BİZİM ÜÇÜn biZSİz heç NƏ


Parlament prosesi – əlavə qanunvericilik



Yüklə 8,75 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix28.04.2017
ölçüsü8,75 Kb.
#16178
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Parlament prosesi – əlavə qanunvericilik
Hökumətin  əlavə  qanunvericilik  yaratmaq  səlahiyyəti  adətən  parlamentin  bu  və  ya  digər 
aktında  olur.  Aktda  həmin  qanunu  yaratmaq  üçün  hökumətə  hansı  səlahiyyət  verildiyi  və 
onun parlament tərəfindən necə təsdiq olunduğu göstərilir. Təsdiq zamanı adətən iki haldan 
biri baş verir:
•  Təsdiq qətnaməsi: Parlament əlavə qanunvericiliyi qanuna çevrilməzdən əvvəl rəsmən 
təsdiq etməlidir.
•  İnkar qətnaməsi: Parlament əlavə qanunvericiliyi qanuna çevrildikdən sonra rəsmən 
təsdiqləməyə bilər, bu halda ondan imtina olunur.
Əlavə qanunvericiliyin təsdiq, ya inkar qətnamə proseduruna düşməsindən asılı olmayaraq 
parlamentin ona düzəliş etmək səlahiyyəti yoxdur.
(müqayisə üçün bax: qanun layihəsi).
Lobbiçilik və təsir etmək üçün əsas imkanlar:
1. 
Məsləhətləşmə - Hökumət çox vaxt  qanunvericilik layihəsini və ya düzəliş təkliflərini 
məsləhətləşmə  üçün  dərc  edir.  İctimai  məsləhətləşmə  olan  yerlərdə  məsləhət 
sənədi  cavabların  hansı  vaxtadək  kimə  göndərilməli  olduğunu  izah  etməlidir.  Çox 
vaxt  məsləhət  sənədi  baxılmaq  üçün  xüsusi  suallar  qoyur.  Məsləhətləşmə  zamanı 
həmin  suallara  cavab  vermək  əhəmiyyətli  ola  bilər,  amma  əgər  suallar  lazımi 
cavabı  vermək  imkanı  yaratmırsa,  bu  suallardan  kənara  çıxmaq  da  məqbuldur.  
2. 
Qanunvericilikdən  qabaq  araşdırma  -  Bəzən  hökumət  qanunvericilik  layihəsi  üzrə  
araşdırmaya dəvət edə bilər - məsələn, 2008-ci ilin iyulunda  nəşr edilmiş, hazırda Daxili 
İşlər Komitəsinin və İnsan hüquqları üzrə birgə Komitənin araşdırdığı (qismən) İmmiqrasiya 
və Vətəndaşlıq haqqında qanun layihəsi.
3. 
Parlament  üzvləri  -  Narahatlıq  doğuran  sahələr  parlament  üzvləri  qarşısında  birbaşa 
qaldırıla bilər - məsələn, qanun layihəsi təqdim edilməmişdən əvvəl seçki dairəsindən olan 
millət vəkilləri ilə yazışmaq və ya görüşmək qanun layihəsi təqdim edilən zaman millət 
vəkillərinin reaksiya bildirməli olduqları sahələri və narahatlıq səviyyəsini işıqlandırmaq 
üçün dəyərli vasitədir. 
 
4. 
Xüsusi  komitələr  -  Xüsusi  komitələr  hökumətin  siyasətinə  və  idarəçiliyinə  müntəzəm 
olaraq yenidən baxır. Parlament saytında komitələrin keçmiş, cari və gələcək işləri barədə  
məlumat verən səhifələri var. Komitə tərəfindən rəsmi sorğu kontekstində ona verilən 
məlumatlar (sübutlar, faktlar) adətən nəşr olunur. Komitənin hesabatı qanun qəbuluna 
təsir göstərə bilər.
5. 
İkinci  oxunuşdan  qabaq  -  Qanun  layihəsinin  ikinci  oxunuşunda  düzəlişlər  müzakirə 
olunmur. Amma parlament üzvləri üçün bu, qanun layihəsi ilə əlaqədar ciddi narahatlıq 
doğuran məsələləri ifadə etmək vaxtıdır. Əgər əsas məsələ bu mərhələdə yox, sonrakı 
mərhələdə qaldırılsa, daha az narahatlıq doğuran məsələ kimi görünə bilər.
6. 
İctimai qanun layihəsi komitəsi mərhələsi - Bu, parlament üzvlərinin qanun layihəsinə 

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
57
düzəliş təklifləri verməsi, müzakirə açması üçün ilk imkandır. İstənilən düzəlişin arxasında 
real hərəkətverici qüvvə olsun deyə yaxşı olar ki, narahatlıq doğuran sahə üzrə məsələ 
(düzəlişin özü yox) ikinci oxunuşda qaldırılsın. 
7. 
Qanunvericilik  layihəsinin  digər  irəliləyiş  mərhələləri  -  Dəyişikliklərə  dair  məsələ 
sonrakı  mərhələlərdə  qaldırıla  bilər.  Lakin  hesabatdan  sonra  üçüncü  oxunuşda  hansı 
məsələlərə  qayıdıla  bilməsi  ilə  bağlı  məhdudiyyətlər  var.  Üstəlik  də,  əgər  narahatlıq 
doğuran məsələlər müzakirələrin erkən mərhələlərində izlənməyibsə, bunun əhəmiyyətli 
bir hərəkətverici gücü ola bilməz. Pinq Ponq yeni düzəlişlər edilməli olan mərhələ deyil, 
parlamentin  iki  palatası  arasında  həll  olunmamış  məsələlər  üzrə  razılaşma  əldə  etmək 
üçün xüsusi bir prosesdir. 
8. 
Lordlar Palatası - Qanun layihəsinin qəbulu ilə bağlı yuxarıda göstərilənlər geniş anlamda 
hər  iki  palataya  şamil  edilir.  Hökumət  adətən  İcmalar  Palatasında  əksəriyyət  təşkil 
etdiyindən  onun  ən  ciddi  təzyiqə  məruz  qala  biləcəyi  yer  Lordlar  Palatasıdır.  Bununla 
belə, İcmalar Palatasında öz ifadəsini tapan narahatlıq doğuran məsələlər buna bənzər 
problemləri izləməkdə maraqlı olan lordlar üçün də faydalı ola bilər.
9. 
Nazir bəyanatları - Hətta lobbiçiliyin qanunvericiliyə düzəlişlər etməyə müvəffəq olmadığı 
yerlərdə  belə  bu  proses  nazirin  bəyanat  verməsi  ilə  nəticələnə  bilər.  Belə  bəyanatlar 
hökumətin  öhdəliyi  kimi  də  səslənə  bilər.  Bəzi  hallarda  bunlar  qanunvericiliyin  təfsiri 
zamanı  məhkəmələr  tərəfindən  istifadə  edilə  bilər.  Digər  hallarda  isə  belə  bəyanatlar 
(əgər öhdəliyə əməl edilməzsə) parlament üzvlərinin yenidən problemin üzərinə qayıtması 
üçün  faydalı  ola  bilər  ki,  bu  zaman  qanunvericilik  üçün  yeni  imkanlar  yaranır  (Müxalif 
deputatların bəyanatları da bəzən əhəmiyyətli ola bilər).
10. 
Digər  parlament  prosedurları  -  Parlamentdə  hökumətə  lobbiçilik  etməyin  digər 
vasitələri  –  parlament  sualları  (PS),  Erkən  Gün  Təklifləri  (EGT),  müxalifət  və  ya  digər 
formatlı müzakirələrdir.  
Lobbiçilik və təsir etmək üçün görülməli olan tədbirlər  
1.
  İctimai qanun layihəsi Komitəsinə - Qanun layihəsini aydın şəkildə təftiş edən yazılı sübutlar 
Komitənin  internet  saytında  dərc  olunacaq.  Xüsusi  Komitə  tərəfindən  verilən  suallara 
cavablardakı  dəlillər  (məlumatlar)  Komitənin  hesabatında  dərc  edilə  bilər.  Belə  sübutlar 
debatlarda və ya İctimai qanun layihəsi Komitəsinin araşdırma sessiyalarında müzakirə oluna 
bilər və bu debatlar yazılacaq. 
  
2.   Yazılı sübutlar Komitəyə - Katibə göndərilə bilər. Lakin Komitə üzvlərinin kimliyini yoxlamaq  
faydalıdır. Bu, ayrıca bir deputata lobbiçilik və ya Komitəyə təsir etmək üçün faydalı bilik ola 
bilər (məsələn, əgər sizin dairədən olan parlament üzvü komitədədirsə). 
3.  Parlament  üzvlərinə  və  ya  lordlara  (həmçinin  nazirlərə)  məktublar  xüsusi  sahəyə 
onların  maraq  səviyyəsini  yüksəltməyə  kömək  ola  bilər.  Amma  hər  hansı  bir  ayrıca 
götürülmüş  deputata,  ya  nazirə  necə  təsir  etməyin  mümkünlüyünü  nəzərdən  keçirmək 
faydalıdır  (məsələn:  Onun  bu  sahəyə  marağı  haqqında  nə  məlumdur?  Bu  mövzuya 
dair  o,  əvvəllər  nə  deyib?  O,  sizin  dairədənmi  parlamentə  seçilib?  Ona  təsir  edə 
biləcək  kimi  tanıyırsınız,  yaxud  kimə  təsir  edə  bilərsiniz  ki,  ona  təsir  göstərsin?).  

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
58
4. Ümumiyyətlə, hər iki yolu sınaqdan keçirmək, sadə metodlar seçmək lazımdır. Mümkün 
olduqca  narahatlıq  doğuran  hər  hansı  xüsusi  məsələni  nümunələrlə  dəstəkləyin;  əgər 
nümunələr real olarsa, lap yaxşı.
Rəylərə, münasibətlərə və davranışa təsir göstərilməsi
Sosial dəyişiklik hüquqi dəyişikliyə təsir edə bilər. Feminist hərəkat və işçi qüvvəsində 
qadınların getdikcə artması hesabına yaranan təzyiq nəticəsində bir çox parlamentlər 
məşğulluq, təhsil və xidmətlərdə ayrı-seçkiliyi, cinsi təcavüzü (təngə gətirməni) qadağan 
edən  Cinsi Ayrı-seçkilik Aktı qəbul edib. Bəzi ölkələrdə əlilliyi olan şəxslərə qarşı ayrı-
seçkilik və təcavüzlə (təngə gətirmə) bağlı da oxşar qanunvericilik qəbul olunub. 
 
Əlilliyi olan insanlara münasibətdə rəylərə, fikirlərə və davranışa təsir göstərmək vacibdir. 
İnsanları başqalarından çəkinməyə vadar edən hüquq və siyasət deyil, aşağı səviyyəli 
gözləntilər, aşağı səviyyəli cəhdlər, bir də mərhəmətdən tutmuş qorxu və nifrətə qədər bir 
sıra mənfi münasibətlərdir.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
59
Bölmə 3. 
İnklüziv qərar qəbulu necə baş verir
Vasitələr toplusunun bu bölməsi: 
•  fərdi və kollektiv səviyyədə inklüziv qərar qəbulunun necə baş verdiyinin icmalını verir
•  ideyaları nümayiş etdirmək üçün örnəklərlə təmin edir 
•  təlimçilər tərəfindən istifadə olunacaq sessiya planları və tapşırıqlar təklif edir.

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
60
Ümumi məlumat 
İnklüziv qərar qəbul edilməsi fərdi səviyyədə 
Fərdlərə  istifadə  etdikləri  xidmətlərin  inkişafının  tərkib  hissəsi  olmağa  imkan  vermək 
xidmətlərdən yox, daha yaxşı həyatdan xəbər verir. Bunun kökü hər kəs üçün daha yaxşı 
nəticələr ortaya çıxarmaq, çatdırmaq üçün insanlar, xidmət göstərənlər və ailələrlə birgə 
istehsalın  gücündən  qaynaqlanır.  Bu,  sadəcə  sistemləri  və  prosesləri  dəyişdirmək  və  ya 
fərdi qaydada maliyyələşdirmək deyil, lakin insanların daha müstəqil və güclü olması, daha 
möhkəm  icmalarda  yaxşı  inkişaf  etməsi,  daha  artıq  rifaha  çatması  üçün  lazım  olan  bütün 
dəyişiklikləri əhatə edir.
Örnəklərin öyrənilməsi – Xidmət Aktı 2014
Xidmət Aktı ilk dəfə baxıcılar daxil olmaqla şəxsi qayğı və dəstəyin planlaşdırılması və şəxsi 
büdcələrin qanuni bazada yerləşdirilməsi üçün çoxillik təcrübəyə əsaslanır. 
Şəxsi səhiyyə büdcələri qanun üzrə NHS (milli səhiyyə xidməti) Davamlı Səhiyyə Xidmətində 
olan, uzunmüddətli xəstəliyi, əlilliyi və ya psixi sağlamlıq məhdudiyyəti olan hər kəs üçün 
əlçatımlı olmalı, bundan hər kəs faydalanmalıdır. 
Lakin şəxsi büdcələri, qayğı və dəstək planları olan insanların sayı ilə orijinal seçim, nəzarət və 
daha yaxşı nəticələrin sıx əlaqəsini təmin etmək üçün çox iş görmək lazımdır. Növbəti mərhələdə 
işə yararlı olanı öyrənməli və insanların təcrübələrini intensiv şəkildə təkmilləşdirməyə diqqəti 
cəmləyərkən  bunun  ümumi  təcrübəyə  çevrilməsini  təmin  etməliyik.  Faydaların  bərabərliyi 
üçün meyar bunun düzgün, hər kəs üçün və hər zaman edilməsi olmalıdır.
Bu isə aşağıdakıları nəzərdə tutur:
•  İnsanların öz hüquq və seçimlərini anlaması üçün yaşa müvafiq aydın, əlçatımlı 
informasiya və məsləhətdən istifadəsinin təkmilləşdirilməsi. 
•  Yaşanmış təcrübənin sistemdə lazımi yerdə oturduğunu mütəxəssislərin bərabər 
dəyərləndirməsi üçün siyasət və praktikada ardıcıllığın təmin edilməsi. 
•  İnsanların onlara verilən dəstəyin təşkil və idarə olunmasına nəzarət etməsi üçün 
potensial şəxsi qayğı və dəstək planlaşdırmasının həyata keçirilməsi. 
•  Qərarın insanlara mümkün qədər yaxınlaşdırılması və yaradıcılığın fəal 
cəsarətləndirilməsi ilə yanaşı insanların səhiyyə və qayğı üzrə şəxsi büdcələrə 
əlçatımlı və ondan istifadəsini daha yaxşı təcrübəyə çevirmək üçün bürokratik və 
məhdudlaşdırıcı siyasətin minimuma endirilməsi. 
•  Faydaları böyük ola biləcək psixi sağlamlığın fərdiləşdirilməsi sahəsində daha artıq 
tərəqqiyə nail olunması. 
•  Davamlı Səhiyyə Xidmətindən kənar fərdi sağlamlıq büdcələrindən istifadəni araşdırıb 
qiymətləndirmək və bundan daha çox faydalana biləcək qruplar üçün onlardan 
istifadəni hədəfə çevirmək. 
•  Birbaşa ödənişlərdən istifadəni dəstəkləmək məqsədilə bir sıra variantlarla yanaşı daha 
çox insanın faydalanması üçün onların əhatəsini genişləndirmək.

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
61
Şəxs üzrə mərkəzləşmiş qərar qəbulu
Seçim və nəzarət insanların istər dövlət tərəfindən, istərsə də özünü maliyyələşdirməsindən, 
səhiyyə və ya xidmət ehtiyacı olub-olmamasından asılı olmayaraq yaxşı yaşaması üçün lazım 
olan bütün xidmət və dəstəklərin ehtiyaclara uyğunlaşdırılması kimi geniş yanaşma ilə əlaqəli 
olmalıdır. 
Bu isə o deməkdir ki, insanlara münasibət “bir ölçü hamıya uyğundur” yanaşmasından yox, 
şəxsdən, onun üçün nəyin əhəmiyyətli olduğundan başlanır. Ehtiyaclara uyğun dəstək yüksək 
keyfiyyət dəstəyi ilə sinonim olmalıdır - o, istənilən şəraitdə ləyaqətə hörmətlə yanaşmalı, 
fərdiliyi tanımalı, iştirakı, əhatə olunmanı təbliğ etməli, arzunu əks etdirməli və təhlükəsizliyi 
qorumalıdır.
Bu, aşağıdakıları nəzərdə tutur:
•  Birgə istehsalı prioritetə çevirmək, insanlar, baxıcılar və ailələrlə xidmətlərin birgə 
dizayn edilməsini ciddi qarşılamaq, onu təşkilatların inkişaf tərzinə çevirmək.
 
•  İşçi heyəti insanlarla əlaqə qabiliyyəti və dəyərlərinə görə işə götürmək, inkişaf 
etdirmək. 
•  İşçi heyətin yaradıcı işi, hal və hadisələrə fərqli yanaşması üçün mühit yaratmaq. 
•  Qayğının tam spektrı boyunca onlar üçün doğru olan dəstəyi dizayn etmək və şəxs üzrə 
mərkəzləşmiş, günbəgün formalaşan ən yaxşı təcrübələri möhkəm birləşdirmək. 
•  Hər bir mühitdə şəxsiləşdirilmiş qayğı və dəstək vasitəsi kimi  Fərdi Xidmət 
Fondlarından (FXF) istifadəni genişləndirmək və gücləndirmək. 
•  Əməkdaşlıq yönümlü yanaşmaya üstünlük verməklə hər bir xidmətin etdiyi təkliflərin 
tanınması və keyfiyyətinin yaxşılaşdırılması üçün bütün resurslardan istifadə etmək və 
onları birləşdirməyə çalışmaq. 
•  Şəxsiləşdirilmiş və icma əsaslı yanaşmanın hər kəs üçün işləməsini təmin etmək, 
müstəqilliyi məhdudlaşdıran xidmət modellərindən asılılığı azaltmaq. 
•  Yaxşı qayğının necə olduğu ilə bağlı geniş icmanın fikrini, bütövlükdə dünyəvi baxışı 
əsas götürməklə sağlamlıq, qayğı və dəstəyin SİLO düşüncəyə gətirib çıxaran dar 
anlayışlarından qaçmaq. 
Dəstəklənmiş qərar qəbulu: inklüziv qərarda o, necə yerləşir
Həm  fərdi,  həm  də  kollektiv  qərar  qəbulundan  kənarlaşdırılma  ehtimalı  olan  digər  qrup 
qavrama məhdudiyyətləri və autizmi olan şəxslərdir. 
BMT Konvensiyasının 12-ci maddəsi əlilliyi olan şəxslərin digərləri ilə bərabər əsaslı hüquqi 
kompetensiyasını tanıyır. Başqa sözlə, fərd sadəcə sağlamlıq məhdudiyyəti olduğuna görə öz 
hüquqi kompetensiyasını itirə bilməz (ancaq hüquqi kompetensiyanın hər kəsə tətbiq olunduğu 
hallarda, məsələn, əgər kimsə cinayətə görə mühakimə olunursa, o zaman itirə bilər.)
Konvensiya bildirir ki, əlilliyi olan bəzi şəxslərin bu potensialı həyata keçirmək üçün köməyə 
ehtiyacı  var,  beləliklə,  Konvensiyanı  imzalamış  ölkə  onları  dəstəkləmək  üçün  bacardığını 
etməli və belə dəstəkdən sui-istifadəyə qarşı tədbirlər görməlidir. Dəstək bir inanılmış adam 
və ya insanlar şəbəkəsi formasında ola bilər; bu iş arabir və ya hər zaman lazım ola bilər. 

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
62
Dəstəklənmiş  qərar  qəbulu  həmişə  qərarın  aid  olduğu  əlilliyi  olan  şəxsin  xeyrinə  yönəlir. 
Fərd qərar verəndir; dəstəkləyən şəxs(lər) lazım olduqda məsələləri izah edir, əlamətləri və 
fərdin üstün tutduqlarını şərh edir. 
Hətta əlilliyi olan şəxsin çox dəstəyə ehtiyacı olarsa, dəstəkverən şəxs(lər) fərdin istəyinə 
uyğun hüquqi kompetensiyadan mümkün qədər geniş şəkildə istifadəyə fərdi qabil etməlidir. 
Bu, dəstəklənmiş qərar qəbulunu əvəzləyici qərar qəbulundan fərqləndirir; bu, qəyyumun 
məhkəmənin  verdiyi  səlahiyyət  əsasında  fərd  adından  qərar  qəbulu  hüququ  olduqda  baş 
verir. Bu qərarların fərdin maraqlarına və ya arzularına uyğun olduğunu qəyyumun nümayiş 
etdirməsi o qədər də vacib deyil. 
Dəstəklənmiş  qərar  qəbulu  çox  formada  ola  bilər.  Şəxsə  kömək  edən  onun  istəklərini 
başqalarına  çatdıra  bilər  və  ya  qarşıda  duran  seçimləri  anlamaqda  ona  kömək  edə  bilər. 
Bu,  böyük  sağlamlıq  məhdudiyyətləri  ilə  yaşayan  şəxsin  də  öz  həyat  tarixçəsi,  maraqları, 
həyatda məqsədləri olan və hüquqi kompetensiyasından istifadə etməyi bacaran bir şəxs 
olduğunu anlamaqda başqalarına kömək edəcək.
Belə situasiyalarda geniş çeşidli təcrübə və perspektivlərin müvafiq siyasət və xidmətlərin 
tərkib hissəsi olmasını təmin etmək üçün əlilliyi olan şəxsin dəstəklə inklüziv qərar qəbulunda 
iştirakı münasibdir.
Əgər  siz  əlilliyi  olan  şəxslə  tərəfdaş  və  ya  köməkçi  kimi  işləyirsinizsə,  yaxud  əlilliyi  olan 
şəxslərin həyatı üzərində səlahiyyətli olduğunuzdan xəbərdarsınızsa, ancaq inklüziv qərar 
qəbulu  mexanizmini  işlədə  bilmirsinizsə,  o  zaman,  məsələn,  idarə  heyəti  və  ya  komanda 
daxilində müzakirə aparmaq üçün bu vasitələr toplusundan istifadə edin. 
Ola bilsin, siz qərar qəbulunun dərəcəsini əlilliyi olan şəxslərin iştirakı mümkün olana qədər 
artırasınız.  Bu,  müxtəlif  kommunikasiya  yolları  vasitəsilə  fərdlərin  arzularını,  ehtiyaclarını 
öyrənmək və bu məlumatların qərar qəbulunda nəzərə alınmasını təmin etməklə baş tuta bilər. 
Əlilliyi  olan  şəxslərin  rəylərinin  o  qədər  də  nəzərə  alınmadığı,  yaxud  da  istəklərin 
öyrənilməsinin çətin olduğu hallarda məlumat verməklə insanların pis rəftardan qorunmasını 
təmin etmək mühümdür.
http://www.un.org/disabilities/default.asp?id=242 
İnklujn Avropa “Dəstəkli qərar qəbulu sisteminin əsas elementləri” üzrə direktivlər 
hazırlayıb: 
http://inclusion-europe.org/images/stories/documents/PositionPapers/
Position_Supported_Decision_Making_EN.pdf 
İnklüziv qərar qəbulu və siyasət formalaşdırılması 
ardıcıllığı
Daha geniş şəkildə bunlar siyasətin formalaşdırılması ardıcıllığının mərhələləridir. “Siyasət” milli 
qanun, milli, yaxud yerli səviyyədə siyasət və ya xidmətlər demək ola bilər. İnklüziv qərar qəbulu 
bu mərhələlərin hamısına müvafiqdir. Birbaşa təsir göstərənlər aşağıdakılara kömək edə bilər:

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
63
•  siyasətin məqsədlərini qarşıya qoymağa
•  müxtəlif seçimləri müəyyən edib qiymətləndirməyə
•  qərar qəbulu prosesinin tərkib hissəsi olmağa 
•  xidmət təminatçısı kimi qanunu, siyasəti və ya xidməti həyata keçirməyə
•  monitorinq etməyə, qiymətləndirməyə və dəyişiklik üçün qərar verməyə.
Siyasət ardıcıllığı heç də həmişə mükəmməl bir proses deyil, nə də həmişə spesifik ardıcıllıqla 
getmir. Ancaq onun geniş şəkildə aşağıda verilmiş bir sıra mərhələlərdən keçməsini başa 
düşmək olar:
Əlilliyi olan şəxslər və vətəndaş cəmiyyəti təşkilatları 
siyasət formalaşdırlmasına necə cəlb oluna bilər və 
siyasət formalaşdıranların məsuliyyətləri nədir?
1. Məqsədlərin qoyulması
Siyasət  planı  hökumət  tərəfindən  müəyyənləşdirilir,  ancaq  hökumət  hansı  dəyişikliklərə 
getmək lazım olduğunu və bu dəyişikliklərə hansı yolla çatmağın münasibliyi ilə bağlı bilgilərə 
vətəndaş cəmiyyəti təşkilatları ilə birgə yiyələnə bilər və yiyələnməlidir. 
Yeni  siyasət  təşəbbüsləri  çox  zaman  vətəndaş  cəmiyyəti  təşkilatlarının  kampaniyaları 
nəticəsində irəli sürülür. VCT-lər həll olunmalı vacib məsələlərə diqqət cəlb edə bilir.  
Vətəndaş cəmiyyəti təşkilatları aşağıdakıları edə bilər:
 
•  Təbliğat aparmaq: müəyyən qrup üçün qanunvericilikdə, siyasətdə lazımınca əhatə 
olunmamış və ya kifayət qədər yaxşı həllini tapmamış problemləri, baxışları, yaxud da 
ümumi ictimai maraq doğuran məsələləri qaldırmaq. 
Məqsəd 
yaratmaq
Variantların 
hazırlanması və 
təhlili
Siyasəti 
müayyən 
etmək
Həyata 
keçirmək
Monitorinq 
və təhlil

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
64
•  İnformasiya ilə təmin etmək və maarifləndirmək: araşdırmalar nəticəsində tapılan 
çatışmazlıqları, üzvlərin və xidmət istifadəçilərinin baxışlarını səlahiyyətli orqanlarla 
paylaşmaq.
•  Üzvləri, xidmət istifadəçilərini və əsas vətəndaş qruplarını cəlb və təmsil etmək: vətəndaşlara 
əıçatımlılıq, dinləmək, reaksiya və məlumat verilməsi üçün kanal rolunda çıxış etmək. 
•  Ekspertiza və məsləhətlə təmin etmək: müəyyən mövzuda bilgili ekspertlər siyasi 
gündəliyin tutulmasında əsas rol oynayırlar; onların təhlilləri, araşdırmaları cəmiyyətin 
həm indiki, həm də gələcək ehtiyaclarını müəyyən edir və onu həlledici perspektivlərlə 
təmin edir. 
•  Xidmətlərlə təmin etmək: innovasiya ilə bağlı vətəndaş cəmiyyəti təşkilatları siyasət 
formalaşdırılmasında, müəyyən istifadəçi qrupu üçün alternativ və ya yeni xidmətlərin 
yaradılmasında əsas iştirakçılardır.
Hökumət qurumları aşağıdakıları edə bilər:
•  Məlumatı paylaşmaq: bütün maraqlı tərəflər üçün son, dəqiq və vaxtında verilmiş 
məlumatı əlçatan formatda təmin etmək. 
•  İnklüziv prosedurlar həyata keçirmək: şəffaf qərar qəbuletmə prosesini inkişaf etdirmək 
və ona riayət etmək; iştirak üçün aydın, açıq və əlçatımlı prosedurlar təmin etmək.
•  Resursları yaxşılaşdırmaq: vətəndaş cəmiyyətinin fəal iştirakını, məsələn, büdcə 
təminatı, maddi dəstək və ya inzibati xidmətlər vasitəsilə təmin etmək.
•  Məsuliyyətli olmaq, cavab reaksiyası vermək: müvafiq siyasət formalaşdıranların fəal 
iştirakını təmin etmək, dinləmək, reaksiya vermək və fikir bildirmək. 
Faydalı vasitə və mexanizmlər: 
Məlumat
 
•  Siyasi prosesə, sənədlərə və siyasət formalaşdıranlara dair dəqiq məlumata asan və 
açıq əlçatımlılıq (məsələn, onlayn məlumat bazası).
•  Narahatlıq doğuran məsələni anlamaq üçün araşdırma aparın və onun həlli üçün 
təkliflər işləyib hazırlayın. 
•  Siyasi bülletenlər, plakat və vərəqələr, vebsaytlar, press-relizlər və ictimai nümayişlər 
vasitəsilə vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşviqat və lobbiçilik.  
•  Əsas sənədlərə və ictimai tədbirlərlə bağlı elanlara hərtərəfli çıxış üçün vebsayt. 
Məsləhətləşmə
 
•  Elektron ərizə və ya veb-forum kimi onlayn alətlər vasitəsilə müraciət ərizələri. 
•  Məsləhətləşmə, onlayn və ya digər metodlarla maraqlı tərəflərin təkliflərini toplamaq
.
Dialoq
•  Müxtəlif qrupların fikir və təcrübələrini müəyyən və şərh etmək üçün maraqlı tərəflərlə 
birgə dinləmələr və ictimai forumlar. 
•  Vətəndaş forumları, m
ünsiflər
 və gələcək şuralar.
•  Cari siyasi təşəbbüslər barədə məlumatdan vətəndaş cəmiyyətinin istifadəsi üçün 
hökumətdə əlaqə saxlanacaq əsas şəxs.

Yüklə 8,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin