Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti



Yüklə 132,88 Kb.
səhifə4/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   2   3   4   5   6   7   8   9   ...   41
Biznes layihələrin idarə edilməsi

G – güclü cəhətlər

Z – zəif cəhətlər

İ – imkanlar

T – təhlükələr

GZİT təhlili həm layihənin daxili mühitini (G və Z), həm də xarici mühitini (İ, T) araşdırmağa imkan verir. Layihənin güclü cəhətlərindən maksimum səmərəli istifadə etməklə imkanlardan yararlanmalı, eyni zamanda potensial təhlükələr nəzərə alınmalıdır.



2. Biznes Layihələrin idarə edilməsinin məqsədi.

Layihələrə bəzən “şirkətiçində şirkət” və ya “biznesiçində biznes” deyirlər. Çünki layihələrdə də şirkətlərdə olan bir çox funksiyalar, quruluşlar olur. Məsələn, layihədə də şirkətdə olduğukimi, missiya, məqsədlər, resurslar, menecment, hesabatlıq və s. olur. Bu səbəbdən müxtəlif layihələrdə təmsil olunarkən işçilər ümumi biznes bacarıqlarını artıra bilirlər. Bunlara aşağıdakı bilik və bacarıqlar aiddir:

Biznes Layihələrə yanaşma

Hədəflərin müəyyənləşdirilməsi

Resursların əldə olunması

Resursların effektiv və səmərəli istifadəsi

Kommunikasiya (ünsiyyət) bilikləri

Danışıqlar aparmaq

Performansın ölçülməsi

Çatışmazlıqların aşkarlanması və s.

Biznes Layihənin planı hazırlanarkən mövcud və tələb olunan bütün resurslar nəzərə alınmalıdır.Bu zaman mümkün qədər realist olmalı, bütün potensial risklər nəzərə alınmalıdır.Bəzi menecerlərə “optimizm qərəzi” realist planlaşdırmaya mane olur.Eyni zamanda, layihədə hər bir xərc iqtisadi əsaslan­dırılmalıdır.Bunu düzgün xərc-gəlir analizi vasitəsilə etmək mümkündür.

Biznes Layihə o zaman məqbul hesab edilir ki, həm layihənin məqsədlərinə nail olunsun, həm də layihədən gözlənilən ümumi fayda (iqtisadi, sosial və s.) layihəyə çəkilən xərcdən artıq olsun.Konkret biznes layihəsindən danışırıqsa, burada ümumi gəlirlər xərclərdən artıq olmalıdır.Biznes layihələrinin qiymətləndirilməsi üçün bir çox modellər mövcuddur.Bunlardan ən çox istifadə olunanları XCD (xalis cari dəyər) və DRN (daxili rentabellik norması) modelləridir. Biznes layihələri qəbul edilərkən layihənin alternativ dəyəri mütləq nəzərə alınmalıdır. Yəni alternativ layihələrdən o layihə seçilməlidir ki, həmin layihənin seçilməsi ilə imtina edilmiş potensial gəlirlər minimum olsun.



Biznes Layihədə işlərin vaxta görə bölgüsü üçün Qantt diaq­ramından istifadə olunur. Qantt diaqramında sol tərəfdə görüləcək işlər, sağ yuxarı tərəfdə isə vaxt göstərilir. Aşağıdakı nümunədə əyani şəkildə görə bilərik:

İşlər

Vaxt (həftələr)

1

2

3

4

5

6

7

8

9

Planlaşdırma




























Təchizatçı­lardan materiallar üçün təkliflər almaq




























Təchizatçı­nın seçilməsi və sifarişlərin verilməsi




























İstehsal sahəsinin hazır vəziyyətə gətirilməsi




























İstehsal prosesi




























Məhsulun sınağı




























Qablaş­dı­­rılma




























Yekun işlər




























Diaqramdan göründüyü kimi, işlər məntiqi ardıcıllıqla sıralanır. Bəzi işlər isə eyni vaxtda həyata keçirilə bilər. Qantt diaqramının tərtibinin əsas məqsədi effektiv nəzarətə nail olmaq­dır.

Hazırda Qantt diaqramı da daxil olmaqla, layihə menec­mentinin əksər alətləri kompüter proqramları (ERP, CRM və s.) vasitəsilə daha operativ şəkildə istifadə olunur.

Biznes Layihənin riskinin minimuma endirilməsi məqsədilə taktiki addımların alternativ (kontingent) planlaşdırması çox fayda­lıdır. Alternativ planlaşdırma o məqsədlə edilir ki, layihənin icrası zamanı taktiki addımlardan hər hansı biri uğursuzluqla nəticələnərsə və ya potensial təhlükə müəyyən edilərsə, alter­nativ plan üzrə hərəkət edilsin.

Biznes Layihənin uğuru komanda işinin effektiv təşkilindən çox asılıdır. Layihə meneceri işlərin düzgün, səmərəli deleqsiyası ilə məqsədə daha asan şəkildə nail ola bilər. Bu zaman əsas amil işin məqsədinin icraçılara izah olunmasıdır. Başqa sözlə desək, işlər məqsədi ilə birlikdə deleqasiya olunduqda daha effektiv olur. İşin bilavasitə icraçıları işin son məqsədini bil­dikdə məqsədə daha qısa məsafə ilə çatmaq olur.

Biznes Layihələrdə informasiyanın idarə edilməsi olduqca mü­hümdür. Bütün komanda üzvlərinin lazımi informasiyalara çıxı­şı təmin edilməlidir. Bunlara iş bölgüsü, layihənin mərhələləri, sərəncamda olan resurslar, planın yerinə yetirilmə vəziyyəti və s. aiddir. Böyük layihələrdə adətən informasiya koordinatoru təyin edilir. Onun işi komanda üzvlərini lazımi informasiya ilə təchiz etməkdir. Layihədə informasiyanın daha çevik və key­fiyyətli şəkildə idarə olunması üçün bir sıra proqram paketləri meydana gəlmişdir. Əksər CRM və ERP proqramları da layihə informasiyasının keyfiyyətli idarə olunmasına və saxla­nılmasına imkan verir.

3. Biznes Layihələrin idarə edilməsinin obyekti.

Biznes Layihə ilk addımdan başlayaraq son nöqtəsinə qədər müxtəlif mərhələlərdən keçir və onun yekun vəziyyəti layihənin nə dərəcədə tamamlanmasını müəyyənləşdirir. Layihədə baş verən dəyişikliklər özünü fiziki sistemlər, təşkilati və informasiya sistemləri və ya biliklər bazası sistemləri kimi təbii və ya süni şəkildə göstərə bilər. Məsələn, sistemin yeni vəziyyəti (yəni təşkilatda yeni istiqamətlər) funksional tələblərə cavab verməlidir. Bu tələblər məqsədin müəyyənləşdirilməsindən əvvəl təhlil edilməli və qərar qəbul edilməlidir. Bununla əlaqədar olaraq aşağıdakı işlər yerinə yetirilməlidir :



  • cari vəziyyətin qeydə alınması və təhlili; yeni müxtəlif qərarların hazırlanması (alternativ qərarlar, yeni texnologiyalar);

  • cari vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq iş planının müəyyənləşdirilməsi

Sistemin yeni vəziyyətinin funksiyalarını müəyyənləşdirmək və dəyişikliklər prosesi layihənin məzmun və mahiyyətinin yenidən qurulmasına gətirib çıxara bilər.

  • Yeni təşkilati qərarlar və funksiyalar təşkilati layihələrin sənədlərinin müəyyənləşdirilməsində öz əksini tapır.

  • Yeni və ya dəyişdirilmiş konstruksiyalar və onların funksiyaları tikinti layihələrinin çertyojlarında, sxemlərində və sənədlərində öz əksini tapır.

  • Yeni və ya dəyişdirilmiş məhsul (xidmət) və onların funksiyaları məhsul hazırlayan layihələrdə öz əksini tapır.

4. Biznes Layihələrin idarə edilməsinin funksiyaları.

Biznes Layihənin idarə edilməsi prosesində işlərin yerinə yetirilməsi məqsədilə onun məzmununun kifayət qədər dərindən açıqlanması son dərəcə zəruridir. Biznes Layihənin idarə edilməsi prosesində əlavə sənədlərdən istifadə edərək layihənin sənədlərini dəqiqləşdirmək mümkün olmadıqda, layihə sərhəddən çıxmağa və geri qayıtmağa səy göstərə bilər.

Biznes Layihədə əsas tarixləri nəzarətdə saxlamaq və məqsədlərə çatmaq üçün müəyyən proqramlar yerinə yetirilir. Bu proqramlar adətən təqvim planlaşdırması əsasında həyata keçirilir.


Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin