sadə kimyəvi təcrübələr və müşahidələr aparır, molekulların modellərini hazırlayır;
kimyəvi maddələrlə davranma qaydalarını, ekoloji təmiz mühitin saxlanmasının
əhəmiyyətini izah edir;
əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında
topladığı məlumatları təqdim edir.
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələri (bəsit, mürəkkəb, saf) , qarışıqları tərkibinə və fiziki xassələrinə görə
fərqləndirir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.
Dostları ilə paylaş: