BİSMİllahir-rəhmanir-rəHİM


VƏSIYYƏTIN MƏZMUNU VƏ YAZILMASININ QARŞISININ ALINMA SƏBƏBLƏRI



Yüklə 2,71 Mb.
səhifə6/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   2   3   4   5   6   7   8   9   ...   66

VƏSIYYƏTIN MƏZMUNU VƏ YAZILMASININ QARŞISININ ALINMA SƏBƏBLƏRI


Ömər ibn Xəttab, İbn Abbasla söhbətində deyir: 3Allah Rəsulu (s) Əlini çox tərifləyirdi. Əlbəttə bu təriflər heç nəyi sübut etmir və hüccət də deyildir. O, Əlini tərifləməklə (həqiqətdə) öz ümmətini yoxlamaq istəyirdi. (Görsün ki, ümmət öz peyğəmbərlərinə nə həddə itaət edir.) O, həzrət xəstə olduğu zaman bu məsələni açıqlamaq istəyirdi ki, mən qarşısını aldım.4

Başqa bir rəvayətdə deyilir:

Allahın Rəsulu (s) onu xilafətə namizəd etmək istəyirdi. Mənə fitnə baş verə biləcəyindən qorxaraq mane oldum. Peyğəmbər mənim niyyətimdən agah oldu (öz istəyi haqqında israr etməkdən) və əl çəkdi.5

İbn Abbas deyir:

Ömər Şama etdiyi səfərlərindən birində, öz dəvəsində tək idi, o zaman mənə dedi: “İbn Abbas! Əmin oğlundan şikayətçiyəm. Ondan mənimlə getməsini istədim, ancaq o, razılaşmadı. Mən hələ də onu acıqlı və incik görürəm. Görəsən acığı nədən ola bilər?” Dedim: “Sən özün bilirsən.” Ömər dedi: “Sənin fikrincə O, hələ də xilafəti əldən verməsinə görə narahatdır?” Dedim: “Bəli belədir. O, fikirləşir ki, Allahın Rəsulu (s) onu xəlifə seçmişdi.” Ömər dedi: “Allahın Rəsulu (s) Onu xəlifə seçmişdi, lakin nə etmək olar ki, Allah belə istəməmişdi! Allahın Rəsulu bir şeyi, Allah isə başqa bir şeyi istəmişdi. Bu zaman Allahın iradəsi üstün gəlmiş, Rəsulunun istəyi icra olmamışdı. Məgər Allahın Rəsulunun hər istəyi yerinə yetirdi? Əmisi Əbu ləhəbin müsəlman olmasını istədi, lakin olmadı.”

Maraqlı və incə məsələ budur ki, Allahın Rəsulunun (s) “qələm-kağız gətirin, sizə bir şey yazım ki, məndən sonra azıb haqq yoldan kənara çıxmayasnıız” – deməsindən nə istəyəcəyini Ömər ibn Xəttab bütün incəlikləri ilə bilirdi. Onun ani əksül əməl göstərməsi bütün hadisələrlə tanış olmasına bir dəlildir. O, həmin anda hər şeyi çox diqqətlə izləyir, zirəkliyini və vaxt tanımasını ən yüksək dərəcədə işə salmışdı.

Həzrətin danışığı elə tənzim olunmuşdu ki, böyük ehtimalla orada olnların bir çoxu nə yazmaq istəməsini başa düşmüşdülər.

1. Yazının şəriət məsələləri və adi ışlər barəsində olmamasında heç bir şəkk yox idi. Belə ki, yazılması istənilən şeyə əsasən ona itaət edən kəs heç zaman haqdan çıxmayacaqdı. Əgər yazılmalı şey məsələlər olsaydı, onunla heç kim müxalifət etməzdi, nəinki təhqiramiz söz deməz, heç azacıq belə! Yazılması istənilən şey hər nə idisə, Ömərin çox qorxduğu bir məsələ haqqında idi. Ona görə də hələ yazılmamış o qədər qəzəblənir ki, İbn Əbil-Hədidin dediyinə görə nəfsinin qarşısını ala bilməyərək o nalaiq sözü deməkdən özünü saxlaya bilmir.

2. O cümlə hər nə olsa da, bir hissəsi həzrətin istəyində yer almışdı. Belə ki, həzrət buyurur: “Əgər bu mətləbi yazsam heç kəs haqdan çıxmayacaqır.” Sanki bundan qabaq həzrət ona oxşar cümlə buyurmuş və cümlələrin oxşarlığı səbəb olmuşdu ki,o Peyğəmbərin cavabında “(bir şeyin yazılması lazım deyildir) Quran bizim aramızdadır və Allahın kitabı bizə bəsdir!” demişdi!?

O, haradan bilirdi ki, Peyğəmbər nəyisə Qurana qoşmaq istəyir!?

Həqiqət budur ki, Peyğəmbərin vəsiyyətinin mövzusu tamamilə məlumdu. Həyata keçirmək istədiyi işisə təkcə demək deyil, yazmaq istəyirdi. Çünki o məsələ əvvəllər dəfələrlə açıqlanmışdı. Sözsüz, bütün ümmətin hidayət olunmasına səbəb olan məsələ təkcə o həssas vaxta qalmamışdı. Əks təqdirdə, deyilməsinə müvəffəq olmadıqda ümmət hidayətdən uzaq düşə bilərdi. Odur ki, bir çox hallarda onu xatırlatmışdı. Belə olmadıqda (əgər bu məsələni qabaqlar deməmiş, indi də) yazmaqa müvəffəq olmazsa, qəbul etməliyik ki, ümmətini həmişəlik azqınlıqda qoyaraq onları tərk etmişdir.

Bu araşdırmadan əlavə, tarix bizə göstərir ki, bu acı hadisədən əvvəl və eləcə də sonra haqqında qələm və kağız istədiyi o cümləni özündə ehtiva edən başqa kəlamlarında buyrurmuşdur. O kəlam “Səqəleyin” hədisidir. Səhabələr dəfələrlə O həzrətdən eşitmişlər ki:

«انّى تارك فيكم الثّقلين كتابَ الله وعترتى ما ان تمسّكتم بهما لن تضلّوا ابداً و لنْ يضفترقا حتّى يردا علىّ الحوض»1

Mən sizin aranızda iki ağır və qiymətli şey qoyuram: Allahın kitabı və ailəm. Nə qədər ki, onlardan tutmusunuz, heç zaman (haqdan) azmayacaqsınız. “Kövsər” hovzunun yanında mənim yanıma gələnə qədər onlar bir-birindən ayrılmayacaqlar.”

İbn Həcər yazır:

Ömrünün son günlərində yoldaşlarımdan bir dəstəsi Allahın Rəsulunun yatağının ətrafına yığılmışdı. Həzrət onlara xitabən buyurdu:

Camaat vəfatım yaxınlaşmışdır. Tezliklə aranızdan gedəcəyəm. Agah olun! Sizin aranızda Quran və Əhli-beytimi2 əmanət qoyuram. Hər ikisinə itaət edin. (Bu zaman Əlinin əlindən tutub buyurdu:) “Bu Əli Quranla, Quran da Əli ilədir. Onlar bir-birindən ayrılası deyillər.”1

PEYĞƏMBƏR (S) VƏSIYYƏTI YAZMADI


Peyğəmbərin (s) vəsiyyətinin dinləyiciləri iki dəstə idi: Müvafiqlər və müxaliflər. Müxaliflər həyasızcasına vəsiyyətdən ehtiyacsız olmalarını bildirsələr də azğınlıqdan nicat tapmaları və həqiqəti daha yaxşı tanımaları üçün vəsiyyətnamənin yazılmasına daha çox ehtiyacları vardı. (Ehtiyacı olanlar vəsiyyətnamənin yazılmasını istəmədikdən sonra) yazılmasının nə faydası ola bilərdi? Peyğəmbərin (s) hüzurunda ona sayıqlamaq nisbəti verənlər, vəsiyyətnamə yazılan təqdirdə, hər yolla olur-olsun, sözlərini sübuta yetirməyə çalışır və bu yolda nahaq qanlar tökməyə belə hazırdılar! Bəlkə bu yolla vəsiyyəti e`tibardan sala bilsinlər. Belə olduqda nübuvvətin özünə irad tutmağa yolu açılar və hər zamanda ixtilaf və mübahisə üçün bu fikrin ardıcılları meydana gələ bilərdi. Elə buna görə də ən yaxşı iş Peyğəmbərin (s) tutduğu yol – yəni vəsiyyətnaməni yazmamaqdı.

Bəlkə də Peyğəmbərin (s) vəsiyyətnamənin yazılmasını məsciddə ümumxalq kütləsinin qarşısında istəməməsinin əsas səbəbi də bu olmuşdur. Əvvəllərdə, “Qədir” hadisəsindən tutmuş Usamənin ordusunun göndərilməsi vaxtına qədər bu adamların etdiyi hörmətsizlik göstərirdi ki, əgər bu məsələ camaatın qarşısında olsaydı belə, onların müxalifəti ilə üzləşəcəkdi. Əlbəttə, bu müxalifət evdəkindən daha şiddətli və ziyan verici olacaqdı.

Peyğəmbərə evdə olan hörmətsizlikdən başa düşmək olur ki, bir dəstə adam hər hansı yolla olursa olsun, vəsiyyətin yazılmasının qarşısını almağı qarşılarına məqsəd qoymuşdular. Onlar Peyğəmbərin öz qərarında ciddi olmasını və vəsiyyətin məzmununun rəhbərliyə yetişə bilmələrinə bir maneə olduğunu başa düşdüklərindən sayıqlamaq nisbətini verməkdən başqa çarə görmədilər. Çünki bu söz qədər vəsiyyətin qarşısını ala biləcək heç bir söz ola bilməzdi. Belə bir nisbətin sübuta yetməsi nübuvvət məqamını nöqsanlı etməklə yanaşı, Peyğəmbəri (s) qızdırmalı halda, sayaqlayan sadə insanlar həddinə endirirdi. Belə olduqda, nübuvvətin bünövrəsi və eləcə də Peyğəmbərin dediyi bütün sözləri etibardan salacaqdı. Camaatın arasında belə bir ehtimal yaranacaqdı ki, Peyğəmbər digər sözlərini də tamamilə özündə olmadığı və düzgün düşünə bilmədiyi vaxtda demişdir! Bəlkə də elə bu dəlillərə görə o həzrətə (s) “istədiyinizi sizə gətirməyəkmi?” dedikdə buyurdu: “Daha nədən sonra?” (Bundan sonramı?).

Müxalifləri öz hədəflərinə yetişmək üşün bu qədər israr etmələrindən məlum olur ki, camaatın iştirakı da onlara mane ola bilməzdi. Odur ki, Allahın Rəsulu (s) öz istəyini evdə bildirdi. Əgər hörmətsizlik baş verəcəkdisə də, ümumcamaatın qarşısında deyil, evdə, kiçik bir mühitdə baş versin, beləliklə, Quran və dinlə müxalifət etmək ruhu başqalarına sirayət etməsin və nəticədə bir çoxu haqq yoldan çıxıb həlak olmasın.

Belə nəzərə çarpır ki, əgər o hörmətsizlik məsciddə baş versəydi daha geniş iğtişaşa səbəb olmaqla yanaşı, qan tökülməsi və qırğına da səbəb olardı. Necə ki rəvayətlərdə bunun baş vermə ehtimalını müşahidə edirik. Ömərin sözündən sonra bir dəstə qadam ələm-kağız gətirməyin, digər bir dəstəsi isə gətirin deməyə başladılar. Məlum olur ki, bu tanınmış səhabə öz istədiyi işdə tək olmamışdır. Təbiidir ki, daha böyük yığıncaqda hər iki dəstə - müvafiq və müxalif qrup bir çoxlarını özlərinə tərəf çağırib onları müdafiə etmələrini istəyəcək və bu zaman qarşıdurmanın baş verməsi qaçılmaz olacaqdı. Belə bir qarışıqlığın baş verməsi həzrətin hədəfləri ilə düz gəlmirdi. Necə ki, həzrət evdə baş verən söz-söhbətə dözməyib buyurdu: “Məndən uzaq olun! Heç bir reyğəmbərin yanında belə səs küyün qalxması rəva deyildir!” Barəsində ilk əvvəldən ixtilaf baş verən və zərbəsinin nə qədər ağır olması məlum olmayan bir yazı ilə insanlar necə hidayət tapıb o olduğu yerdə haqdan kənar düşməsinlər!1

Amma həzrətin hədəfi ilə ziddiyyəti olmayan şey vəsiyyətnaməni, şifahi olaraq (yazmadan) məsciddə hamının qarşısında açıqlamaq idi. Həmin səbəbdən Allahın Rəsulu (s) xəstəliyinin şiddətinə baxmayaraq məscidə daxil olub minbərin qarşısında dayandı. Hamının gözü yaşla dolmuşdu. (Həzrət) Buyurdu:



انى تارك فيكم الثّقلين كتاب الله و عترتى2

“Sizin aranızda iki ağır və qiymətli şeyi (yadigar) qoyuram: Allahın kitabı və itrətimi (Əhli-beyti).”



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin