BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə3/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   2   3   4   5   6   7   8   9   ...   66

QƏDİRDƏN* MƏDİNƏYƏ QƏDƏR


Qədir göstərişiylə müxalif olanlar müxtəlif fikir və hədəfdə olsalar da, öz aralarında birlik yaratmaq, həmfikirləri bir yerə yığmar barəsində ciddi sə`y göstərirdilər. Onlar yaxşı başa düşürdülər ki, Peyğəmbərin (s) özü və onun ətrafında birləşmiş böyük kütlənin olduğu yerdə heç bir silahlı qiyamdan danışmaq söhbət açmaq olmazdı. Belə bir qiyamın nəticəsiz olacağından əlavə, onların gizli üzləri də aşkar olacaqdı.Yeganə çıxış yolu gizli siyasi yol seçməklə öldürücü zərbə vurmaq üçün fürsət gözləmək idi. Bununla yanaşı, məkirli tədbirləri baş tutmadıqda səbir edərək Peyğəmbərin (s) vəfatını gözləməli olacaqdılar. Başqa bir tərəfdən də həzrət özü bu səfər zamanı tezliklə dünyanı tərk edəcəyi haqda xəbər vermişdi. Qeyd olunmuş zaman fürsət gözləyənlərin hədəflərinə yetişmək üçün elə də uzun müddət deyildi.

Bu qısa müddət Peyğəmbər (s)-ı, və camaatı yoxlamaq, ümumi fikrə qiymət vermək üçün ən asan yoldur. Tarixdə qeyd olunanlara əsasən, həmin vaxtlarda Haris ibn Nöman Fəhri adlı bir nəfər Peyğəmbəri (s) uca səslə çağıraraq dedi: Ey Mühəmməd! Bizi Allaha tərəf çağırdın qəbul etdik. Öz Peyğəmbərliyini (s) açıqladın və “La ilahə illəllah və Muhəmmədun Rəsulullah” dedin qəbul etdik. Bizi islama çağırdın, itaət etdik. İndi də əmin oğlunu bizə əmir etdin! Bilmirik bu Allah tərəfindən olan bir hökmdür, yoxsa sənin şəxsi nəzərindir!

Allahın Rəsulu (s) buyurdu: And olsun o, Allaha ki, Ondan başqa mə`bud yoxdur! Bu hökm Onun tərəfindəndir və mənim vəzifəm təkcə onu çatdırmaqdan ibarətdir.

Kişi bu cavabı eşitdikdə başını göyə qaldırıb acıqla dedi: Pərvərdigara! Əgər Mühəmmədin Əli haqqında dedikləri Sənin tərəfindən və Sənin əmrinlədirsə, onda göydən bir daş salıb məni həlak et!

Sözü ağzında tamamlanmamışdı ki, göydən bir daş düşüb onu həlak etdi. Bu zaman “Məaric” surəsinin ilk iki ayəsi nazil oldu. 1

Bu qorxulu hadisədən sonra müxaliflər başa düşdülər ki, tədbir tökmək lazımdır. Onlar bundan əvvəl də Allahın Rəsuluna (s) sui-qəsd etmək barəsində planlar cızmış, lakin sonda heç bir nəticə ala bilməmişdilər. Onlar Mədinəyə yetişməmişdən əvvəl dağlıq bir yerdə Allahın Rəsulunun (s) dəvəsini hürküdüb dəvəni dağdan aşağı yuvarlatmaqla həzrətin həyatına son qoymaq, gecənin qaranlığında qaçıb sabahı gün bu hadisənin bir təsadüf olmasını bildirməklə planlarını həyata keçirmək istəmişdilər. 2

Bu plan qeybi yardımla ifşa oldu. Bununla belə, Peyğəmbər (s) münafiqlərin şeytan tipli birləşmələrinin yenidən güclənə biləcəyindən şəkki yox idi. Ona görə də Peyğəmbər (s) tərəfindən bir nəfər car çəkərək dedi: “Allahın Rəsulunun (s) əmrinə əsasən, yol boyu Mədinə şəhərinə çatana qədər heç kəsin iki-iki ya üç-üç bir yerə yığılıb pıçıldaşmaq ixtiyarı yoxdur”. Bu əmrdən sonra ehtimalı üzrə fitnə yarada biləcək bütün yığıncaqların qarşısı alındı və Mədinəyə çatana qədər heç kəs hiylə qura bilmədi. Amma bununla belə, bu məsələ işində müvəffəq ola bilməyənləri öz işlərində daha da gizli fəaaliyyət göstərməyə sövq etdi. Onlar, Peyğəmbərin (s) onların fikirlərini bilməsini başa düşmüşdülər. Buna görə də, gizli olaraq bir yerə yığılıb əvvəldən Məkkədə yazdıqları əhdnamənin üstündə təkid edərək hər yolla olursa olsun, Peyğəmbərin (s) göstərişinin qarşısını almağa təkid etdilər.

Əhdnamənin bir hissəsi belədir:

Bu, Allahın Rəsulunun (s) mühacir və ənsardan olan əshabından bir dəstənin razılığa gəldiyi əhdnamədir.

Allahın Rəsulunu (s) Özünə tərəf çağırdı. O həzrət bir kəsi öz yerinə təyin etmədən əbədi həyata qovuşdu və xəlifə təyin etməni camaatın öhdəsinə buraxdı ki, inandıqları şəxsi onun canişini və müsəlmanların “Vəli əmr” məqamına seçsinlər. Allahın Rəsulu xilafətin nübuvvətlə bir ailədə qalaraq, miras kimi bir-birinə ötürülməməməsi, varlıların əlində əlbəəl olmaması, hər xəlifənin qiyamətə qədər öz övladı üçün xilafət iddiası etməməsi və başqalarının da ondan faydalanması üçün heç kəsi təyin etməmişdir.

Hər bir əsr və zamanda müsəlmanlara lazımdır ki, xəlifə dünyadan getdikdən sonra düşüncə sahiblərindən olan əshab bir yerə yığılıb, məşvərət və fikir mübadiləsindən sonra müsəlmanların rəhbərliyini düz olan bir adama tapşırsınlar, onu müsəlmanların mal və canlarına ixtiyar sahibi etsinlər. Belə bir səlahiyyət təkcə düşüncə sahiblərindədir. Onlar “Vəliy əmri” seçməkdə aciz olmazlar.

Deməli, əgər bir nəfər Allahın Rəsulunun kimisə özündən sonra canişin təyin etməsini və o şəxsi adı və nəsəbiylə tanıtdırmasını iddia edərsə, boş söz demiş, Allahın Rəsulunun səhabələrinin nəzərinin əksinə rə`y vermiş və müsəlmanlarla müxalifətə qalxmışdır.

Bir kəs Peyğəmbərin (s) canişinliyi və xilafətinin ondan sonra bir başqasına miras kimi keçməsini iddia edərsə, mənasız söz demişdir. Çün ki, Allahın Rəsulu (s) demişdir: “Biz Peyğəmbərlər (s) irs qoymuruq. Bizdən qalan hər bir şey sədəqədir.”

Əgər bir nəfər “Xilafət nübuvvətin davamıdır və buna görə də Peyğəmbərin xilafəti hər kəsə layiq deyil, əksinə, bəlkə müsəlmanların arasından müəyyən bir adamın bu məqama layiq olması üçün xilafət onun haqqıdır” deyə iddia edərsə, yalan danışmışdır. Çünki Peyğəmbər (s) buyurmuşdur: “Mənim səhabələrim asimanın ulduzları kimidir: Hər hansına iqtida etsəniz hidayət taparsınız.”

Əgər bir nəfər “Allahın Rəsulu (s) ilə bir nəsəbdən olması və qohumluğuna görə özündən savayı heç kəsin bu məqama layiq olmamasını və hər zamanda bunun əsas götürülməsini” iddia edərsə, yersiz söz demişdir, çünki üstünlük Peyğəmbərlə (s) qohumluqda deyil, təqva ilədir. Necə ki, Allah buyurur: انّ اكرمكم عند الله اتقيكم ( )Eləcə də Allahın Rəsulu buyurmuşdur: “Bütün müsəlmanlar birdir. Müxalif olan bir nəfərə qarşı bir sıradadırlar.”

Deməli, Allahın kitabına iman gətirib, Peyğəmbərin (s) sünnəsini qəbul edən şəxsin işində heç bir irad yoxdur və o haqq yoldadır. Bunun əksinə hərəkət edib müsəlmanlardan ayrılanı öldürün! Çünkü ümmətin islahı onun ölümündədir. Mənim ümmətimi parçalayanı və onların arasında ayrılıq salanı hər kəs olursa olsun, öldürün! Belə ki, ümmətimin bir olması rəhmətə, parçalanması isə əzaba səbəb olur. Mənim ümmətim düz olmayan işdə heç bir zaman birləşməz, düşmən qarşısında bir əl kimi olarlar. Müsəlmanlardan yalnız düşmən olanlar ayrılar. Bu zaman onların qanını tökmək mubahdır (rəvadır).

Onlar əhdnaməni o gün Əbu Übeydə Cərraha tapşırdılar. O da öz növbəsində onların tövsiyəsinə əsasən, əhdnaməni Kəbənin bir küncündə basdırdı. Əhdnamə Ömər ibn Xəttabın zamanına qədər orada qaldı və sonra onun göstərişiylə çıxardıldı.1

Əhdnaməni yazanlar işlərini bitirdikdən sonra sübh namazını Peyğəmbərlə (s) qıldılar. Həzrət üzünü Əbu Übeydəyə* tutub buyurdu: “Ümmətin əmin adamı olmuş sənin kimilərə yüz afərin!” Sonra bu ayəni oxudu:



فويل للّذين يكتبون الكتاب بايديهم ثمّ يقولون هذا من عند الله ليشتروا به ثمناً قليلاَ فويل لهم ممّا كتبت ايدهم وويل لهم ممّا يكسبون (Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra “bu, Allah tərəfindəndir!” deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə! ) ( “Bəqərə”surəsi, ayə:79)

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin