s) qarşı kin və düşmənçilikləri barədə elə sözlər deyilib ki, o zamankı hökumətin xoşuna gəlmirdi. Çünki bu mətləblər onların baş aşağılığına səbəb idi. Bəni Üməyyə müsəlmanların dini ictimai müqəddəratını ələ alandan sonra onları məzəmmət edən hədislərə etirazlar başladı. Hər bir kəs Peyğəmbərin (s) onlar haqqında məzəmmət edən hədislərini eşidəndə dərhal Qur`an ayələri ilə tutuşdurub başqalarına ötürür, onlar da bu hədisi həmin ayənin kənarında qeyd edirdilər. Bu qeydlərin səbəbi o idi ki, ayələrin və hədislərin çoxluğu müsəlmanların hədisin öz məxsus ayəsinə tətbiqində səhvə yol verirdilər. Çünki hədisi eşidən kimi onu kamil və ya müxtəsər surətdə həmin ayənin yanında yazırdılar. Bu da zaman keçdikcə, ayə və hədis arasında olan əlaqənin unudulmasına səbəb olurdu. Nəticədə bilmirdilər ki, həmin ayə hansı mövzuda və kimin haqqında nazil olub. Bu cür maarifcilik işləri az zamanda çox böyük səmərə verdi. Çox çəkmədi ki, hər bir müsəlman bir ayənin ətrafında aşağısı hədis bilirdi. Ayələri tilavət edərkən onların təfsirlərini də öyrətdilər. Bu növ üslub heç vaxt eyni əqidəli kütlə üçün nə müşkül yaradırdı, nə də ixtilafa səbəb olurdu. Amma heç vaxt eyni əqidəli kütlənin olmadığına görə və ya bəzilərinin xalqın məlumatsızlığından öz xeyirlərinə istifadə edirdilər. Zaman keçdikcə, xalq arasında Qur`an ayələri haqqında və onların hədislə tətbiqində ixtilaf əmələ gəldi. Hətta bəziləri bilərəkdən, yaxud bilməyərəkdən öz siyasi məqsədlərinə çatmaq üçün Qur`anın düz oxunuşu barədə mübahisəni daha da artırdılar. (Misal olaraq (و هذا صراط علی مستقیم)1 ayəsini göstərmək olar. Bu ayədə əla (علي) kəlməsini عليََّ və başqa cür tələffüz etmək olar. Bu yolla təxribat və ixtilafa yol verdilər.) Bu gedişlə Qur`anın hədisdən ayırma planının ən münasib zəmini yarandı. Amma siyasi və ictimai vəziyyətə görə keçmiş diktaturaya bənzəməmək üçün yeni planın cızılmasına ehtiyac var idi. Ən yaxşı yol Qur`anların cəm edilməsi idi. Bu çızılmış plana görə xalqın əlində olan bütün hədislər yenə yığılıb məhv ediləcək, zaman keçdikcə, gələcək nəslin ondan məlumatsız olduğuna görə Qur`anı təfsir edə bilməyəcəkdilər. Bununla, başa düşmək olar ki, həzrət Əli (ə)və Abdullah ibn Məsudun Qur`anını qəbul etməməkdə məqsəd nə idi. Əgər doğrudan da Qur`anların yığilması və onların bir edilməsi onların qiraətinin fərqi idisə, onda Qur`anın bir edilib və qalanların məhv edilməsi lazımsız idi. Bundan əlavə, Qur`anın yandırılması və vərəqələrinin cırdırılması xəlifənin çox yaramaz işlərindən idi.

OSMANA QARŞI ÜSYANIN AMILLƏRI


Osman ibn Əffanın süst fikirləri onun qocalıq dövranında qurbana çevirdi. Osmanın Ayişə, Təlhə və Zübeyr kimi təcrübəli düşmənləri, Mərvan kimi hiyləgər müşavirləri və özünün ləyaqətsiz mənsəb sahiblərini himayə etməsi, yaramaz fərdi və ictimai narəva davranışı onun öldürülməsinə gətirib çıxartdı. Öz möhkəmlənmiş hakimiyyətinə göstərdiyi etimadına görə heç kimin tənqidini qəbul etməyib öz səhv davranışlarını davam edirdi. Belə ki, bir neçə amil xalqın Osmandan üz döndərib, onun əleyhinə üsyan etməsinə səbəb oldu.

1. XƏLIFƏNIN FƏRDI ICTIMAI ÜSLUBU


Osmanın həyat tərzi keçmiş iki xəlifədən hər bir cəhətdən fərqlənirdi. Belə ki, o, çox bahalı paltarlar geyinirdi, belə ki, onların bə`zisinin qiyməti 800 misqal qızıl pul dəyərində idi.1 Rəngarəng yeməklər yeyir, yaşadığı evi saraya bənzəyirdi və onun qəbuluna düşmək çox çətin idi. Mədinədə özü üçün divarları sarucdan (sement tipli tikinti materialı) olan və qapıları palıd agacından bir ev tikdi.2 O, dünyadan gedən zaman 30,500,000, (otuz milyon beş yüz min) misqal gümüş pulu, 150 min misqal qızıl pulu3 və min köləsi var idi.4

Osman qızlarından birini Mərvan ibn Həkəmə ərə verdikdə, Afrikadan göndərilmiş qənimətin beşdə birini (təqribən, beş yüz min dinar-qızıl pul) qızına bağışladı.5 Afrikadan göndərilmiş qənimətin miqdarı 2,520,000 qızıl puldan ibarət idi.6. Həmçinin 100 misqal əlavə pul da bağışladı.7 Afrika qənimətlərinin qalan beşdə dördünü isə Mərvanın yaxın adamlarına (Həkəm ibn Əbil-Asın övladlarına) hədiyyə etdi.8 100 min qızıl pul,9 eləcə də Qəzaə qəbiləsinin bütün sədəqələrini öz əmisi Həkəm ibn Əbil Asa bağışladı.10

Osmanın başqa kürəkəninin adı Haris ibn Həkəm idi. Xəlifə qızını ona verdikdə, beytül maldan* 100 min gümüş pulu,11 eləcə də Mədinəyə göndərilən və zəkat qismindən sayılan bütün dəvələri ona hədiyyə etdi.12 Peyğəmbəri Əkrəm (s)-in müsəlmanlara vəqf etdiyi Mədinə bazarının bir hissəsini onun şəxsi əmlakına keçirtdi.13

O, bir dəfə ögey anasının qardaşı Vəlid ibn Əqəbəyə Kufənin ümumi əmlakından14 100 min və xilafət mərkəzindən isə 200 min dinar (qızıl pul) bağışladı.15 Afrikanın16 qərb ölkələrindən yığılan qənimətlərin hamısını, eləcə də Afrikada baş verən birinci mühribədən ələ gələn qənimətlərin iyirmi beşdə birini (yə`ni 100 min qızıl pulu) Abdullah ibn Əbi Sərəhə verdi.1

Xəlifə Osmanın başqa bir kürəkəninin adı isə (Üməyyənin nəvələrindən olan) Abdullah ibn Xaliddir ki, Osman ona 300 min (başqa bir nəzərə görə 400 min), qohumlarına isə 10 min dinar – qızıl pul verdi2. Osman qızını onunla evləndirdikdə, ona Bəsrənin ümumi əmlakından 600 min dinar – qızıl pul verilməsini göstəriş verdi.3

Zübeyr ibn Əvamın əmlakı: Buxari yazır: “Zübeyrin Mədinədə on bir, Bəsrədə iki, Kufə və Misirin hər birində isə bir evi var idi. Onun dünyadan gedərkən pulunun miqdarı 52 milyon (başqa bir nəzərə görə 59 milyon) gümüş pulu,4 min atı, min qulu və min kənizi olmuşdur.5

Təlhə ibn Übeydullahın əmlakı: Onun əmlakı 30 milyon qızıl pul məbləğində olmuşdur. Dünyadan gedən zaman ondan 200 min qızıl pul, 2,200,000 gümüş pul, eləcə də 300 baş qızıl (bahalı) dəvə (başqa bir nəzərə görə isə 300 ədəd inək dərisi ilə dolu qızıl) qalmışdı.6

Əbdür-Rəhman ibn Ovfun əmlakı


Tarixçilərin yazdıqlarına görə, onun sərvəti içərisində böyük bir qızıl parçası, dünyadan gedərkən isə yüz at, min dəvə, on min qoyun və 2,560,000 dirhəm – gümüş pulu var idi.

Onun dörd arvadından hər birinə çatan irsin miqdarı 80 min qızıl pul idi (yə`ni Əbdür-Rəhman ibn Ovfun əmlakının otuz ikidə biri qədər). Beləliklə, onun pulunun miqdarı 3,200,000 məbləğində qızıl pul olmuşdur.7

Beytül-maldan olan qızıl-gümüş və ləl-cəvahiratı öz qohum-əqrəbası arasında bölüşdürən xəlifə Osman camaatın e`tirazı ilə üzləşdikdə, onlara belə dedi: “Bunlar Allahın malıdır; mən onları istədiyim şəxsə verər, istədiyim şəxsə isə vermərəm.”8

Osmanın qohum-əqrəba və tərəfdarlarının əmlakı günü-gündən çoxalsa da, digər tərəfdən isə imam Əlinin (ə) beytül-maldan olan payı o həzrətin özü buyurduğu kimi, dəvəni sağdıqdan sonra balasına veriləcək süd qədər idi.9



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin