MÖVZU.1Biznes layihələrin idarə edilməsinin nəzəri metodoloji əsasları
Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu
Biznes layihələrin idarə edilməsinin məqsədi.
Biznes layihələrin idarə edilməsinin obyekti.
Biznes layihələrin idarə edilməsinin funksiyaları.
“Biznes layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası”nın fəaliyyət istiqamətləri.
1. Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu
Biznes Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir.
Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir.
Biznes Layihəni xarakterizə edən əsas xüsusiyyətlər aşağıdakılardır:
– konkret müddət (başlanğıc və son)
– planın mövcudluğu
– ayrıca, layihəyə xas resurslar
– komanda işi
– məqsədlər
İnsanları layihədəki roluna görə aşağıdakı kimi ayıra bilərik:
Sponsor – layihənin əsastəminatçısı (maliyyə, digər).
Layihə meneceri – layihəninməqsədlərinə nailo lmağa cavabdeh əsas şəxs. Bu məqsədlə layihənin bütün resursları layihə menecerinin sərəncamında olur.
Dostları ilə paylaş: |