Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Zorakılıq qarşı tərəfi və ya tərəfləri öz İstəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, ona zor tətbiq etmək deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və. s fiziki zorakılıqlar canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır. Zorakılıq ̶ bədən xəsarətlərinə, sağlamlığa ziyan vurulmasına, məhrumiyyətlərə, hətta ölümə gətirib çıxaran güc tətbiqi və ya hədə-qorxudur. Bundan müəyyən bir məqsədlə istifadə edilə bilər.
Məsələn, cəzalandırmaq, birisini öz iradəsinə qarşı hərəkət etməyə məcbur etmək. Bu, qəfil aqressiya aktı da ola bilər. Zorakılıq fiziki, verbal və ya psixoloji olur. Formasından asılı olmayaraq zorakılıq insan hüquqlarının pozulmasıdır
Zorakılığın növləri :
Fiziki zorakılıq deyəndə adından da bəlli olduğu kimi insanı döymək, cinsi təzyiq və.s fiziki güc hesabına edilən davranış nəzərdə tutlur. Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və.s aiddir. Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır
. Bəzi əlamətləri: əllərdə, üzdə, ayaqlarda və bədənin digər hissələrində zərbə izləri, çapıqlar, kəsiklər; qırıqlar və ya çürüklər; yanıq izləri;
Sözlə (verbal) təzyiq vulqar və ya şəxsiyyəti alçaldıcı sözlərlə edilən təhqirdir. Söz var kəsdirər başı, söz var kəsər savaşı. Doğurdanda sözün gücü böyükdür. Verbal təhqirə əqli və fiziki inkşafı əngəlləyən bütün sözlər daxildir. Gözlə təzyiq-deyəndə insanın öz aqressiyasını gözləri ilə göstərməsi nəzərdə tutulur. Əslində bu doğru deyil. Çünki, insan öz aqressiyasını başqasının üzərinə tökməməlidir. Belə ki, hər bir insanın daxilində sevinc, nifrət hissi ilə yanaşı aqressiya hissi də var. Və bu aqressiya insanın özünə xasdır. Kənar qıcıqlandırıcılar olsa da, bizim aqressiyamızın üzə çıxmasına şərait yaransa da insan fikirlərinə hakim olduğu kimi, öz hisslərinə də hakim olmağı bacarmalıdır.
Valideynin uşağa göz ağartmağını adi bir hərəkət hesab etsək də əslində, qonaqlıqda və ya insan çox olan yerdə bunu bizə qarşı etmələri bizim fikirmizi azad şəkildə ifadə etməyə mane olur və belə halların təkrarlanması həm cəmiyyət içində sözümüzü ifadə edə bilməməyə və həm də özümüzə olan inamı itirməyə və həmişə kimdənsə asılı olmağa gətirir. Və həmişə də fikrimizi bildirəndə qorxuruq ki, birdən valideynimizin xoşuna gəlməz.
Jestlǝ təzyiq -burada əl-qol hərəkətləri ilə göstərilən davranışlar daxildir
. Cinsi zorakılıq - İnsanın öz iradəsi olmadan, zorla, hədə-qorxu və ya aldatma yolu ilə hansısa formada cinsi əlaqəyə məcbur edilməsidir. Bu, uşağa uyğun olmayan cinsi davranış, ona yönəlmiş məcburi cinsi istismardır. Bura uşağın cinsiyyət orqanlarına toxunmaq, onu böyüklərin cinsiyyət orqanlarına toxunmağa məcbur etmək, cinsi əlaqə, insest, təcavüz, eksgibisionizm, cinsi istismar aiddir. Bu,məcburetmə, yalan, təzyiq, hədə-qorxu ilə bağlı olub uşaqlarda cinsi hislər və fəallıq yaratmaq məqsədi daşıyır. Yaşca böyük və ya daha məlumatlı uşaqlar, böyük şəxslər cinsi zövq almaq üçün uşağı istifadə edəndə cinsi zorakılıq baş verir. Cinsi zorakılıq uşaq üzərində hakimiyyətdən sui-istifadə; uşağın normal, sağlam, inamlı münasibətlər hüququnun pozulması deməkdir.Bu növ zorakılıqlar uşaqların mənəviyyatının məhv olmasına gətirib çıxarır. Belə hallar onların sağlamlığına, təhsilinə və ünsiyyət qabiliyyətinə mənfi təsir edir. Uşaqda uzunmüddətli xəsarətlərəsəbəb ola biləcək fiziki və emosional izlər buraxır. Aparılan tədqiqatlardan məlum olur ki, zorakılıqdan zorakılıq törəyir: zorakılığa məruz qalan uşaq gələcəkdə bir valideyn kimi zorakılıq tətbiq etməyə meyilli olacaq.Bütün hallarda uşaqlara qarşı olan zorakılıqla mübarizə aparmaq lazımdır. İctimaiyyətin diqqətini cəlb etmək və qeyri-zorakılıq mədəniyyətini insanlara yeritmək üçün bu istiqamətdəmaarifləndirmə, təhsil və güclərin səfərbər edilməsi artıq zərurətə çevrilir. Aydın siyasət və effektiv hesabatlılıq hüquq mühafizə fəaliyyəti ilə bərabər, qeyri-zorakılığın siyasi gündəmə gətirilməsi üçün zəruridir.
Sosial zorakılıq - bu növ şiddət də ölkəmizdə çox yayılıb.Adından da göründüyü kimi bir insanı cəmiyyətdən kənar edərək sosial hüquqlarından məhrum edilən zorakılıqdır.mǝs: Kişilər qadınlarını işləməyə qoymurlar və ya hər hansı bir yerə getməyə icazə etmirlər.
Psixoloji zorakılıq - Təhqir, hədə-qorxu, təhdid, şantaj, nəzarət və s. ilə özünü göstərən insanın psixoloji sağlamlığına zərərdir. Bəzi əlamətləri: bir insana qarşı davamlı qışqırıq və təhdidlər; söyüş söymək və nalayiq sözlərdən istifadə etmək;
İqtisadi zorakılıq - İş və ya təhsilə qadağa, maliyyə dəstəyindən məhrumetmə, xərclərə tam nəzarət kimi özünü göstərə bilən maddi təzyiq formasıdır.
Qarşı tərəfin aqressiyasının başqasının üzərinə tökülməsi zorakılıqdır. Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, fiziki, maddi və mənəvi ziyan vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir. Bu gün aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. Çünki hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir. Delqadoya görə aqressiya dedikdə ədavətlilik, hücum, dağıdıcılıq aktları, yəni digər insanlara və obyektlərə xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Morrison aqressiyanı hökmranlığa meyl kimi, Xorni və From isə insanı əhatə edən ədavətli reallığa şəxsiyyətin reaksiyası kimi izah edirdi.
Zorakılığın kokündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq biruzə verilməsidir. Psixoloji zorakılıq dedikdə isə insanın mənəvi təzyiqə məruz qalması başa düşülür. Kütləvi informasiya vasitələrindən demək olar ki, hər gün ən çox eşitdiyimiz sözlərdən biri də zorakılıqdı. Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdı. İstər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzun müddətli təsirə malikdir. Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meyilli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsindən heç kimin şübhəsi olmasın.
Dostları ilə paylaş: |