BİSMİllahir-rəhmanir-rəHİM


PEYĞƏMBƏRIN (S) REHLƏTI ƏRƏFƏSINDƏ



Yüklə 2,71 Mb.
səhifə8/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

PEYĞƏMBƏRIN (S) REHLƏTI ƏRƏFƏSINDƏ


Allahın Rəsulu (s) son həcc səfərində2, Məkkədə (ərəfədə)3, Qədir-Xumda 4, xəstəliyindən qabaq Mədinədə 5 və ondan sonra 6 yoldaşları arasında, ümumi çıxışlarında heç bir qaranlıq nöqtə olmadan, tam aydın şəkildə vəfat edəcəyindən xəbər vermişdi.Quran da Allahın Rəsulunun (s) ardıcıllarına bu xəbəri verərək, Peyğəmbərin bu dünyada yemək, geyim, ailə qurmaq, xəstələnmək və qocalıqda digər insanlar kimi olmasını və onlar kimi dünyadan gedəcəyini bildirmişdi.7

O həzrət “Həccətul-Vidada” (“Vida” həccində) “Rəmy Cəməratda” (Həcc mərasimində yerinə yetirilən vacib əməllərdəndir) buyurdu: “Əməllərinizi məndən öyrənin. Mümkündür bu ildən sonra bir daha həccə gəlməyim. 8 Məni bir daha bu yerdə görməyəcəksiz.”9 Qayıtdıqları zaman da hacıların izdihamlı yığıncağında buyurdu: “Mümkündür çağırılam və Haqqın dəvətini qəbul edəm.”10

Abdullah ibn Məs`ud deyir: Allahın Rəsulu (s) vəfatından bir ay qabaq, dünyadan gedəcəyi haqda bizə xəbər verdi. Mən dedim: “Ey Allahın Rəsulu! Vəfatınız nə zaman olacaqdır?” Buyurdu: “Ayrılıq zamanı yaxınlaşmışdır və qayıdış Allaha tərəfdir.”11

Başqa bir zaman buyurdu:

Çağırılmağım və Haqqın dəvətini qəbul etməyim yaxınlaşıb. Sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli beytim. Lətif və hər şeyi bilən Rəbbim mənə xəbər verib bildirdi ki, onlar “Kövsər” hovuzunun yanında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqdır. Belə isə, onlarla edəcəyiniz rəftar barəsində yaxşı fikirləşin.2

Bir gün o həzrətə xəbər verib camaatın onun ölüm xəbərindən qəmli və nigəran olduğlarını bildirdilər. Peyğəmbər (s) Fəzl ibn Abbas və Əli ibn Əbi Talib (ə) söykənmiş halda məscidə gəldi. Allaha həmd-səna etdikdən sonra buyurdu: “Mənə xəbər verib dedilər ki, siz Peyğəmbərinizin ölümündən narahatsınız. Məndən qabaq əbədi olan Peyğəmbər olmuşdurmu?! Bilin ki, mən öz Rəbbimın rəhmətinə qovuşacağam.”3

Başqa bir fürsətdə “Ənsarın” hüquqlarına riayət etməni camaata tövsiyə edib buyurdu:

“Ey ənsar, ayrılıq zamanı yaxındır. Mən də`vət olunmuş və onu qəbul etmişəm! Bilin, iki şey vardır ki, mənim fikrimcə, onların arasında fərq yoxdur. Əgər onlar müqaisə olunarsa aralarında bir tük qədər belə fasilə qoylmaram. Onlardan birini kənara qoyan, sanki digərini də də kənara qoymuşdur.O iki şey – asimani kitab və risalət Əhli beytidir. Əhli beyt barəsində olan tövsiyəmə diqqət edin. (Həmçinin buyurdu) Sizi bir şeyə hidayət etməyimmi ki, ona sarıldıqdan sonra heç vaxt haqdan çıxmayasınız?!” Dedilər: “Bəli, ey Allahın Rəsulu!” Buyurdu: “Əlidir. Ona hörmət edib uca tutun. Məni dost tutmaqla onu dost tutun, mənim hörmətimə görə onu uca tutub hörmət edin. Dediklərimin hamısını Cəbrail Allah tərəfindən mənə əmr etmişdir.”4

İbn Həcər yazır: Peyğəmbər vəfatı ilə nəticələnən tamamlanan xəstəliyində buyurdu: “Tezliklə vəfatın yetişəcək. Mən öz sözümü sizə çatdırıb bəhanə və üzr yolunuzu bağladım. Agah olun! Mən Allahımın kitabını və öz Əhli-beytimi sizin aranızda qoyub gedirəm. (Daha sonra Əlinin əlindən tutub yuxarı qaldırıb buyurdu:) Bu Əli ibn Əbutalibdir ki, həmişə Quranla və Quran da Əliy ilədir. Bu işi qiyamət günündə mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.”5

Həftənin 1-ci gunu Allahın Rəsulu (s) öz həyatının son günündə məsciddə sübh namazını qılandan sonra buyurdu: “Camaat! fitnələr atəşi alovlanmış, gecənin qaranlığı dalğaları kimi sizə üz gətirmişdir.”6

Allahın Rəsulu (s) başı Əli ibn Əbi Talibin (ə) ətəyində olan halda dünyadan getdi.7 O, Allahın Rəsulu (s) ilə danışan sonuncu adam idi.8 O, hönkürmü ilə ağlayaraq Peyğəmbərin vəfatını ətrafda olanlara xəbər verdi. Bu zaman Əbu Bəkr öz yaşadığı yerə “Sunh-a” 1 getmişdi.Ayişə adam göndərib onu tez bir zamanda şəhərə gəlməsini istədi.2

ALLAHIN RƏSULUNUN (S) VƏFATININ INKARI


Peyğəmbərin (s) vəfatı xəbəri dillərdə gəzməyə başladıqda, Ömər ibn Xəttab3 fəryad çəkib qışqırdı: “Heç də belə deyildir.” Bu, bəzi münafiqlərin sözüdür ki, Peyğəmbərin ölməsini güman edirlər! Camaat, bilin! Allaha and olsun ki, Peyğəmbər ölməmişdir. Musa Pərvərdigarına tərəf getdiyi kimi, o da Pərvərdigarına tərəf getmişdir. O, qırx gün ardıcıllarından uzaq düşdükdən sonra ölüm xəbəri yayılmış və daha sonra yanlarına qayıtmışdı .Allaha and olsun! Allahın Rəsulu qayıdacaq, onun ölməsini güman edənlərin əl-ayağını kəsəcəkdir.”4

O, durmadan camaatı qorxudur, vəhşət və şəkk içində saxlayırdı5.O sözləri təkrar etməkdən ağzı köpüklənmişdi6. Deyirdi: “Onun ölməsini deyən hər bir kəsin başını bu qılıncla bədənindən ayıracağam!7 Allah Öz vədini onun əli ilə həyata keçirməyincə, onu Öz yanına aparmaz. Peyğəmbər münafirləri məhv etməyincə ölməyəcəkdir!”8

Bu zaman həzrətin ailəsindən heç kəsin islamın əziz Peyğəmbərinin vəfat etməsində şəkki yoxdu. Elə buna görə də Peyğəmbərin əmisi Abbasdan savayı heç kəs ona fikir vermir və onunla danışmırdı. Təkcə bir-iki nəfərdən başqa ki, onun qışqırığını eşidib dedilər: “O nə deyir?” Soruşun görün, Allahın Rəsulu sənə bu barədə bir sözmü deyib ki, bu qədər qarışıq söz danışırsan!” O, cavabında dedi:”Yox!”9

Peyqəmbərin (s) vəfat etməsi mövzusu öz ailəsi və camaat üçün o qədər aydın idi ki, kor olan və Peyğəmbərin bədənini görməyən Umm Məktum* da Abbas kimi, Ömərə etiraz edib dedi: Sən özündən nə deyirsən! Məgər Quran buyurur:



و ما محمد الاّ رسول قد خلت من قبله الرّسل اَفإن مات او

قُتل انقلبتم على اعقابكم و من ينقلب على عقبيه فلن يضرّ الله شيئاً و سيجزى الله الشّاكرين1

Mühəmməd (s) yalnız bir Peyğəmbərdir ki, ondan öncə Peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükür edənləri mükafatlandıracaqdır.”

Abbas deyir: “Allahın Rəsulunun vəfatında şəkk yoxdur. Gəlin Onu dəfn edək. (Vəfat etməsi yüz faiz olduğu halda) Allah sizə bir, Rəsulunasa iki dəfə ölümü dadızdıracaqdır! O, bundan ucadır ki, iki dəfə dünyadan getsin. Gəlin onu dəfn edək. Onun ölməməsi əgər düz olarsa Allah üçün torpağı onun üstündən kənar etmək çətin deyildir və...”

Bununla belə, Ömər onların e`tirazlarına azacıq bir əhəmiyyət vermədən öz sözünə israr edirdi. Əbu Bəkr Sunhdan çatana qədər bu iş davam etdi. Gözü Peyğəmbərin mübarək bədəninə düşən kimi başqalarının ondan qabaq oxuduqları həmin ayəni oxudu, Öməri sakitləşməyə çağırdı.O, da sakit olub yerə oturdu2 və dedi: "Sanki bu ayəni ilk dəfədir ki eşidirəm.3 Ayə bu Qurandandır?!”4



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin