Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən prosesləri
şərh edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən proseslərə
aid məsələlər qurur və həll edir.
Dostları ilə paylaş: |